Ana Səhifə
Vakansiyalar

Tikinti və İnşaat

Tikinti və İnşaat

Aparıcı şirkətlərdən 61 iş imkanı kəşf edin

Tikinti və İnşaat vakansiyalarıtikinti iş elanları səhifəsi infrastruktur, yaşayış və kommersiya layihələrində karyera qurmaq istəyən peşəkarları işəgötürənlərlə birləşdirir. Burada Bakı tikinti vakansiyaları, şantiyə sahə mühəndisi iş elanları, fit-out və fasad vakansiyaları, elektrik mühəndisi vakansiyaları, QA QC mühəndisi iş elanları, SƏTƏM HSE mütəxəssisi vakansiyalarıtikinti ustası iş elanları gündəlik yenilənir. Filtrlərlə məkan, növbə rejimi, mərhələ (dizayn, tender, icra, təhvil), ixtisas və maaş diapazonunu dəqiqləşdirin; layihə portfeli, sertifikatlar və ölçülə bilən nəticələri əlavə edərək Tikinti və İnşaat vakansiyaları içində seçilmə şansınızı artırın.

Workplace Interiors LLC

HSE Administrator

Workplace Interiors LLC

Tam Ştat
Orta Səviyyə

Conditions: Department: Construction Management Unit: Health, Safety and Environment Unit Reports To: Corporate HSE Manager Industry: Construction & Fit-out Location: Azerbaijan Job Type: Full-time Position Overview The HSE Administrator provides administrative, coordination, and on-site support to the HSE Unit. This position combines structured documentation work with field engagement—supporting inspections, toolbox talks, training activities, and ensuring continuous and accurate communication between office and project teams. Key responsibilities Maintain and update all HSE documentation, registers, and databases (induction logs, incident reports, inspections, permits, PPE records). Ensure version control and structured filing of HSE procedures, checklists, and risk assessments. Track employee documentation: medicals, HSE certificates, inductions, and competencies. Prepare daily, weekly, and monthly HSE reports for internal use and client submissions. Support the preparation of HSE Monthly Inspection Checklists and HSE Monthly Reports. Collect, consolidate, and monitor completed HSE inspection checklists from the HSE team. Record all non-conformities in the NCR register and track closure of corrective actions. Participate in site inspections and audits with the Project or Corporate HSE Manager. Monitor PPE compliance, unsafe acts/conditions, and housekeeping on site. Support internal/external audits and client safety inspections by preparing documentation. Organize and conduct toolbox talks, inductions, and awareness campaigns. Gather site data (attendance, violations, photos, checklists) for reporting. Ensure incident reporting templates are correctly filled and submitted on time. Maintain emergency equipment records and drill documentation. Register workers for mandatory HSE training and maintain training records. Support on-site HSE training sessions and manage attendance sheets. Prepare training materials, presentations, and handouts for the HSE team. Relay information between project HSE team, subcontractors, and head office. Assist subcontractors with documentation submissions and compliance checks. Execute instructions from the Project or Corporate HSE Manager and report completed tasks promptly. Requirements Qualifications and Experience Bachelor’s degree in engineering, Environmental Science, Occupational Health & Safety, or related field. Minimum 1–3 years of experience in an administrative or HSE support role (construction or fit-out projects is an advantage). Technical Skills Proficiency in Microsoft Office (Word, Excel, PowerPoint). Good understanding of Azerbaijan’s local HSE legislation and regulatory requirements. Basic understanding of on-site construction safety requirements and PTW systems. Core Competencies Excellent verbal and written communication skills. Ability to address safety issues and implement solutions to prevent recurrence. Attention to detail and accuracy in handling documents and data. Good communication and interpersonal skills. Language Proficiency Fluency in Azerbaijani and good command of English is required. Interested candidates can send their CV to the e-mail address in the Apply for job button.

Razılaşma yolu ilə

Son Tarix: 9 yanvar 2026

Qala Group

Memar Vizualizator

Qala Group

Tam Ştat
Orta Səviyyə

Qala Group şirkətinə daimi yeni layihələrlə bağlı müraciət oldunduğu üçün təcrübəli işçi heyətinə, xüsusilə memarlara tələb hər zaman var. Bu səbəb ilə Layihələndirmə və memarlıq departamentinin peşəkar Memar Vizualizator vakansıyası elan edir. Vəzifə öhdəlikləri: Layihələrin 2D və 3D vizualizasiyasının hazırlanması (interyer və eksteryer). Memarlıq və dizayn konsepsiyasına uyğun olaraq yüksək keyfiyyətli renderlərin, 3D modellərin hazırlanması. Memar və dizayner komandası ilə sıx əməkdaşlıq edərək layihə tələblərinin vizual təhlilini aparmaq. Layihə planlarının, çertyojların və texniki tapşırıqların vizual interpretasiyası. Material, tekstura, işıqlandırma və kompozisiya elementlərinin düzgün tətbiqi. Müştəri və rəhbərliyə təqdimat üçün vizual materialların hazırlanması. Layihələrdə edilən dəyişikliklərə uyğun olaraq vizualizasiyaların yenilənməsi. Vizual faylların düzgün strukturda saxlanılması və arxivləşdirilməsi. Render və modelləşdirmə müddətlərinə riayət etmək və verilmiş tapşırıqları vaxtında tamamlamaq. Digər məlumat: Beş günlük iş qrafiki . Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun qeydiyyat. Əmək haqqı işçinin bilik səviyyəsinə uyğun bir müsahibə əsasında müəyyən ediləcək. İş qrafiki: 5 günlük İş yeri: Bakı şəhəri Vəzifəyə dair tələblər: Ali təhsil (müvafiq sahədə); Memar vəzifəsində iş təcrübəsi min 3 il; Kompüter bilikləri – SketchUp, AutoCAD, ArchiCAD, 3Dsmax, Adobe Photoshop, V-Ray, Corona və s.; Tikinti norma və qaydalarına dair biliklər; İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı. Biz təklif edirik: Müasir və inkişaf yönümlü şirkətdə çalışmaq imkanı; Böyük miqyaslı, beynəlxalq tərəfdaşlı layihələrdə iştirak; Yüksək peşəkarlıq tələb edən mühitdə inkişaf perspektivləri; Maaş + performansa əsaslanan bonus sistemi; İllik Könüllü Tibbi sığorta paketi Rahat iş mühiti və peşəkar komanda. Muraciət edənlər CV və Portfolio birlikdə göstərilən elektron poçt ünvanına müraciətlərini göndərə bilərlər.

Razılaşma yolu ilə

Bakı

Son Tarix: 15 yanvar 2026

Estet

Elektrik mühəndisi

Estet

Tam Ştat
Orta Səviyyə

Estet şirkəti 27 ildir Azərbaycanda və xarici bazarlarda IT, elektrik məhsulları və laboratoriya avadanlıqlarının satışı və montajı ilə məşğul olur. Şirkət, bir çox beynəlxalq brendin Azərbaycan və MDB ölkələri üzrə nümayəndəsidir. Namizədin şəxsi keyfiyyətləri: Fikrini izah etmək qabiliyyəti; Ezamiyyə imkanları; Ünsiyyət yaratmaq bacarığı; İşə planlı yanaşması; Fəal olması və komandada işləmək bacarığı. İş barədə məlumat: Texniki tapşırığa əsasən layihə sənədlərinin işləmək, razılaşdırılan elektrik layihələrini hazırlamaq və yoxlamaq; Layihə hazırlanması,layihə həyata keçirilən ərazilərə baxış keçirilmək və işlərin proseslərinin monitorinqini aparmaq; Transformator, elektron avadanlıqların texniki xidməti; Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək; Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatlarin hazırlanmasını təmin etmək; Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək; Elektrik təchizatı üzrə layihə və işçi sənədlərin işlənib hazırlanmasını təmin etmək; Aparılan elektrik quraşdırma işlərinə nəzarət etmək; Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək; Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək; Elektrik avadanlıqlarına mütəmadı qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək; Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək, Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək, Elektrik layihə sxemlərini oxumalı və tətbiq etməyi bacarmalı Autocad və ofis proqramlarını bilmə bacarığı Elektrik mühəndisinin vəzifə öhdəlikləri: Layihələndirmə və planlaşdırma: Elektrik sistemlərinin və şəbəkələrinin layihələndirilməsi. Texniki çertyojlar, sxemlər və hesabatların hazırlanması. Quraşdırma və istismar: Elektrik avadanlıqlarının və qurğularının düzgün quraşdırılmasına nəzarət. Mövcud sistemlərin təmiri və texniki xidmətinin təşkili. Təhlükəsizlik və normativlər: Elektrik təhlükəsizliyi qaydalarına və texniki normalara əməl olunmasına nəzarət. Sınaq və yoxlama işlərinin aparılması. Koordinasiya və nəzarət: Texniki heyətin fəaliyyətinə rəhbərlik və nəzarət. İşin gedişatının vaxtında və keyfiyyətli aparılmasının təmin edilməsi. Məlumatların təhlili və hesabat: Enerji sərfiyyatının təhlili və optimallaşdırılması. Gündəlik və aylıq hesabatların hazırlanması. İş şəraiti: 5 günlük iş həftəsi Nahar fasiləsi: 13:00-14:00 Nahar müəssisə tərəfindən təmin edilir Əmək haqqı: 1200-1500 AZN Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini göstərilən elektron poçt ünvanına Subject/Mövzu hissəsində Elektrik Mühəndisi*”** qeyd etməklə göndərə bilərlər.

1.200 - 1.500 AZN

Bakı

Son Tarix: 15 yanvar 2026

Azersun Holding

Kənd təsərrüfatı texnikaları üzrə mühəndis

Azersun Holding

Tam Ştat
Orta Səviyyə

Ali təhsil 3- 5 il iş təcrübəsinə malik namizədlərə üstünlük verilir MS Office proqramlarında sərbəst işləmə bacarığı Analitik düşüncə və təhlil bacarığı Peşəsinə yüksək motivasiya ilə yanaşma Fərdi və komanda da işləmə bacarığı Azərbaycan dili əla səviyyədə olmalıdır, ingilis və rus dili arzuolunandır Vəzifə öhdəlikləri: Təşkilata məxsus bütün avtomobillərin qeydiyyatını aparır Alındığı dövrdən vaxtaşırı və müəyyən olunmuş vaxtda təmiri və diaqnostik baxış vaxtını müəyyən edir Avto qəza nəticəsində qəzalı hala düşmüş avtomobilləri təmirə qəbul edir Təmirə qəbul edilmiş avtomobillərin qəbul formunu doldurur, təmirə qəbul edilmiş avtomobillərin müvafiq təmiri üzrə ustalara iş bölgüsünü edir Təmirdə olan avtomobillərdə  dəyişdirilməsi tələb olunan hissələrə qərar verir Təmiri bitmiş avtomobillərin təmirinin keyfiyyətini yoxlayır Təmiri yoxlanılmış avtomobilləri aidiyyatı üzrə sürücülərə təhvil verir Ehtiyat baza formalaşdırmaq üçün depoya alınan avtomobil hissələrinin keyfiyyətini və yararlığını yoxlayır Anbardan gündəlik təmir işləri üçün alınan avtomobil hissələrinin təhvil-təslimini edir İş vaxtının norması: 5 günlük iş rejimi; 09:00-18:00 İstirahət günü: Şənbə və Bazar günü. Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər: Əmək haqqı: Razılaşma yolu ilə; Nahar şirkət tərəfindən təmin edilir; Ünvan: İmişli rayonu Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya qeyd olunan link hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Kənd təsərrüfatı texnikaları üzrə mühəndis - 25430” qeyd etməyiniz xahiş olunur.

