Vəzifə Təlimatı:
Təyin edilən menyu üzrə yeməklərin keyfiyyətli bişirilməsi və işçi heyətinə təqdim edilməsi
Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək;
Müxtəlif çeşidli yeməkləri hazırlamaq (menyu üzrə) və verilmiş qrafikə uyğun vaxtında işçi heyətinə təqdim etmək;
Müxtəlif növ yarımfabrikatlar, şirniyyat və un məmulatlarını hazırlamaq;
Lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq və bölmə rəhbərinə bildirmək;
Mətbəxdə istifadə olunan avadanlıqları düzgün istifadə və qulluq etmək;
Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək;
İstifadə edilən ərzağın düzgün saxlanmasını, istifadə olunan avadanlıqları və mətbəxi daima təmiz saxlanmasını təmin etmək;
Namizəd üçün tələblər:
Tələb olunan iş təcrübəsi: Minimum tələb olunan təcrübə və s.: 3 il
Yaş həddi: 50 yaşa qədər
Cins tələbi: Qadın
İş şəraiti:
6 gün 08:00 – 17:00
Əmək haqqı müsahibə əsasında təyin olunacaq
Ünvan: Sabit Rəhman 35A
Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.