Sosial Media Marketinq (SMM) mütəxəssisi
Müəssisəmizin SMM (Videoqraf) vəzifəsinə vakansiya elan edilir:
Vəzifə öhdəlikləri:
Şirkətin sosial media platformalarında brendin tanıtımını, məhsul və xidmətlərin təqdimatını təmin etmək, izləyici kütləsini artırmaq və müştəri ilə rəqəmsal ünsiyyəti gücləndirmək.
Sosial media kanallarının (Instagram, Facebook, TikTok, YouTube, LinkedIn və s.) idarə olunması
Həftəlik və aylıq kontent planlarının hazırlanması və rəhbərliklə razılaşdırılması
Postlar, story, reels və reklam məzmunlarının yaradılması (mətn, vizual və video formatda)
Auditoriya hədəflənməsi və reklam büdcəsinin səmərəli istifadəsi
Sosial media performansının gündəlik və aylıq izlənməsi və hesabatların hazırlanması
Müəssisənin sosial şəbəkə hesabları üçün foto və video materialların çəkilişini icra etmək
Təqdim edilən material və kontentlər əsasənda müəssisənin marketinq strategiyasına uyğun video çəkilişlərini həyata keçirmək
Video materialların, reklam və sosial çarxların montaj prosesini həyata keçirmək
Müəssisənin təşkil etdiyi müxtəlif tədbirlərin video çəkilişlərini standartlara uyğun qayda da icra etmək
Müəllif hüquqlarının qorunmasına nəzarət etmək