Razılaşma yolu ilə

Son Tarix: 9 yanvar 2026

Azerbaijan SuperMarket

Elektrik mühəndisi

Azerbaijan SuperMarket

Tam Ştat
Orta Səviyyə

Vəzifənin məqsədi: Bütün mağaza və müəssisələrdə yüksək gərginlikli, yüksək cərəyanlı və zəif axın sistemləri, o cümlədən generatorlar və mühafizə sistemlərinin quraşdırılması, yoxlanılması, texniki xidməti və təmiri işlərini idarə etməklə elektrik sistemlərinin etibarlı və təhlükəsiz işləməsini təmin etmək. Bu vəzifənin məqsədi həmçinin əməliyyat səmərəliliyini optimallaşdırmaq, xərcləri azaltmaq, layihələrin planlaşdırılmasını və icrasını dəstəkləmək, həmçinin texniki personalın fəaliyyətinə nəzarət edərək davamlı, təhlükəsiz və enerji səmərəli elektrik əməliyyatlarını təmin etməkdir. Öhdəliklər: Mağazalarda olan elektrik sistemlərinin texniki sazlığının təmin olunması, istismar dövründə elektrik sistemlərində yaranan problemlərin aradan qaldırılması. Mağazalarda olan yüksək gərginlik və yüksək cərəyan qurğularının və umumi elektrik sistemlərinin illik texniki istismara yararlılığının təmin olunması məqsədi ilə texniki müayinə, sınaq və təmir işlərinin düzgün və operativ həyata keçirilməsinin təşkili. Zəyif axın mühafizə sistemlərinin (yanğın xəbərverici və avtomatik yanğın söndürmə sistemləri, oğurluq əleyhinə mühafizə sistemləri) texniki sazlığının təmin edilməsi və istismar müddətlərində daimi yararlılığının təmin edilməsi üçün servis xidmətlərinin təmin olunması və işinə nəzarət. Generatorların istismar dövründə servis baxımlarının təşkili və nəzarəti. Quraşdırma, təftiş, təmir işlərinə, nasazlığın aradan qaldırılmasına və binaların, infrastrukturların və müəssisə avadanlıqlarının gündəlik texniki baxışına nəzarət etmək; Əməliyyat və istismar xərclərinin azaldılması, istismar müddəti və kapital dəyişdirilməsi xərcləri və enerji istehlakının məhdudlaşdırılması üçün layihənin təhlili proseslərində iştirak etmək; Texniki baxış üzrə məsul əməkdaşların işini planlaşdırmaq, prioritetləşdirmək, təyin etmək, onlara nəzarət etmək və yoxlamaq, eləcə də bu əməliyyatlarda iştirak etmək; Layihələrin ilkin-əməliyyatlar və əməliyyatlar mərhələlərində, o cümlədən elektrik sisteminin seçilməsində fəal iştirak etmək; Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə sənədlərə rəy vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək; Vəzifə üzrə tələblər: Təhsil: Ali texniki təhsil (elektrik mühəndisliyi, elektroenergetika və ya əlaqədar sahə üzrə). İş təcrübəsi: Elektrik mühəndisi vəzifəsində minimum 3–5 il iş təcrübəsi. Elektrik sistemlərinin quruluşu, texniki istismarı və təmiri sahəsində dərin biliklər; Yüksək gərginlik və yüksək cərəyan qurğularının istismarı üzrə praktiki bacarıqlar; Zəif axın sistemləri (yanğın siqnalizasiya, avtomatik yanğınsöndürmə, oğurluq əleyhinə mühafizə və s.) üzrə bilik və təcrübə; Generatorların istismar və servis xidmətlərinin təşkili; Elektrik layihələndirmə, təhlil və texniki sənədlərin oxunması və ekspertizası bacarığı. Bacarıqlar: Texniki problemlərin operativ həlli, nasazlıqların diaqnostikası və aradan qaldırılması; Texniki baxış və profilaktik işlərin planlaşdırılması və təşkili; Layihələrin elektrik hissəsinin seçimi və təhlilində iştirak etmək, optimallaşdırma təklifləri vermək; Komandada işləmə, işçilərin fəaliyyətinə nəzarət və işin prioritetləşdirilməsi bacarığı. Kompyuter bacarıqları: MS Office proqramları, AutoCAD və elektrik sahəsi üzrə müvafiq proqram təminatlarından istifadə bacarığı. Dil bilikləri: Azərbaycan dili səlis, rus və/və ya ingilis dili biliyi üstünlükdür. Məsuliyyətli, dəqiq və intizamlı; Analitik düşünmə və qərarvermə qabiliyyəti; Təzyiq altında işləmə və operativ qərar vermə bacarığı. Maraqlanan namizədlər qeyd olunan elektron poçt ünvanına “Elektrik Mühəndisi” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

Razılaşma yolu ilə

Son Tarix: 9 yanvar 2026

Avro - Asiya İnşaat Korporasiyası “Evrascon” ASC

Planlama mühəndisi

Avro - Asiya İnşaat Korporasiyası “Evrascon” ASC

Tam Ştat
Orta Səviyyə

Vəzifə Öhdəlikləri Layihənin ümumi və detallı iş qrafikinin (Baseline Schedule) hazırlanması – Primavera P6 və ya MS Project; Tikinti mərhələlərinin ardıcıllığının (WBS) qurulması və resurs/çıxdaş planlamasının hazırlanması; Gündəlik, həftəlik və aylıq icra hesabatlarının hazırlanması (Progress Report); Sahə işlərinin faktiki icra vəziyyətinin izlənməsi və plan-fakt təhlilinin aparılması; Tikinti üzrə kritik yolun (Critical Path) müəyyən edilməsi və müntəzəm yenilənməsi; BOQ əsasında iş həcmlərinin planlaşdırılması və irəliləyişə nəzarət; Risklərin, gecikmələrin və potensial problemlərin analizi, bərpa qrafiklərinin hazırlanması; Podratçılardan daxil olan qrafiklərin qiymətləndirilməsi və təsdiq üçün uyğunlaşdırılması; Layihə rəhbərliyinə və işəgötürənə vaxtında hesabatların təqdim edilməsi; Texniki Bacarıqlar Primavera P6 proqramında yüksək səviyyədə bilik (vacib); MS Project, Excel (Advanced), Power BI bilikləri; Layihə sənədləşməsi, WBS, BOQ, resurs və çıxdaş planlaması üzrə biliklər; İş icra planları, metodologiyalar və logistik qrafiklərlə işləmə bacarığı; Mexaniki, elektrik, inşaat və proses işlərinin ardıcıllığını oxuya və təhlil edə bilmək. Təhsil və Təcrübə İnşaat mühəndisliyi, sənaye mühəndisliyi, layihə idarəetməsi və ya əlaqəli sahə üzrə ali təhsil; Tikinti layihələrində minimum 5 il, infrastruktur və su/tullantı suyu layihələrində təcrübə – üstünlükdür; Böyük həcmli layihələrdə planlama təcrübəsi. Namizədlər CV-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Razılaşma yolu ilə

Son Tarix: 10 yanvar 2026

Avro - Asiya İnşaat Korporasiyası “Evrascon” ASC

Mexanika Mühəndisi

Avro - Asiya İnşaat Korporasiyası “Evrascon” ASC

Tam Ştat
Orta Səviyyə

Vəzifə Öhdəlikləri Tullantı sularının təmizləmə qurğusuna aid bütün mexaniki avadanlıqların quraşdırılmasına nəzarət; Nasoslar, blower-lər, aerasiya sistemləri, mexaniki bar screen, grit remover və digər avadanlıqların montaj prosesini idarə etmək; Mexaniki və boru xətləri üzrə işlərin layihə tələblərinə uyğun icrasını təmin etmək; Quraşdırma metodologiyalarının, BOQ və material siyahılarının (MTO) hazırlanması; Subpodratçıların işlərinin koordinasiyası, texniki sorğuların cavablandırılması; Hydrotest, leakage test, FAT, SAT və komissioninq proseslərinin təşkili və nəzarəti; Sahə üzrə gündəlik işlərin icrası, texniki problemlərin operativ həlli; As-built sənədlərinin və texniki protokolların hazırlanmasında iştirak. Texniki Bacarıqlar Mexaniki avadanlıqlar üzrə dərin bilik: nasoslar, blower-lər, valflar, boru xətləri (HDPE, DUKTIL, paslanmayan polad); Texniki cizgilər, P&ID, izometrik və GA planları ilə işləmə bacarığı; AutoCAD və mexaniki dizayn proqramlarında sərbəst işləmə bacarığı; Təhsil və Təcrübə Mexanika mühəndisliyi, proses mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil; Minimum 5–7 il tikinti və mexaniki quraşdırma təcrübəsi; Su və tullantı suyu təmizləmə qurğuları, nasos stansiyaları və boru xətləri üzrə iş təcrübəsi üstünlükdür. Namizədlər CV-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Razılaşma yolu ilə

Son Tarix: 10 yanvar 2026

Sheraton Baku Intourist

Dülgər (Carpenter)

Sheraton Baku Intourist

Tam Ştat
Orta Səviyyə

Taxta və bəzək işlərini, qapıların taxılması, qapıların deşilməsi və müvafiq avadanlıqların quraşdırılmasını, pəncərələrin qoyulmasını, pilləkənlərin və ümumi çatıların qurulmasını həyata keçirmək. Material hesablamaları üçün zəruri olan riyazi və analitik bacarıqlara malik olmaq, plan və çertyojları oxumaq. Toplama, çıxma, vurma və bölmə əməliyyatları daxil olmaqla əsas riyazi biliklərə sahib olmaq. Dülgərlik alətləri və materialları ilə işləmək bacarığına malik olmaq. Təhlükəsiz iş mühiti üçün müvafiq əlcəklər, dəbilqələr, çəkmələr və təhlükəsizlik nərdivanlarından istifadə etməklə bütün qabaqlayıcı tədbirləri görmək. Texniki xidmət üzrə mühəndis (tikinti) tərəfindən tələb olunan hallarda taxta elementlərdə dəyişikliklər, tavan və divarların təmiri kimi struktur və xarratlıq işlərini, otaqlarda və ictimai ərazilərdə planlaşdırılmış texniki xidmət işlərini yerinə yetirmək. Qonaqlarla bağlı spesifik problemlərin həllində iştirak etmək və qonaq otaqlarının planlaşdırılan xidmət işlərinə aktiv şəkildə cəlb olunmaq. Texniki xidmət üzrə mühəndisin (tikinti) tapşırığına əsasən, binanın daxilində və xaricində emal olunmuş səthlərin qorunması və təqdim edilməsinə cavabdeh olmaq. Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək. Bacarıqların artırılması məqsədilə Mühəndislik şöbəsinin digər əməkdaşları ilə qarşılıqlı təlimlərdə iştirak etmək.

Razılaşma yolu ilə

Son Tarix: 17 yanvar 2026

Pasha Real Estate

Xərclərə Nəzarət üzrə Mühəndis

Pasha Real Estate

Tam Ştat
Orta Səviyyə

Xərclərə Nəzarət üzrə Mühəndis layihənin sahə üzrə bütün xərc fəaliyyətlərinin monitorinqi, idarə edilməsi və hesabatlandırılmasına cavabdeh olacaq. Bu rol layihənin maliyyə göstəricilərinin dəqiq izlənilməsini, kənarlaşmaların vaxtında müəyyən edilməsini və büdcənin qorunması üçün düzəldici tədbirlərin həyata keçirilməsini təmin edir. Vəzifə sahə komandasının, podratçıların, satınalma, maliyyə və Baş ofis Layihə İdarəetmə komandası ilə sıx koordinasiya tələb edir. Əsas Öhdəliklər: 1. Büdcə və Xərc İdarəetməsi Təsdiqlənmiş həcmlər, işin əhatə dairəsi və müqavilə şərtlərinə uyğun olaraq layihə büdcələrinin hazırlanmasına dəstək olmaq. Layihə üzrə Cost Breakdown Structure (CBS) sənədini idarə etmək və yeniləmək. Faktiki xərcləri planlaşdırılmış büdcə ilə həftəlik/aylıq müqayisə etmək. Sahə irəliləyişi və gözlənilən dəyişikliklərə əsasən cost-to-complete (CTC) proqnozları hazırlamaq. Potensial büdcə aşımalarını müəyyən edərək düzəldici tədbirləri tövsiyə etmək. Öhdəliklər, fakturalar və ödənişlərin Maliyyə qeydlərinə uyğun izlənilməsini təmin etmək. 2. Xərcə Nəzarət və Monitorinq Ətraflı commitment register aparmaq və bütün müqavilələri və satınalma sifarişlərini izləmək. Material təchizatı, subpodratçı irəliləyişi, işçi qüvvəsi və digər xərc amillərini monitorinq etmək. Xərclə bağlı işlərin irəliləyişinin dəqiqliyini təsdiqləmək. Podratçıların cost report-larının təsdiqlənmiş cədvəllər və BoQ həcmləri ilə uyğunluğunu yoxlamaq. Layihə dashboard-ları üçün gündəlik/həftəlik məlumatlar təqdim etmək. 3. Podratçı Ödənişləri və Verifikasiya IPC-ləri (Interim Payment Certificate) idarəetmə təsdiqindən əvvəl nəzərdən keçirmək. Faktura məbləğlərinin dəqiqliyini təmin etmək üçün sahədə həcmlərin yoxlanılması. QS komandası ilə ölçülərin, dəyişikliklərin və tariflərin təsdiqlənməsi üzrə əməkdaşlıq. Müqavilə şərtlərinə uyğunluğun təmin edilməsi. 4. Dəyişiklik və Variasiya İdarəetməsi Change Request (CR) və Variation Order (VO) sənədlərinin qeydiyyatı və idarə olunması. Xərc təsiri üzrə ilkin qiymətləndirmə aparmaq və Baş ofisə dəstək vermək. Təsdiqlənmiş dəyişikliklərin büdcə və hesabatlara inteqrasiya olunmasını təmin etmək. Dəyişikliklərlə bağlı bütün sənədlərin şəffaf audit izinin saxlanılması. 5. Hesabatlılıq və Sənədləşmə Həftəlik və aylıq Xərc Hesabatlarının hazırlanması: Büdcə / Fakt Öhdəliklər və akruallar Forecast Final Cost (FFC) Variasiya siyahıları Cash flow yeniləmələri Bütün sənədlərin və qeydlərin auditə hazır şəkildə saxlanılması. 6. Satınalma və Müqavilə Koordinasiyası Satınalma prosesinə xərc məlumatları, büdcə uyğunluğu və CBS əsasında dəstək vermək. Tenderlərin kommersiya hissələrinin büdcə ilə uyğunluğunu yoxlamaq. Müqavilə üzrə maliyyə öhdəliklərini izləmək. 7. Risk, Uyğunluq və Nəzarət Xərc risklərini müəyyən etmək və risk reyestrinə daxil etmək. Ödənişlərin və dəyişikliklərin daxili siyasətlərə uyğunluğunu təmin etmək. Auditlər üçün lazımi sənədləşmə təqdim etmək.

