Aparıcı Mühasib

Bakı

Tam Ştat

Orta Səviyyə

1.500 AZN-dən

Yerləşdirilib 15 dekabr 2025

Son Tarix: 15 yanvar 2026

Təsvir

Əməkhaqqı: 1500 AZN

İşin təsviri:

  • Şirkətin gündəlik və aylıq gəlir və xərc əməliyyatlarının düzgün uçota alınmasına nəzarət etmək;

  • Debitor və kreditor borcları üzrə əməliyyatları izləmək və uyğunlaşdırılmasını təmin etmək;

  • Bank, kassa və POS-terminal əməliyyatlarını uçota almaq və çıxarışlarla düzgün uzlaşdırmanı aparmaq;

  • Maliyyə göstəricilərində yaranan kənarlaşmaları vaxtında təhlil etmək və müvafiq şöbələrlə birgə aradan qaldırmaq;

  • Bütün əməliyyatların mühasibat uçotu hesablarında və registrlərdə düzgün əks etdirilməsinə nəzarət etmək;

  • Mühasibatlıq əməkdaşlarının gündəlik işlərinin icrasına nəzarət etmək;

  • Mənfəət və zərər (P&L), Balans hesabatı ,Pul vəsaiti hesabatlarını hazırlamaq və rəhbərinə təqdim etmək;

  • Rəhbərlik tərəfindən verilən gündəlik, həftəlik və aylıq tapşırıqların icrasını təmin etmək;

Tələblər

  • Mühasibatlıq və əlaqədar sahədə minimum 1 il iş təcrübəsi;

  • Pərakəndə satış (retail) sahəsində təcrübə üstünlükdür;

  • ERP proqramlarında işləmə bacarığı;

  • Microsoft Office proqramlarını — xüsusilə Excel — yaxşı səviyyədə bilmək;

  • Maliyyə hesabatları üzrə (Mənfəət-Zərər, Balans, Kassa hesabatı) orta səviyyədə bilik və praktiki bacarıq;

  • Real mühasibat uçotu üzrə biliklərinin kifayət qədər olması və inkişaf etdirməyə açıq olmaq;

  • Öz üzərində daimi işləmək, yeni bilik və bacarıqları qavramaqda aktiv yanaşma;

  • Analitik düşüncə, dəqiqlik, məsuliyyətlilik və operativlik;

  • Problem həll etmə və qərarvermə bacarığı;

Komandamızda olmaq istəyən namizədlər “CV”-lərini mövzu hissəsində vəzifə adını “Aparıcı Mühasib“ qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərə bilər.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3131

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə