Ana Səhifə
Vakansiyalar
İnsan Resursları (HR)
İşə qəbul (Talent Acquisition)

Bərdə PİEZ filialında kadrlar üzrə müfəttiş-tabelçi

Bərdə PİEZ filialında kadrlar üzrə müfəttiş-tabelçi

Tam Ştat

Orta Səviyyə

500 AZN-dən

Yerləşdirilib 14 dekabr 2025

Son Tarix: 8 yanvar 2026

Təsvir

  • Təsdiq edilmiş formalara uyğun olaraq əmək müqavilələrinin, ona edilən dəyişikliklərə dair müvafiq əlavələrin imza layihəsinin hazırlanması, Cəmiyyətin aidiyyəti struktur bölmələri ilə razılaşdırılması üçün ESD və ERP sistemlərinə yerləşdirilməsi;

  • Təsdiq edilmiş formalara uyğun olaraq kadr əməliyyatlarına dair əmrlərin imza layihəsinin hazırlanması, Cəmiyyətin aidiyyəti struktur bölmələri ilə razılaşdırılması üçün  ESD və ERP sistemlərinə yerləşdirilməsi;

  • Əmək müqavilələri, ona edilən dəyişikliklərə dair müvafiq əlavələri, əmək müqaviləsinin ləğv edilməsi bildirişinin elektron informasiya sisteminə (ƏMAS portalına) gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi;

  • İşçilərin şəxsi işlərin arxivinin aparılması, mühafizəsinin təmin edilməsi, əmək müqaviləsi ləğv edilmiş işçilərin şəxsi işlərinin Cəmiyyətin arxivinə təhvil verilməsi;

  • Sadə formada və xüsusi proqram (ZKTeco) vasitəsi ilə işçilərin iş vaxtının uçotunun aparılması, məlumatların tabeldə əks etdirilməsi;

  • Müvafiq struktur bölmə tərəfindən verilmiş və/və ya ERP sistemində olan məlumata əsasən işəmuzd qaydada işləyən işçilərin görülmüş işlərinin uçotunun aparılması;

  • Əmək kitabçasının açılması, doldurulması və əmək müqaviləsi ləğv edilmiş işçilərə əmək kitabçasının təhvil verilməsi.

Tələblər

  • Ali təhsil

  • İş təcrübəsi 1 ildən 3 ilə qədər

  • Microsoft Office (Word, Excel, Power Point) 1C 8.3 ERP proqramlarında işləmək

  • İş rejimi: 6 gün

  • Həftədə 40 saat

  • Qeyd edilən əməkhaqqı gross olaraq müəyyən olunub.

İş yeri Bərdə rayonunda yerləşdiyinə görə yalnız həmin rayonda və yaxın ərazilərdə yaşayan namizədlərdən müraciət etmələri xahiş olunur.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Azərpambıq ASK MMC

Azərpambıq ASK MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#2565

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

İmişli PİTM filialında SƏTƏM üzrə mühəndis

Tam Ştat

Filialın iş yerlərində təhlükəli və zərərli istehsalat amillərini aşkar edir. İş yerində baş vermiş bədbəxt hadisələrin, peşə xəstəliklərinin səbəblərinin və vəziyyətinin təhlil edir. Təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində əməyin mühafizəsi tələblərinə müvafiq iş yerlərinin və istehsal avadanlıqlarının attestasiya edilməsində, sertifikatlaşdırılmasında Filialın struktur bölmələrinə köməklik göstərir. İş yerində bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində əmək xəsarəti almış işçilərə dəymiş zərərin ödənilməsi üçün sənədlərin hazırlanmasında iştirak edir. Filialın müvafiq bölmələri ilə birlikdə və həmkarlar ittifaqlarının və ya əmək kollektivlərinin vəkil (etibarlı) etdikləri şəxslərinin iştirakı ilə binaların, qurğuların, avadanlıqların, maşın və mexanizmlərin texniki vəziyyətini, onların əməyin mühafizəsi üzrə standartlara, normativ hüquqi aktlara uyğunluğunu, ventilyasiya sisteminin səmərəliyini, işçilərin sanitar-texniki, kollektiv və fərdi mühafizə vasitələri ilə təmin olunması vəziyyətini yoxlamaq və ya yoxlama müayinələrində iştirak edir. Filialın və müvafiq bölmələrinin rəhbərlərinin iştirakı ilə əməyin mühafizəsi üzrə təlimatların hazırlanması, peşələrin və iş növlərinin siyahısının tərtib edir. Filialın bölmə rəhbərlərinin işçilər üçün əməyin mühafizəsi üzrə təlimatların, əməyin təhlükəsizliyi sistemi standartlarının müəssisə standartlarının hazırlanması və yenidən baxılması zamanı metodiki köməklik göstərir. Yeni işə qəbul olunanlarla, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrlə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmanın proqramını hazırlayır və təlimat keçir. Əməyin mühafizəsi üzrə təlimatlandırmanın (iş yerlərində ilkin, təkrar, plandan kənar, məqsədli) təlimin və biliklərin yoxlanılmasının təşkilinə metodiki köməklik göstərir. Filialın bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil edir, həmçinin müvafiq informasiya lövhələrinin quraşdırılmasına metodiki köməklik göstərir. Müvafiq müddətə və müəyyən edilmiş formada əməyin mühafizəsi üzrə hesabat hazırlayır.

Sabirabad PİTM filialında dispetçer

Tam Ştat

İstehsalat, təqvim planına və növbə-gün tapşırıqlarıa uyğun olaraq, müəssisə, idarə və təşkilatlarda və ya onların bölmələrində istehsalın gedişini və əsas fəaliyyətinin digər növlərini operativ tənzimləyir; Müəssisə, idarə və təşkilatların və onların bölmələrinin lazımı material, konstruksiya, komplektləşdirmə məhsulları və eləcə də nəqliyyatla, yükləmə-boşaltma vasitələri ilə təmin olunmasına nəzarət edir; İstehsalın gedişinə, istehsalat gücündən tam istifadə olunmasına, istehsalın ritmik hərəkətinə, hazır məhsulun təhvil verilməsinə, işin (xidmətin) yerinə yetirilməsinə, qrafikdə nəzərdə tutulan anbar və yükləmə-boşaltma əməliyyatlarının təmin edilməsinə nəzarəti həyata keçirir; Sahələrdə və sexlərdə müəyyən olunmuş artıq məhsulların normasına, buraxılış normalarına və onların verilmə müddətinə riayət edilməsini təmin edir; Lazım olduqda müəssisə, idarə, təşkilatların müvafiq xidmətlərini cəlb etməklə istehsalatın gedişində pozuntuların qarşısının alınması və aradan qaldırılması üçün tədbirlər görür; Texnoloji avadanlıqların tam, ahəngdar işləməsi, məhsulun istehsalına sərf olunan müddətin ixtisar edilməsi üçün istehsalat ehtiyatlarını üzə çıxarır; İstehsalatın operativ idarə olunması üçün texniki vasitələrdən səmərəli istifadə edilməsini təmin edir; Dispetçer jurnalını aparır, istehsalın gedişi haqqında hesabat raportlarını və digər texniki sənədləri tərtib edir. Müəssisə, idarə və təşkilatların bölmələrinin fəaliyyətinin təhlil və qiymətləndirilməsində, daxili istehsalat ehtiyatlarının aşkara çıxarılmasında iştirak edir. Dispetçer xidməti operatorlarının işinə rəhbərlik edir; Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.