Razılaşma yolu ilə

Son Tarix: 17 yanvar 2026

Pasha Real Estate

Planlama üzrə Mühəndis

Pasha Real Estate

Tam Ştat
Orta Səviyyə

Planlama üzrə Mühəndis layihə cədvəlinin hazırlanması, yenilənməsi və monitorinqinə cavabdehdir. Bu rol podratçı, layihə nəzarəti və sahə komandaları ilə sıx əməkdaşlıq edərək irəliləyişi izləyir, gecikmələri müəyyən edir və dəqiq planlama məlumatları əsasında qərarverməni dəstəkləyir. Əsas Öhdəliklər: 1. Layihə Cədvəllərinin Hazırlanması Müqavilə tələblərinə uyğun olaraq layihənin əsas (baseline) cədvəlinin hazırlanması və yenilənməsi. Master cədvələ uyğun detallı həftəlik/aylıq cədvəllərin hazırlanması. Bütün fəaliyyətlərin resurslarla əlaqələndirilməsi və sahə reallığını əks etdirməsi. 2. İrəliləyişin Monitorinqi Gündəlik/həftəlik irəliləyişi izləmək və cədvələ daxil etmək. Podratçı irəliləyiş hesabatlarının dəqiqliyini yoxlamaq. Gecikmə və riskləri müəyyən edərək vaxtında hesabat vermək. 3. Hesabatlılıq Həftəlik/aylıq Planlama Hesabatlarının hazırlanması: Plan / Fakt müqayisəsi Critical Path analizi Gecikmələr və təklif olunan tədbirlər Dashboard və rəhbərliyə təqdimat üçün məlumatların hazırlanması. 4. Gecikmə və Mitigasiya Analizi EOT və gecikmə təsiri üzrə ilkin təhlil. Podratçının bərpa/mitigasiya cədvəllərinin qiymətləndirilməsi. Bütün cədvəl-əsaslı tələblərin sənədləşdirilməsi. 5. Koordinasiya və Kommunikasiya Sahə komandalarından (inzibati, MEP, satınalma, QS və s.) dəqiq məlumat toplamaq. Həftəlik iclaslarda planlama ilə bağlı məlumat vermək. Podratçı ilə cədvəl uyğunluğunu təmin etmək.

Razılaşma yolu ilə

Son Tarix: 17 yanvar 2026

PASHA Property Management

Elektrik Mühəndisi

PASHA Property Management

Tam Ştat
Orta Səviyyə

PAŞA Property Management “Elektrik Mühəndisi” vakansiyası üzrə işə qəbul elan edir. Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq. Bütün şirkət binaları üçün planlı profilaktik təmir proqramını həyata keçirmək; Yaranmış nasazlıqları aşkar etmək, problemləri həll etmək və nasazlıq müddətini minimuma endirmək üçün kiçik təmirlər daxil olmaqla, şirkətin bütün cihaz və avadanlıqlarına müntəzəm olaraq planlaşdırılmış texniki xidmət göstərmək; Ehtiyac olduqda reaktiv texniki xidmət göstərmək və dəyişən prioritetlərə uyğun işləmək; Yerli standartlara uyğun elektrik quraşdırma işlərini aparmaq; Şirkət, SƏTƏMM qaydaları və ISO tələblərinə uyğun olaraq texniki xidmət jurnallarını və cədvəlləri tam, dəqiq və vaxtında doldurmaq; Ehtiyac olduqda xarici podratçılarla əlaqə saxlamaq və kömək etmək; Gündəlik, həftəlik və aylıq SƏTƏMM qaydalarının icrası üzrə yoxlamalar aparmaq, vaxtında tədbirlər görmək; Problemlər və təhlükələr barədə rəhbərliyə və SƏTƏMM Menecerinə məlumat vermək, onların həlli üçün təkliflər hazırlamaq; Əsas nasazlıqlar, ciddi problemlər, təmir tələbləri, gecikmələr və ya avadanlıqlar haqqında tam və vaxtında hesabat vermək; Ehtiyac olduqda texniki məsələləri və problemləri aydınlaşdırmaq və aradan qaldırmaq üçün müştərilər və təchizatçılarla birgə işləmək; Texniki xidmətlərlə bağlı məlumatların dəqiq uçotunu aparmaq; Digər komanda üzvlərinin inkişafına dəstək vermək ; Dizayn spesifikasiyaları və texniki cizgiləri oxumaq; Avadanlıqlara texniki istismar xidməti göstərmək; Rəhbər tərəfindən tapşırılan müvafiq işləri yerinə yetirmək.

Razılaşma yolu ilə

Son Tarix: 17 yanvar 2026

Pangea Road Innovations

Layihə Mühəndisi

Pangea Road Innovations

Tam Ştat
Orta Səviyyə

İş yeri: Bakı şəhəri, ezam zamanı açıq hava və sahə şəraitində iş (Azərbaycanın müxtəlif bölgələri) Nahar və qonaqlama şirkət tərəfindən təmin edilir. İşin Təsviri: Layihə Mühəndisi şirkət daxilində həyata keçirilən layihələrin bütün mərhələlərində iştirak edərək onların vaxtında, təhlükəsiz və texniki tələblərə uyğun şəkildə icrasını təmin edəcək. Vəzifə sahədə avadanlıqların quraşdırılması, test edilməsi, monitorinqi və layihə sənədləşdirilməsinin təşkili kimi prosesləri əhatə edir. Əsas Vəzifə Öhdəlikləri: Şirkət daxilində həyata keçirilən layihələr üzrə sahə işlərində aktiv iştirak etmək; Görülən işlərin texniki tələblərə, layihə sənədlərinə və iş proqramına uyğunluğunu nəzarətdə saxlamaq; Sahə işləri zamanı meydana çıxan problemləri vaxtında müəyyənləşdirmək və rəhbərliyə bildirmək; Avadanlıqların montaj və quraşdırma proseslərinə sahədə nəzarət etmək; Əlaqəli struktur bölmə və qurumlar üçün tələb olunan sənədlərin hazırlanması və koordinasiyasını təmin etmək; Quraşdırılmış avadanlıqların monitorinqində iştirak etmək və onların sistem performansını ölçmək; Texniki bölmələrlə əməkdaşlıq edərək layihələrin vaxtında və düzgün təhvil verilməsini təmin etmək; Sahədə tətbiq olunan iş proseslərinin prosedurlarının hazırlanmasında iştirak etmək; Layihə sənədləşdirilməsi və təqdimatların hazırlanmasında iştirak etmək; Avadanlıqların konfiqurasiya proseslərində iştirak etmək; Bütün işləri Əməyin Təhlükəsizliyi və Gigiyena qaydalarına uyğun şəkildə yerinə yetirmək Fərdi mühafizə vasitələrindən düzgün və davamlı istifadə etmək Şirkətə məxsus avadanlıqların qorunmasına və texniki xidmətinə nəzarət etmək Fərqli lokasiyalarda tapşırıqları yerinə yetirməyə hazır olmaq.

Razılaşma yolu ilə

Son Tarix: 20 yanvar 2026

IRES

Lead Electrical Engineer

IRES

Tam Ştat
Orta Səviyyə

On behalf of our client, we are seeking a Lead Electrical Engineer Location: Baku, Azerbaijan Employment type: Full-time An international industrial company is looking for an experienced Lead Electrical Engineer to lead the electrical engineering scope of major industrial and capital projects. Key Responsibilities: Lead the design and development of electrical systems for industrial and process facilities Prepare and review engineering deliverables including single-line diagrams, schematics, load lists, and cable schedules Oversee power distribution systems, substations, motor control, lighting, grounding, and protection systems Ensure compliance with international codes and standards (IEC, IEEE, NEC, NFPA) Coordinate electrical design activities with process, mechanical, civil, automation, and project teams Manage electrical scope, schedule, and budget across multiple projects Conduct technical reviews, risk assessments, and constructability evaluations Interface with clients, vendors, and contractors to resolve technical issues Mentor and lead electrical engineers and designers Support procurement activities, technical bid evaluations, and vendor selection Requirements: Bachelor’s or Master’s degree in Electrical Engineering Minimum 7–14 years of experience in electrical and power system engineering within heavy industrial, EPC/EPCM, or large-scale projects Mandatory experience with minerals, metals, DRI/HBI, or similar industrial facilities Strong expertise in power system analysis tools (ETAP, SKM PowerTools, PowerFactory or similar) Proven experience with HV/MV substations, switchgear, transformers, and protection systems Experience leading an electrical engineering discipline or team Fluent English is mandatory (Azerbaijani, Russian, or Mandarin is an advantage) Strong leadership, organizational, and problem-solving skills Interested candidates can send their CV to the e-mail address in the Apply for job button.

