Şirkətlərə Qayıt

Business Accounting

2

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

2 iş elanı

Mühasib

Business Accounting

Tam Ştat
Orta Səviyyə

Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək; Pul vəsaitlərənin mədaxil və məxaric edilməsi üzrə əməliyyatların həyata keçirilməsi. Kassa əməliyyatlarının yerinə yetirilməsi. Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyətin hesablanması, köçürülməsi; Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi; Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması; E-taxes.gov.az , E-customs.gov.az portallarından istifadə etmə bacarığı; Elektron qaimə , faktura, hesab fakturalarının işlənməsi; Kreditor və debitorlar ilə üzləşmələrin aparılması; Ödəniş tapşırıqları və Təhvil-Təslim aktlarının tərtib olunması; Müəssisənin maliyyə fəaliyyətinin 1C proqramına işlənilməsi. Əsas tələblər: Staj: 1-2 il Yaş: 25 — 40 yaş Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibatlıq üzrə). Azərbaycan və rus dilində mükəmməl bilmək (ingilis dili biliyi üstünlükdür). 1C 8.3 proqramını, Microsoft Office proqramlarını (WORD, EXCEL) yaxşı səviyyədə bilmək. Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq; İş şərtləri: Ərazi: Bakı İş qrafiki: Həftənin 5 günü ( Həftə içi 09:00-dan 18:00dək) istirahət günü:Şənbə, bazar. Əmək haqqı: 700-1000 AZN Sınaq müddəti: 3 ay Cv formasında şəkil olması mütləqdir. Namizədin rus dili biliyi olması mütləqdir. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mühasib” qeyd edərək qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.

700 AZN-dən

Son Tarix: 8 yanvar 2026

İnsan Resursları üzrə kiçik mütəxəssis

Business Accounting

Tam Ştat
Orta Səviyyə

Əmək qanunvericiliyinə və daxili qaydalara uyğun olaraq işə qəbul, xitam və vəzifə dəyişikliyi proseslərinin həyata keçirilməsi; İşçilərin şəxsi işlərinin formalaşdırılması, qaydaya salınması İşdən çıxan əməkdaşlarn əmək kitabçalarının yazılması və təhvil verilməsi Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər HR əməliyyatları ilə bağlı məlumatların toplanmasında və hazırlanmasında dəstək göstərmək HR hesabatlarının (işçi sayı, məzuniyyət qalığı) hazırlanmasında iştirak etmək; Kadr informasiya bazasının hazırlanması və dəyişikliklərin qeydiyyatının aparılması; Məzuniyyət cədvəlinin nəzarətdə saxlanılması, işçilərin məzuniyyətlərini istifadə etmələrinin təmin edilməsi; İnsan Resursları şöbəsinin gündəlik işlərinin icrasında iştirak edilməsi Əsas tələblər: Staj: 1 il Yaş: 22 dən yuxarı Ali təhsil (bakalavr) Azərbaycan və rus dilində mükəmməl bilmək (ingilis dili biliyi üstünlükdür). Azərbaycan Respublikası Əmək Qanunvericiliyini bilmək ƏMAS, E-gov, İSB portallarından istifadə etmə bacarığı Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq; Microsoft Office proqramlarını (WORD, EXCEL) yaxşı səviyyədə bilmək. Qeyd - Namizədin rus dili biliyi olması mütləqdir. İş şərtləri: Ərazi: Bakı İş qrafiki: Həftənin 5 günü ( Həftə içi 09:00-dan 18:00dək) istirahət günü:Şənbə, bazar. Əmək haqqı: 400-600 AZN Sınaq müddəti: 3 ay Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resusrsları üzrə kiçik mütəxəssis” qeyd edərək qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Cv formasında şəkil olması mütləqdir.

400 AZN-dən

Son Tarix: 8 yanvar 2026