Daxili nəzarət üzrə Şöbə rəhbəri
Əsas vəzifə öhdəlikləri:
Şöbənin illik daxili nəzarət və yoxlama planının hazırlanmasına və icrasına rəhbərlik etmək;
Risklərin dəyərləndirilməsi və prioritetləşdirilməsi əsasında nəzarət strategiyasını formalaşdırmaq;
Uyğunsuzluqların yaranma səbəblərini araşdırmaq və tənzimləyici tədbirlərin icrasını təmin etmək;
Daxili nəzarət yoxlamalarını təşkil etmək, icrasına nəzarət etmək və hesabatlıq prosesi idarə etmək;
Şirkət siyasətləri, prosedurlar və standartlara uyğunluğun qiymətləndirilməsini təmin etmək;
Aktivlərin qorunması, sayımların təşkili və inventar proseslərinə nəzarət etmək.
Struktur bölmələrdə aşkar edilmiş uyğunsuzluqlar üzrə təkmilləşdirici təkliflər hazırlamaq və icrasını izləmək;
Şöbə əməkdaşlarının fəaliyyətinə rəhbərlik etmək, iş yükünü bölüşdürmək və intizamın təmin olunmasına nəzarət etmək;
Daxili nəzarət nəticələrinə dair analitik hesabatlar və rəy hazırlayaraq rəhbərliyə təqdim etmək;
Konfidensiallıq, obyektivlik və etik davranış prinsiplərinə riayət olunmasına nəzarət etmək;
Şirkətdaxili komissiyalarda, işçi qruplarda şöbəni təmsil etmək və nəzarət mühitinin inkişafına töhfə vermək;
Büdcə və şöbə xərclərinin idarə edilməsinə nəzarət etmək.