Razılaşma yolu ilə

Son Tarix: 12 yanvar 2026

Cronos Construction

İnşaat mühəndisi

Cronos Construction

Tam Ştat
Orta Səviyyə

İş yeri Qarabağ bölgəsi Vəzifə öhdəlikləri Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi; Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi; Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması; Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi; Layihə-smeta sənədlərinin, iş həcmləri və spesifikasiyaların analiz edilməsi; Tikinti quraşdırma işlərinin Azərbaycanda qəbul edilmiş normalara və Beynəlxalq normalara uyğun aparılması Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərinin aparılması; Tikinti proqramlarını və təqvim qrafikini tərtib edilməsi; Tələb olunan hesabatların hazırlanması (vəzifələr sənədi, layihə məlumatları, layihəyə nəzarət, layihə resursları, layihə planı); Materialların, konstruksiyaların və məlumatların qəbul olunmasını təşkil edir və onların anbarda yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkil edir. Tikinti istehsalının sənədləşdirilməsinin və ixtisaslaşdırılmasının inkişaf perspektivlərinin və texniki siyasətinin, tikintinin mühəndis hazırlığı səviyyəsinin daim artırılmasının, xərclərin ixtisarının, tikintinin keyfiyyətinin yaxşılaşdırılmasının və istehsal fondlarının səmərəli istifadəsinin təmin edilməsi; Əməyin mühafizəsi və təhlükəsizlik texnikası işlərinin həyata keçirilməsinə nəzarət; Texnoloji intizama riayət olunması, tikinti norma və qaydalarının yerinə yetirilməsi;

Razılaşma yolu ilə

Son Tarix: 10 yanvar 2026

Keyfiyyətə Nəzarət üzrə mühəndis

Core Construction

Tam Ştat
Orta Səviyyə

Şirkətə daxil olan material və avadanlıqların keyfiyyət və dizayn tələblərinə uyğun olmasını təmin etmək; Keyfiyyətə və keyfiyyətin idarəedilməsi planının və prosedurunun hazırlanması, prosesə nəzarət edilməsi; Rekvizisiyaçılardan və subpodratçılardan gələn material və avadanlıqların qablaşdırılmasına, markalanmasına və xarici görünüşünə nəzarət etmək; Keyfiyyətə dair müvafiq sənədləri podratçı, təchizatçı və digər aidiyyatı şəxslərə təqdim edib keyfiyyətin riayət edilməsinə nəzarət edir; Təmir və tikinti fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının təmin edilməsi, uyğunluğun ölçülməsi məqsədilə mütəmadi yoxlama qrafikinin tərtib edilməsində və yoxlama prosesinin təşkilində iştirak etmək; Tikinti sahəsində görülən inşaat işlərinə, proseslərə və texniki  xidmət işlərinə nəzarəti həyata keçimək; Tikinti-quraşdırma işlərinin plana, işçi cizgilərinə və normativ sənədlərə uyğun yerinə yetirilməsinə nail olmaq; Tikinti-quraşdırma işlərinin "İcraat Bəyanatı"-na (Method Statement) görə yerinə yetirilməsinə nəzarət etmək; Daxil olan tikinti materiallarının və konstruksiyaların mənşə və keyfiyyəti təsdiq edən sənədlərinə yoxlamanı  təmin etmək; İnşaat sahəsi üzrə texnoloji proseslərdə keyfiyyətə neqativ təsir edən amilləri müəyyənləşdirmək və bununla  bağlı Departament rəhbərliyinə səmərəli təkliflərlə çıxış etmək; Tikinti sahəsində yerləşən bütün materialların saxlanma şəraitinə və layihə tələblərinin uyğunluğuna nəzarəti təmin etmək;

Razılaşma yolu ilə

Son Tarix: 12 yanvar 2026

Azərbaycan Dəmir Yolları

Yol montyoru (Samux, Zazalı)

Azərbaycan Dəmir Yolları

Tam Ştat
Orta Səviyyə

Gündəlik olaraq görüləcək təmir işləri, iş yeri, istehsalat işlərinin təhlükəsizlik qaydaları haqqında müvafiq rəhbərdən cari təlimat almaq və təlimat alınması barədə müvafiq jurnalı imzalamaq; İşə başlamazdan əvvəl iş alətlərinin və mühafizə vasitələrinin yararlığını yoxlamaq; İş yerinə getmə və qayıtma marşurutuna əsasən görüləcək işin tərkibindən asılı olaraq yolun üst quruluşu materiallarını (yoldəyişən qurğu və onun elementləri, tipindən asılı olaraq, relslər, şpallar, tirlər, bağlayıcılar), iş alətlərini yükləmək və boşaldmaq; Məsafədən asılı olaraq iş alətlərini və materialları yol vaqoncuğu və ya drezinlə daşımaq; Materialların drezinə yüklənməsi zamanı kranla işləmək üçün ilməkçiləri, yolda işləyən zaman yolu çəpərləmək üçün siqnalçıları təyin etmək; Standartlara uyğun olaraq yolda əsaslı, orta və cari təmir işlərini (yoldəyişənlərin və ya elementlərinin, relslərin, şpalların, bağlayıcıların yenisi və ya nisbətən yararlısı ilə əvəz edilməsi, bərkidilməsi, yolun qaldırılması, şpalların altının döyülməsi) yerinə yetirmək, diaqnostik vaqonun nəticələrinə əsasən rels xətlərinin bir birinə nisbətini, yolun planda səviyyəsini ölçmək, darlıq və genlikləri, şaquli təkanları aradan qaldırmaq; Yoldəyişənlərin təmizlənməsi, yağlanması, yolların, yolun kənarlarının otdan və alaqlardan təmizlənməsi işlərini yerinə yetirmək; Körpü və süni qurğular üzrə yol montyorları tərəfindən körpülərdə, su ötürücü qurğularda təmir işlərini, axının qarşısını alan tullantıların, ot və alaqların təmizlənməsi işlərini yerinə yetirmək.

Razılaşma yolu ilə

Son Tarix: 19 yanvar 2026

AZCD Group QSC

SƏTƏM üzrə mütəxəssis (İnşaat)

AZCD Group QSC

Tam Ştat
Orta Səviyyə

Şirkətdə əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit üzrə tələblərin yerinə yetirilməsinə nəzarət edir, riskləri qiymətləndirərək qabaqlayıcı tədbirlər hazırlayır, işçilərə müvafiq təlimlər keçir, baş verən insident və hadisələri araşdırıb hesabatlar hazırlayır, həmçinin SƏTƏM üzrə sənədləşmə prosesini təşkil edərək ISO 45001 və ISO 14001 standartlarının tətbiqinə dəstək göstərir. Vəzifə öhdəlikləri: İstehsalatda əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi; İstehsalat işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək; Əməyin mühafizəsi üzrə qanunvericiliyin və qaydaların yenilikləri barədə işçi heyətini tanış etmək və onlara əməl edilməsinə nəzarət etmək; Sahədə görülən işlərin xüsusiyyətlərini başa düşmək və müştəri,  əsas podratçının daxili tələblərini bilmək; İş yerində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək; Mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmaq; Baş vermiş bədbəxt hadisələrin təhqiqatını aparmaq, hadisəni törədən səbəbləri müəyən etmək, hadisələrin bir daha baş verməməsi üçün tədbirlər planının hazırlanmasında iştirak etmək və müəyyən edilmiş səbəblərin aradan qaldırılmasına və tədbirlər planının hayata keçirilməsinə nəzarət etmək; İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmaq və lazımi ölçülər götürmək; İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq; İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək; SƏTƏM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və vaxtında işçiləri məlumatlandırmaq; İşçilərin əməyin mühafizəsi və əməyin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək; Təhlükəsizlik üzrə təlimat və təhsil proqramlarını aparmaq, və orada təhlükəsizlik əşyalarından istifadə qaydalarını göstərmək, yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək; SƏTƏM üzrə illik fəaliyyət planlarının işlənib hazırlanması və həyata keçirilməsi; SƏTƏM üzrə daxili və xarici auditlərin təşkili və həyata keçirilməsi; SƏTƏM üzrə qabaqlayıcı tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsi; Xəsarət və hadisələr baş verdiyi təqdirdə onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi.

Razılaşma yolu ilə

Bakı

Son Tarix: 12 yanvar 2026

Az-Caspian Construction

Mexanika mühəndisi

Az-Caspian Construction

Tam Ştat
Orta Səviyyə

İşin təsnifatı: Texniki və sənədlər toplusunun hazırlanması; Dizayn üzərindən layihələrin hazırlanmasına nəzarət; Layihə sənədlərinin hazırlanması; Tikinti sahəsinin vəziyyətinin yoxlanılması; İş öncəsi sifarişçi ilə layihə tələblərinin müzakirəsi; Təmir işləri görüləcək sahənin ölçü işlərinin götürülməsi; AutoCad ilə çizgilərin hazırlanması; Təkliflərin, texniki tapşırığın tələblərinə uyğunluğunun yoxlanması; Layihə hesabatlılığının hazırlanması; BOQ hazırlanması; Həftəlik layihələrin statusları haqda hesabatların verilməsi; Layihələrdə tikinti quraşdırma işlərinin standart və material istifadəsinin tələblərinə cavab verməsinə nəzarət; Layihə tapşırığı və texniki şərtlər əsasında HVAC sistemləri layihələrini AzDTN və digər normativ sənədlərə uyğun tərtib etmək; HVAC  istilik, ventilyasiya və kondisioner (ümumilikdə isitmə və soyutma sistemlərini) sistemlərinin istismarını,yoxlanışını bilməli və avadanlıqları tanımalıdır; Qaz sobalarına, qazanlara,  kondisionerlərə,AHU-lara,VRV-lərə,çillerlərə,istilik nasoslarına,su matorlarına , elektrik sobalarına, kanalsız split sistemlərə, nəmləndirmə və nəmləndirmə avadanlığına, elektron hava təmizləyicilərinə və hava təmizləmə sistemlərinə, evolution daxil olmaqla yaşayış məntəqələrinə nəzarət sistemlərinə xidmət göstərilməsi, təmiri və/və ya dəyişdirilməsini təmin etməlidir; Avadanlıqların düzgün işləməsini təmin etmək üçün bütün problemləri vaxtında aşkarlayıb  daxili resusların və yaxud  3-cü tərəflərin hesabına  operativ həll etmək.

Razılaşma yolu ilə

Son Tarix: 13 yanvar 2026

Tikinti və İnşaat vakansiyaları və iş elanları

Elektrik mühəndisi vakansiyaları və iş elanları

Elektrik mühəndisi vakansiyaları aşağı və orta gərginlik sistemləri, güc paylanması, kabel tray marşrutları, torpaqlama və ildırımdan mühafizə, eləcə də BMS, zəif cərəyan (CCTV, ACS, F&G) həllərinin layihələndirilməsi və icrasını əhatə edir. Axtarışda Bakı elektrik mühəndisi vakansiyaları, LV MV elektrik layihə mühəndisi iş elanları, şantiyə elektrik sahə mühəndisi vakansiyaları, test və sınaq mühəndisi iş elanları kimi uzun quyruqlu açar sözlərdən istifadə edin. ETAP, EPLAN, AutoCAD MEP, kabel yük hesabları, birxətli sxemlər, iş həcmi (BOQ) və as-built sənədləri ilə təcrübə tikinti iş elanları arasında böyük üstünlükdür. HSE qaydaları, LOTO, IP və ATEX tələblərinə uyğunluq, eləcə də yükvermə qrafiklərinin idarəsi bu alt sahədə vacibdir.

Fit-out, fasad, landşaft memarlığı vakansiyaları və iş elanları

Fit-out, fasad, landşaft memarlığı vakansiyaları interyerin təhvilə hazır vəziyyətə gətirilməsi, fasad sistemlərinin (ventilyasiya olunan, şüşə, kompozit) quraşdırılması və yaşayış-məkanlarının landşaft dizaynına fokuslanır. Axtarış üçün fit-out layihə meneceri vakansiyaları, fasad montaj briqadası iş elanları, landşaft memarı vakansiyaları, interyer layihə koordinatoru iş elanları uyğundur. Material spesifikasiyası, mock-up təsdiqləri, shop drawing və site instruction idarəetməsi, həmçinin akustika, işıqlandırma və yanğın tələblərinə uyğunluq Tikinti və İnşaat vakansiyaları daxilində əsas şərtlərdir. Vaxtında təhvil, snag siyahılarının qapanması və keyfiyyət üzrə NCR-lərin minimuma endirilməsi CV-də mütləq vurğulanmalıdır.

Mülki mühəndislik / sahə mühəndisi vakansiyaları və iş elanları

Mülki mühəndislik və sahə mühəndisi vakansiyaları qazıntı, beton, armatur, kalıp, daşıyıcı konstruksiyalar, yol və drenaj, geodeziya nəzarəti və icra həcmlərinin hesablanmasını əhatə edir. Bakı sahə mühəndisi vakansiyaları, mülki icra mühəndisi iş elanları, struktur mühəndisi vakansiyaları, geodeziya mühəndisi iş elanları kimi uzun quyruqlu açar sözlər düzgün rolları öndə göstərir. Tekla/Revit, SAP2000/ETABS, Project/Jira kimi alətlər, metodika üzrə Lean Construction, Last Planner və progress ölçümü (EV, SPI, CPI) bu sahədə tikinti vakansiyaları üçün dəyər yaradır. Həcm aktları, icra aktları və təhvil sənədlərinin düzgünliyi əsasdır.

