Payable Mühasib (Təchizatçı Hesabları üzrə Mühasib)
Sabah Capital Partners MMC
Struktur bölmə: Maliyyə və Mühasibatlıq şöbəsi
Vəzifə Öhdəlikləri:
Təchizatçılara və xidmət göstərən şirkətlərə ödənişlərin vaxtında və düzgün icrasını təmin etmək
Gələn fakturaları, təhvil-təslim aktlarını və digər ilkin sənədləri yoxlamaq, təsdiqləmək və müvafiq mühasibat uçotuna daxil etmək
Həftəlik və aylıq ödəniş cədvəllərini hazırlamaq
Ödənişlər həyata keçirildikdən sonra məlumatların 1C 8.3 proqramına daxil edilməsini təmin etmək
Təchizatçılarla maliyyə məsələləri üzrə koordinasiya aparmaq, sorğulara operativ şəkildə cavab vermək
Büdcə ilə işləmək prinsiplərini tətbiq etmək və maliyyə planlamasına riayət etmək
Hesablar üzrə qalıqları, qarşılıqlı öhdəlikləri yoxlamaq və uzlaşma aktlarını hazırlamaq
Daxili audit və maliyyə yoxlamaları üçün tələb olunan sənədlərin təqdim edilməsinə dəstək göstərmək
Maliyyə əməliyyatlarının qanunvericiliyə və daxili prosedurlara uyğun aparılmasını təmin etmək