Aparıcı mühasib
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 24 dekabr 2025
Son Tarix: 23 yanvar 2026
Təsvir
“A+CO” ASC “Aparıcı mühasib” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
İstehsalat fəaliyyəti üzrə mühasibat uçotunu mövcud qanunvericiliyə uyğun şəkildə aparmaq ;
Vergi bəyannamələrini hazırlamaq, yoxlamaq və elektron qaydada vaxtında göndərmək;
Vergi hesabatlarının düzgünlüyünü təmin etmək, riskləri əvvəlcədən təhlil etmək və aradan qaldırmaq;
Elektron qaimə fakturaların doğruluğunu yoxlamaq;
Müqavilələri düzəliş etmək, aktları, hesab fakturaları, protokolları və digər növ mühasibatlıq sənədləri tərtib etmək;
Tələblər
İqtisadiyyat, Maliyyə, Mühasibatlıq sahəsində ali təhsil;
Mühasibatlıq üzrə minimum 3 illik iş təcrübəsi (istehsalat sahəsində təcrübə üstünlükdür);
1C və MS Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
Vergi qanunvericiliyini yaxşı bilmək;
Peşəkar mühasib sertifikatı və ACCA sertifikatlarına sahib olmaq üstünlükdür;
Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır;
Məntiqi və analitik düşünmə qabiliyyəti.
İş şəraiti:
İş yeri: Xırdalan şəhəri;
İş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək, 5 günlük;
Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Aparıcı mühasib” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
A+CO ASC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3450
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə