“Bakıaeronaviqasiya” HHİ (Hava Hərəkətini İdarəetmə) Dispetçeri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 5 yanvar 2026
Son Tarix: 27 fevral 2026
Təsvir
Hava hərəkətinin idarə edilməsi dispetçeri öz məsuliyyət zonasının müəyyən edilmiş sərhədləri daxilində radiotexniki və radiolokasiya vasitələrindən istifadə etməklə hava gəmilərinin hərəkətini idarə etmək;
Hava gəmilərinin hərəkətinin idarə edilməsi prosesi zamanı hava hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə hərbi hava qüvvələri və hava hərəkətinin idarə edilməsi üzrə qonşu dispetçer məntəqələri ilə qarşılıqlı əlaqədə işləmək;
Hava gəmilərinin heyətlərinə uçuşların yerinə yetirilməsi ilə bağlı dəqiq və vaxtında zəruri göstərişlər və məlumatlar vermək;
Nəzarət etdiyi yaxın zonalarda hava və meteoroloji şəraiti öyrənmək və təhlil etmək, hava gəmilərinin təhlükəli meteoroloji hadisələr zonasına daxil olmasının qarşısını almaq üçün müvafiq tədbirlər görmək;
Hava gəmilərinin təhlükəsiz hərəkətinin təmin edilməsi mümkün olmadıqda, hava gəmilərinin heyətlərinə uçuşların yerinə yetirilməsini qadağan etmək.
Tələblər
Vətəndaşlıq: AR vətəndaşı olmaq;
Yaş: 22-30 yaş aralığında olmaq (uyğun təcrübə olmadığı halda);
Yaş: maksimum 35 (uyğun təcrübə olduğu halda);
Təhsil: Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi;
Dil bilikləri: Azərbaycan – səlis, İngilis – ICAO üzrə 4-cü səviyyə aviasiya ingilis dili bilikləri;
Qavrama və tez reaksiya vermə bacarığı;
Məsuliyyətli və intizamlı olmaq;
Komandada işləmək bacarığı.
Əlavə Qeydlər:
DMAA-nin Student license olan namizədlərə üstünlük veriləcək.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Azerbaijan Airlines
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4012
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə