Çağrı Mərkəzinin Operatoru
Tam Ştat
Orta Səviyyə
500 - 550 AZN
Yerləşdirilib 8 dekabr 2025
Son Tarix: 17 yanvar 2026
Təsvir
Pizza Mizza-nın yaranma hekayəsi yalnız bir vizyonun təzahürü deyil, həm də orijinallıq və yüksək keyfiyyət standartlarına sadiq bir mədəniyyəti yaratmaq arzusudur. Bu markanın kökündə, Azərbaycanda pizzaya olan baxışları dəyişdirərək hər kəs üçün yenilikçi və keyfiyyətli məhsullara əlçatanlığı artırmaq istəyi yatır. Bu, sadəcə bir iş təşəbbüsü deyil, həm də məhsul və xidmətlərimizlə həqiqi bir fərq yaratmaq istəyidir.
“Pizza Mizza” MMC-yə Çağrı Mərkəzinin Operatoru tələb olunur.
Tələblər
Müvafiq sahədə minimum 1 il təcrübə arzuolunandır
Satış etmək bacarığı olmalıdır
Dil bilikləri: mütləq səlis azərbaycan dili və rus dili səlis danışıq arzuolunandır
MS Word və Excel ilə işləmək bacarığı
Yaş 18-35
Yüksək səviyyədə ünsiyyət bacarıqları və müştəri yönümlü yanaşma
Satış hədəflərinə çatmaq üçün effektiv satış texnikalarına malik olmaq
Komandada işləmək bacarığı
Problem həll etmə və konflikt idarəetmə bacarıqları
Cəld, punktual, məsuliyyətli, detallara diqqətli
Vəzifələr:
Danışıq etikasına əsasən, daxil olan zənglərin cavablandırılması və yönləndirilməsi
Müştəri ehtiyaclarını anlamaq və müvafiq məhsul və xidmətləri təklif etmək
Zəruri olduğu halda zəng vasitəsilə sorğuların icra olunması
Zəng və onlayn sayt üzərindən sifarişlərin qəbul edilməsi və yönləndirilməsi
Müştərilərdən daxil olan təklif və şikayətlərin qəbul edilib, müvafiq şöbəyə yönləndirilməsi
Çağrı mərkəzi vasitəsilə satışları həyata keçirmək
Sifarişlərin vaxtında və düzgün yerinə yetirilməsini təmin etmək
Satış texnikalarını istifadə etmək və satış hədəflərinə çatmaq
Müştərilərə məhsul/endirim/aksiya/yeni açılmış filiallar barədə dəqiq və ətraflı məlumatın təqdim edilməsi
Mövcud müştərilərlə əlaqələri gücləndirmək və uzunmüddətli müştəri loyallığını təmin etmək
Tələb olunan hesabatların tərtib olunması
Müştəri məmnuniyyətini təmin etmək üçün yüksək səviyyəli müştəri xidməti göstərmək
İş şəraiti:
Mehriban və dinamik komandada iş
Karyera inkişafı imkanı
İş vaxtı qrafikə əsasən tam iş günü 6 günlük
Əmək haqqı 500-550 azn
Əlavə iş saatı ödənilir
Maraqlanan şəxslər 050-291-77-35 əlaqə nömrəsinə yazmaqla əlaqə saxlaya bilər və ya CV-lərini “Çağrı Mərkəzinin Operatoru” başlığı altında hr@pizzamizza.az**&nbs
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Pizza Mizza
Vakansiya Təfərrüatları
Vakansiya ID
#1834
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə