Servis işləri üzrə koordinator
Servis işlərini təqib etmək;
Müştərilər tərəfindən gələn zənglərə tam dəqiq, dolğun məlumat vermək, müştərilərlə əlaqə yaratmaq;
Servis işlərini koordinasiya edə bilmək;
Müəssisənin proseduru əsasında təyin edilmiş təlimatları icra etmək;
Texnikaların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
Texnikalara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək. Görülməli işlərin texniki hazırlığını təmin etmək;
Mexaniki problemlərin növləri və onların yaranma səbəbləri aşkar etmək;
Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin etmək;
Texnikaların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir
Əmanət edilmiş maddi, texniki vəsaitlərə və təqdim etdiyi hesabatların düzgünlüyünə cavabdehlik daşımaq;
Tabeçiliyində olan işçi heyətə, texnikalara təmir xidməti göstərən işçilərə rəhbərlik etmək, işçilərin öz biliyinin və ixtisaslarının artırılması üçün tədbirlər həyata keçirmək;
Təmir və texniki xidməti digər hissələri zədələmədən icra etmək və istehsalçının təmir texnologiyalarına riayət etmək;
Namizəd ilə bağlı tələblər (Bilik, təcrübə, bacarıq)
Ali və ya orta ixtisas təhsili (müvafiq sahə üzrə)
Cinsi – Kişi
Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili arzu olunandır
İş təcrübəsi: Minimum 2 il
Komandada işləmək qabiliyyəti
Komputer bilikləri
Tikinti avadanlıqları barədə biliklərin olunması
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
İş şəraiti
İş qrafiki - 6 günlük
Həftə içi 09:00 – 18:00
Şənbə 10:00-16:00
Əmək haqqı – Müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
Nahar şirkət tərəfindən verilir
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.