Şirkətlərə Qayıt
Caspident

Caspident

2

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

2 iş elanı

Caspident

Satış təmsilçisi

Caspident

Tam Ştat
Orta Səviyyə

İş haqqında məlumat: Şirkətin tibbi məhsul və avadanlıqlarının satışını təmin etmək; Müəyyən olunmuş satış planı və hədəflərinə uyğun olaraq fəaliyyət göstərmək; Yeni müştərilərin cəlb olunması və mövcud müştəri portfelinin idarə olunması; Tibb müəssisələrinə (xəstəxanalar, klinikalar, apteklər və s.) məhsulların təqdimatı və satışının təşkili; Ərazidə müntəzəm şəkildə müştəri ziyarətləri həyata keçirmək; Satışa təqdim olunan məhsullar və avadanlıqlar haqqında ətraflı və dəqiq məlumata malik olmaq; Müştərilərə məhsulun funksiyaları, istifadəsi, üstünlükləri barədə məlumat vermək və onları maarifləndirmək; Tibb işçilərinə məhsulun istifadəsi ilə bağlı təqdimatlar və nümayişlər keçirmək; Müştəri məmnuniyyətini təmin etmək və onların suallarını cavablandırmaq; Müştərilərdən gələn şikayət və təklifləri toplamaq, aidiyyəti şöbəyə yönəltmək və nəticəsini izləmək; Satış sonrası texniki dəstək və servis məsələlərində koordinasiyanı təmin etmək; Günlük, həftəlik və aylıq satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması; Ziyarət edilmiş müştərilər, əldə olunan sifarişlər və gələcək planlar haqqında sənədləşmənin aparılması; Rəqiblərin fəaliyyəti, bazar tendensiyaları və qiymət dəyişiklikləri haqqında məlumat toplamaq və analiz etmək; Müştərinin tələbatına uyğun məhsul təqdimatı etmək; Seçilmiş məhsul haqqında müştəriyə tam və ətraflı məlumat vermək; Məhsulun stok miqdarını cari dəyərini daim nəzarətdə saxlamaq; Gələcək müştərilər üçün tədbir məkanını, yemək və iaşə xidmətlərini və əyləncə obyektlərini (Otel, Qolf Klubu, SPA, Trampoline) vurğulayan satış təqdimatları və müxtəlif əlavə materialların yaradılması.

600 AZN-dən

Son Tarix: 9 yanvar 2026