QA/QC (mülki/mexaniki/elektrik) vakansiyaları və iş elanları

QA QC vakansiyaları material qəbulundan WIR MIR proseslərinə, ITP-lərin icrasından laborator sınaqlara, NCR və CAPA tədbirlərinin idarəsinə qədər bütün keyfiyyət dövranını əhatə edir. Axtarışda QA QC mühəndisi iş elanları, mülki QA QC vakansiyaları, M&E quality engineer iş elanları, laborant və NDT mütəxəssisi vakansiyaları faydalıdır. ISO 9001, EN, ASTM, ASME tələbləri, beton nümunələri, qaynaq WPS PQR, MEP test və komissionetmə protokolları bu alt sahədə Tikinti və İnşaat vakansiyaları üçün kritikdir. Snagging-punch list idarəsi və handover dosyelərinin tamlığı seçilməni sürətləndirir.

SƏTƏM (HSE) vakansiyaları və iş elanları

SƏTƏM HSE vakansiyaları risk qiymətləndirilməsi, iş icazələri, toolbox talk, insident araşdırması, təcili vəziyyət planı və podratçı nəzarətini əhatə edir. HSE mühəndisi iş elanları, SƏTƏM koordinatoru vakansiyaları, şantiyə HSE nəzarətçisi iş elanları bu blokda geniş yayılıb. ISO 45001, ISO 14001, işə başlamazdan əvvəl risk analizi, lifeline və sancaqlama, iş platformaları və qaldırma əməliyyatları üzrə qaydalar tikinti iş elanları daxilində əsas şərtlərdir. TRIR azalması, near-miss hesabatlarının artması və audit uyğunsuzluqlarının bağlanması kimi nəticələri CV-də qeyd edin.

Tikinti ustası vakansiyaları və iş elanları

Tikinti ustası vakansiyaları briqadaların koordinasiyası, resurs bölgüsü, günlük iş planı, iş keyfiyyətinin nəzarəti və təhlükəsizlik intizamının qorunmasına cavabdehdir. Axtarışda Bakı tikinti ustası iş elanları, usta-briqadir vakansiyaları, finish işləri üzrə usta vakansiyaları, şablon və beton usta iş elanları kimi uzun quyruqlu açar sözlərdən istifadə edin. Çertyoj oxuma, ölçü alətləri ilə dəqiqlik, material sərfinin optimallaşdırılması və təhvil qrafikinə əməl bu alt sahədə Tikinti və İnşaat vakansiyaları üçün həlledicidir.

Vakansiyalara müraciət üçün məsləhətlər

  • Açar sözləri hədəfləyin: Bakı tikinti vakansiyaları, elektrik mühəndisi iş elanları, sahə mühəndisi vakansiyaları, QA QC mühəndisi iş elanları, HSE mütəxəssisi vakansiyaları, tikinti ustası iş elanları kimi uzun quyruqlu ifadələrdən istifadə edin.

  • CV-ni nəticələrlə gücləndirin: təhvilə qədər gecikmələrin azalması, NCR sayının endirilməsi, OPEX qənaəti, məhsuldarlıq artımı, HSE göstəricilərində yaxşılaşma kimi metrikləri konkret rəqəmlərlə yazın.

  • Alətlər və standartlar: AutoCAD, Revit Tekla, MS Project Primavera, ETAP EPLAN, ISO 9001 14001 45001, ASTM EN və komissionetmə protokolları tikinti iş elanları üçün böyük üstünlükdür.

  • Sertifikat və lisenziyalar: qaynaq, elektrik səlahiyyət qrupları, HSE təlimləri, NDT sertifikatları, eləcə də PMP və ya PRINCE2 layihə idarəetməsi Tikinti və İnşaat vakansiyaları içində dəyər qatır.

  • Şantiyə intizamı: fotoreport, progress report, RFI submittal idarəsi, podratçı koordinasiyası və logistika planını göstərmək seçilməni artırır.

  • ATS uyğunluğu: vakansiya mətnindəki terminləri təbii şəkildə CV-yə inteqrasiya edin ki, filtrdən rahat keçsin.

Tikinti və İnşaat barədə tez-tez verilən suallar (FAQ)

1) Tikinti və İnşaat vakansiyaları ən çox hansı mərhələlərdə açıq olur?
Dizayn icra və təhvil mərhələlərində; Bakı tikinti vakansiyaları xüsusilə icra fazasında artır.

2) Elektrik mühəndisi vakansiyaları üçün əsas tələblər nədir?
LV MV dizayn, kabel hesabları, torpaqlama və zəif cərəyan sistemləri; elektrik mühəndisi iş elanlarında bu bacarıqlar vurğulanır.

3) Fit-out və fasad vakansiyalarında nə önəmlidir?
Material təsdiqləri, shop drawing idarəsi, mock-up və snag siyahılarının bağlanması; fit-out vakansiyaları bunu tələb edir.

4) Mülki sahə mühəndisi vakansiyaları hansı alətlərlə işləyir?
AutoCAD, Revit Tekla, Project Primavera və həcm aktları; sahə mühəndisi iş elanları bunu açıq göstərir.

5) QA QC vakansiyaları üçün hansı sənədlər əsasdır?
ITP, WIR MIR, NCR CAPA, laborator sınaq protokolları; QA QC mühəndisi iş elanlarında standartdır.

6) SƏTƏM HSE vakansiyaları üçün hansı göstəricilər izlənir?
TRIR, lost-time, near-miss və audit uyğunsuzluqları; HSE mütəxəssisi vakansiyaları bu KPI-ları ölçür.

7) Tikinti ustası vakansiyaları üzrə yüksəliş yolu hansıdır?
Usta-briqadirdən sahə nəzarətçisi və icra mühəndisinə; Tikinti və İnşaat vakansiyaları daxilində geniş yol var.

8) Uzaqdan iş imkanı varmı?
Planlama və dizayn hissəsi qismən hibrid ola bilər, lakin şantiyə rolları əsasən yerindədir.

9) Hansı sertifikatlar daha çox dəyər verir?
PMP PRINCE2, ISO üzrə daxili auditor, NDT, elektrik səlahiyyət qrupları; tikinti iş elanları üçün üstünlükdür.

10) Maaş aralığı nədən asılıdır?
Layihənin miqyası, rolun məsuliyyəti, növbə rejimi və sertifikatlar; Bakı tikinti vakansiyalarında bu amillər maaşı müəyyənləşdirir.

Nəticə: Tikinti və İnşaat vakansiyalarıtikinti iş elanları içində doğru rolu tapmaq üçün uzun quyruqlu açar sözlərdən istifadə edin, standart və alət biliklərinizi ön plana çıxarın, hər müraciətdə nəticələrinizi rəqəmlərlə sübut edin. Uğurlar!