Şirkətlərə Qayıt
Code Academy

Code Academy

2

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

2 iş elanı

Code Academy

SOC Manager

Code Academy

Tam Ştat
Orta Səviyyə

Azərbaycanın aparıcı kibertəhlükəsizlik şirkətlərindən biri olan tərəfdaş şirkətimiz üçün Təhlükəsizlik Əməliyyatları Mərkəzinin (SOC) fəaliyyətinə rəhbərlik edəcək, güclü liderlik bacarığı, peşəkar bilik və strateji yanaşmaya malik SOC Manager axtarırıq. Əgər sən də beynəlxalq layihələrdə yer almaq, innovativ komandada işləmək və peşəkar səviyyəni daha da artırmaq istəyirsənsə bu fürsət sənin üçündür! Tərəfdaş şirkətimizdə işləməklə sən: Regional SOC, MSSP və Threat Intelligence layihələrində aktiv iştirak Yenilikçi, yüksək texnologiyalı və inkişaf yönümlü iş mühiti Davamlı təlim, sertifikatlaşdırma və peşəkar inkişaf dəstəyi Genişmiqyaslı layihələr və müxtəlif yerli və beynəlxalq müştəri portfeli ilə işləmək imkanı əldə edəcəksən. Bu vəzifədə əsas iş öhdəliklərin aşağıdakılar olacaqdır: SOC bölməsinin gündəlik fəaliyyətinə nəzarət etmək və bütün əməliyyat proseslərini koordinasiya etmək Analitiklər, mühəndislər, GRC və təhdid kəşfiyyatı üzrə mütəxəssislərdən ibarət SOC komandasına rəhbərlik etmək və komandanın inkişafını təmin etmək Monitorinq, təhlil və insidentlərə cavab (IR) proseslərini idarə etmək SIEM, SOAR, EDR/XDR və Threat Intelligence platformalarının idarə edilməsi və optimallaşdırılması SOC üzrə performans göstəricilərinin (KPI və SLA) müəyyənləşdirilməsi və mütəmadi hesabatların hazırlanması Müştərilərə göstərilən SOC xidmətlərində operativlik, keyfiyyət və fasiləsizliyi təmin etmək SOC imkanlarının gücləndirilməsi üçün yeni texnologiyaların qiymətləndirilməsi və tətbiqi Təhlükəsizlik insidentləri üzrə RCA aparılması və qabaqlayıcı tədbirlərin hazırlanması İdarə heyətinə mütəmadi əməliyyat və strateji təhlükəsizlik üzrə hesabatların təqdim edilməsi SOC fəaliyyətinin beynəlxalq standartlara (ISO 27001, NIST, MITRE ATT&CK və s.) uyğunluğunun təmin edilməsi

Razılaşma yolu ilə

Son Tarix: 10 yanvar 2026