Ana Səhifə
Vakansiyalar

Avtomatika Mütəxəssisi (KNX/BMS)

Avtomatika Mütəxəssisi (KNX/BMS)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 15 dekabr 2025

Son Tarix: 9 yanvar 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Tam hazır şəkildə quraşdırılmış avtomatika və BMS sistemlərinə daimi nəzarət etmək

  • KNX əsaslı bina idarəetmə sistemlərinin (işıqlandırma, havalandırma, isitmə/soyutma, pərdə/jalüz idarəetməsi və s.) işini monitorinq etmək

  • KNX şin xəttində və ya bağlı modullarda yaranan nasazlıqları diaqnostika edib aradan qaldırmaq

  • BMS platformasında alarmları, xəbərdarlıqları və sensor oxunuşlarını izləmək

  • BMS sistemində parametrlərin, vaxt cədvəllərinin və ssenarilərin zəruri hallarda yenilənməsi

  • KNX aktor, sensor, gateway, dimmer və digər modulların işləmə vəziyyətini yoxlama;

  • Avtomatika panellərinin və sistem avadanlıqlarının profilaktik baxımını aparmaq;

  • PLC, rele sistemi və digər avtomatika komponentlərində yaranan xırda nasazlıqları aradan qaldırmaq;

  • İstehsalat və ya obyekt daxilində bütün avtomatika proseslərinin fasiləsiz işləməsinə nəzarət;

  • Texniki qeydlərin aparılması və rəhbərliyə sistemlə bağlı məlumatların ötürülməsi.

Tələblər

  • Ali təhsil (mühəndislik sahəsi üzrə);

  • Avtomatika sahəsində minimum 2-3 il iş təcrübəsi;

  • KNX və ya digər bina idarəetmə sistemləri (BMS) haqqında məlumatlı olmaq;

  • Avtomatika və elektrik sxemlərini oxuma bacarığı;

  • Sensorlar, aktorlar, aktuatorlar və modullar haqqında baza bilikləri;

  • Operativ, məsuliyyətli və diqqətli iş yanaşma.

İş şəraiti

  • İş rejimi: Tam ştat, növbəli 12 saat iş;

  • Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən müsahibə nəticəsində müəyyən ediləcək.

Uyğun namizədlər CV-lərini  qeyd olunan elektron ünvanına mövzu yerinə “Avtomatika Mütəxəssisi (KNX/BMS)” yazaraq göndərə bilər.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#2960

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya