Avtomobil ustası elektriki
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 5 yanvar 2026
Son Tarix: 15 yanvar 2026
Təsvir
Hazırda şirkətimizə Avtomobil ustası elektriki vakansiyası üzrə namizəd axtarılır.
İş yeri: Bakı, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km 1
Tələblər
Orta təhsil;
Əlaqədar vəzifə üzrə 1 il iş təcrübəsi;
Müştəriyönümlülük;
Ünsiyyət bacarığı;
MS Office komputer proqramı üzrə bacarıqlar arzuolunandır.
Vəzifə və Öhdəliklər:
Bütün işlərin Norm ASC-nin Sağlamlıq və Təhlükəsizlik Siyasətinə uyğun yerinə yetirilməsi;
Forklift, avtomobil, qolfmaşını, yük və yük daşıyıcı maşınlarının bütün elektron sisteminin (akkumulyator, generator, starter, yanma, işıqlandırma, mühafizə, səs siqnalları, xətlər və s.) quruluşunu, iş prinsipləri, onlarda yaranmış problemlərin aradan qaldırılması prinsiplərini bilməli və iş zamanı onlara riayət etməli;
Müayinə və ya təmir zamanı ayrılmalı (sökülməli) olan detalların xüsusiyyətini bilməli;
Müayinə və ya təmir üçün tələb olunan alət növləri ilə işləməyi bacarmalı;
İstifadə etdiyi avadanlıqların iş prinsipini bilməli;
İstifadə etdiyi alətlərin və avadanlıqların işlək vəziyyətdə olmasına nəzarət etməli;
Təmir məntəqəsində lazımi alətlərin və ehtiyat hissələrinin mövcudluğuna nəzarət etməli;
Lazımi olduqda təmir məntəqəsinin digər ustalarına müayinə və təmir zamanı köməklik göstərməli;
Müayinə və ya təmir zamanı avtonəqliyyat və texnika vasitəsinin cızılmaması, hər hansı zədə almaması və ya çirklənməməsinə ciddi diqqət etməli;
Ona tapşırılmış işi vaxtında və məsuliyyətlə yerinə yetirməli;
Nəqliyyat vasitələrində aparılan təmir işləri bitdikdən sonra həmin nəqliyyat vasitəsini idarə edərək yoxlamalı və baş vermiş və ya aşkarlanmış problem və nöqsanları aradan qaldırdıqdan sonra nəqliyyat vasitəsini sahibinə təhvil verməli;
Məntəqəyə təmir məqsədilə yaxınlaşan avtomobil, avtoyükləyici, golfmaşını, yük qaldırıcı və yük daşıyıcı maşınlarının tam müayinə edilməsi. Aşkar olunan nasazlıqla bağlı birbaşa rəhbərin məlumatlandırılması;
İş yerinin səliqəli və təmiz saxlanmasına ciddi riayət etməli;
İstənilən şikayət və anlaşılmazlıq zamanı təmkinli və nəzakətli olmalı;
İş şəraitindən asılı olaraq mustəqil qərar qəbul etməyi bacarmalı;
Heyətlə işləməyi bacarmalı;
İş yerində təhlükəsiz iş şəraitlərinə riayət etməli;
Daxili intizam qaydalarına riayət etməli;
Birbaşa rəhbərinin digər şifahi və yazılı xidməti tapşırıqlarını yerinə yetirməlidir.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Norm OJSC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4090
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə