Vəzifə öhdəlikləri:
Elektron qaimələrin, hesab-fakturaların və təhvil-təslim aktlarının yazılması;
Gündəlik satış məlumatlarının excel hesabatlarına daxil edilməsi;
Sahədən gələn məlumatlar əsasında Yanacaq hesabatının aparılması;
Mühasibin göstərişlərinə uyğun olaraq bank ödənişlərinin və ƏDV ödənişlərinin edilməsində mühasibə kömək etmək;
Müştəri və təchizatçılarla hesablaşmaların edilməsində iştirak etmək;
Mühasibat sənədlərinin toplanmasını və sistemləşdirilməsini həyata keçirmək;
Materialların anbara daxil və çıxış sənədlərinin hazırlanması;
Materialların anbar hesabatının aparılması;
Rəhbərliyin tələbinə uyğun olaraq günlük, həftəlik, aylıq və rüblük satış və yanacaq hesabatlarının vaxtında tərtib olunması və rəhbərliyə təqdim olunması;
Şirkətin vergi sisteminə daxil olan electron qaimələrin yoxlanılması və vergi sisteminə göndərilmiş elektron qaimələr barədə rəhbərliyə gündəlik məlumat verilməsi;
Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması.