Şirkətlərə Qayıt
AZCD Group QSC

AZCD Group QSC

3

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

3 iş elanı

AZCD Group QSC

Xərclərə nəzarət üzrə mütəxəssis

AZCD Group QSC

Tam Ştat
Orta Səviyyə

Xərclərə nəzarət üzrə mütəxəssis təşkilatın maliyyə resurslarından səmərəli istifadə olunmasını təmin etmək məqsədilə xərclərin planlaşdırılması, monitorinqi və təhlili ilə məşğul olur. Onun əsas vəzifəsi şirkətin büdcəsinə uyğun şəkildə xərclərin həyata keçirilməsinə nəzarət etmək, artıq və ya lazımsız xərclərin qarşısını almaq, eləcə də rəhbərliyi vaxtaşırı hesabatlarla təmin etməkdir. Vəzifə öhdəlikləri: Xərclərin məlumat bazasında (ERP sistemində) təqib edilməsi və yekun hesabatların hazırlanması; Xərclər ilə bağlı müxtəlif departamentlər və subpodratlarla əlaqələrin saxlanılması və məlumat mübadiləsinin təmin edilməsi; Tədarük edilən məhsullar/xidmətlərin dəyərinin müəyyən edilməsi; Xərclərin optimallaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması; Xərclər ilə bağlı hesabatların tərtib edilməsi, düzgünlüyünə nəzarət edilməsi və müəyyən edilmiş standartlara uyğunluğunun təmin edilməsi; Məhsulun dəyəri barədə məlumatın ERP sisteminə daxil edilməsinə və məhsulun düzgün qiymətləndirilməsinə nəzarət; Faktiki xərclərin büdcə ilə müqayisəsi; Satın alınan və ya tədarük edilən məhsulların/xidmətlərin dəyərinin müəyyən edilməsi; Faktiki xərclərin büdcə ilə müqayisəsi, aradakı fərqlərin təhlili, araşdırılması və izahı; Proqnozlaşdırılan maliyyə hesabatlarının hazırlanması və hesabatların təhlili; Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Razılaşma yolu ilə

Son Tarix: 9 yanvar 2026

AZCD Group QSC

SƏTƏM üzrə mütəxəssis (İnşaat)

AZCD Group QSC

Tam Ştat
Orta Səviyyə

Şirkətdə əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit üzrə tələblərin yerinə yetirilməsinə nəzarət edir, riskləri qiymətləndirərək qabaqlayıcı tədbirlər hazırlayır, işçilərə müvafiq təlimlər keçir, baş verən insident və hadisələri araşdırıb hesabatlar hazırlayır, həmçinin SƏTƏM üzrə sənədləşmə prosesini təşkil edərək ISO 45001 və ISO 14001 standartlarının tətbiqinə dəstək göstərir. Vəzifə öhdəlikləri: İstehsalatda əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi; İstehsalat işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək; Əməyin mühafizəsi üzrə qanunvericiliyin və qaydaların yenilikləri barədə işçi heyətini tanış etmək və onlara əməl edilməsinə nəzarət etmək; Sahədə görülən işlərin xüsusiyyətlərini başa düşmək və müştəri,  əsas podratçının daxili tələblərini bilmək; İş yerində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək; Mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmaq; Baş vermiş bədbəxt hadisələrin təhqiqatını aparmaq, hadisəni törədən səbəbləri müəyən etmək, hadisələrin bir daha baş verməməsi üçün tədbirlər planının hazırlanmasında iştirak etmək və müəyyən edilmiş səbəblərin aradan qaldırılmasına və tədbirlər planının hayata keçirilməsinə nəzarət etmək; İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmaq və lazımi ölçülər götürmək; İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq; İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək; SƏTƏM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və vaxtında işçiləri məlumatlandırmaq; İşçilərin əməyin mühafizəsi və əməyin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək; Təhlükəsizlik üzrə təlimat və təhsil proqramlarını aparmaq, və orada təhlükəsizlik əşyalarından istifadə qaydalarını göstərmək, yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək; SƏTƏM üzrə illik fəaliyyət planlarının işlənib hazırlanması və həyata keçirilməsi; SƏTƏM üzrə daxili və xarici auditlərin təşkili və həyata keçirilməsi; SƏTƏM üzrə qabaqlayıcı tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsi; Xəsarət və hadisələr baş verdiyi təqdirdə onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi.

Razılaşma yolu ilə

Bakı

Son Tarix: 12 yanvar 2026