İş yeri: Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 218 (Əhmədli m.)
İş qrafiki: 6 günlük 08:00-17:00
Nahar və forma ilə təminat
Rəsmi əmək müqaviləsi
Vəzifə öhdəlikləri:
Hazır məhsulların – o cümlədən paxlava və digər şirniyyat məmulatların – düzgün və zədələnmədən paketlənməsini təmin etmək, hər bir məhsulun estetik görünüşünün qorunmasına xüsusi diqqət yetirmək;
Qablaşdırma zamanı istifadə edilən bütün materiallardan – plastik örtüklər, karton qutular, stikerlər və digər köməkçi vasitələrdən – qənaətlə və düzgün qaydada istifadə etmək, lazımsız israfa yol verməmək;
Hər bir məhsulun çəkisi, ölçüsü və formasına uyğun olaraq müəssisə tərəfindən müəyyən olunmuş qablaşdırma standartlarına riayət etmək, qablaşdırma prosesində texniki səhvlərə yol verilməmək;
Paketləmə zamanı məhsulların keyfiyyətinə, xarici görünüşünə, dağılmamasına və gigiyenik normalara tam uyğunluğuna nəzarət etmək, xarab və ya normaya uyğun olmayan məhsullar aşkar edildikdə dərhal sahə rəhbərini məlumatlandırmaq;
Gündəlik iş prosesində istifadə etdiyi iş masası, avadanlıq və ətraf mühitin gigiyenik qaydalara uyğun təmizliyini təmin etmək, gigiyena və sanitariya normalarına riayət etmək;
Qablaşdırma sahəsində istifadə olunan avadanlıqlardan yalnız təlimata uyğun qaydada istifadə etmək, nasazlıq və təhlükə hallarında dərhal sahə rəhbərliyini məlumatlandırmaq