Ağır Texnikalar Üzrə Servis Meneceri
Ünvan: AGA Business Center
Əmək haqqı: müsahibə əsnasında təyin olunacaq
Vəzifə Öhdəlikləri:
Təmir və texniki xidmət (PTO) işlərinin illik, rüblük və aylıq planlarını hazırlamaq
Servis komandasının (mühəndislər, ustalar) işini koordinasiya etmək, tapşırıqları bölüşdürmək və iş yükünü idarə etmək.
Servis zamanı texniki və təhlükəsizlik (SƏTƏM) standartlarına ciddi riayət olunmasına nəzarət etmək.
Servis xidmətlərinin keyfiyyətini təmin etmək, müştəri şikayətlərini və müraciətlərini effektiv şəkildə həll etmək.
Servis departamentinin fəaliyyəti, xərcləri, gəlirləri və məhsuldarlığı barədə rəhbərliyə mütəmadi hesabatlar hazırlamaq.
Ehtiyat hissələri departamenti ilə sıx əməkdaşlıq edərək, təmir üçün lazım olan hissələrin vaxtında tədarükünü təmin etmək.