Turizm üzrə Satış Meneceri
Bakı şəhərində yerləşən, turistlərlə çalışan bir neçə otellər toplusuna Turizm üzrə Satış Menecerivakansiyası var.
Yalnız 22 - 45 yaş həddində və Yalnız rus və yaxşı ingilis dilində danışa bilən bəylər və xanımlar ancaq müraciət edə bilər. Namizədin bu sahədə təcrübəsi minimum bir ildən çox olmalıdır.
İş şəraiti
**Maaş:**Gündüz növbəsi - həftədə 5 dəfə: 700 azn + satış faizi
İş rejimi: Səhər növbəsi - həftədə 5 gün: 09:00 - 18:00
Uyğunluq meyarları: Yaş: yalnız 22 - 45
Dil bilikləri meyarları: Rus dili – yaxşı və ya səlis, İngilis dili – yaxşı və ya əla danışıq səviyyəsi, Azərbaycan dili – yaxşı və yuxarı.
İş təsiviri:
Otelin korporativ satışını artırmaq
Müştərilərlə effektiv ünsiyyət qurmaq və onların tələblərinə uyğun təkliflər hazırlamaq
Yeni müştərilər cəlb etmək və mövcud müştəri bazasını qorumaq
Korporativ və fərdi müştərilərlə müqavilələrin hazırlanması və idarə olunması
Rezervasiyaların düzgün və vaxtında həyata keçirilməsinə nəzarət etmək
Etimadı və əməkdaşlığı gücləndirmək üçün turizm agentliklərinə müntəzəm səfərlər etmək
Satış planlarına uyğun işləmək və həftəlik/aylıq hesabatlar təqdim etmək
Bazar araşdırması aparmaq və rəqiblərin qiymət və xidmətlərini izləmək
Şikayətləri operativ şəkildə həll etmək və yüksək müştəri məmnuniyyətini təmin etmək
Sərgilər, təqdimatlar və satış tədbirlərində şirkəti təmsil etmək
Müraciət saatları: həftə içi: 10:00 – 17:00.
+994 70 990 80 79 (Whatsapp) – zəng edilməsin. Yalnız CV-lər göndərilsin.
Tələblərə uyğun namizədlər öz CV-lərini göstərilmiş nömrəyə göndərmələri xahiş olunur.
P.S Qeyri-ciddi və qeyd olunan meyarlara uyğun olmayan insanlar narahat etməsin.