Elektron təhlükəsizlik sistemləri üzrə kiçik mühəndis
Tam Ştat
Orta Səviyyə
700 AZN-dən
Yerləşdirilib 15 dekabr 2025
Son Tarix: 8 yanvar 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Müştərinin tələblərinə uyğun olaraq Avadanlıın seçilməsi.
Təkliflərin və Layihələrin hazırlanması.
Montaj işləri ilə bağlı anbardan avadanlıq, aksessuar, sensor və digər köməkçi-sərfiyyat materialların alınması.
Avadanlığın montajdan əvvəl komplektləşdirilməsi, hazırlığı, mikroproqram təminatının yüklənməsi və yoxlanılması
Komplektləşdirilmiş avadanlığın quraşdırılması üçün onun montaj strukturunun əməkdaşına verilməsi
Avadanlığın quraşdırılması prosesində iştirak, nəzarət və nəticələrin qəbulu
Quraşdırma yerlərində montaj işlərinin təhvil-təslimi üzrə rəsmi sənədlərin hazırlanması
Müqaviləyə və Sifarişçinin tələblərinə müvafiq olaraq, sistemin sazlanması və istismara təhvili.
Görülən işlərin tarixçəsinin saxlanılması və hesabların formalaşması üçün zəruri olan həcmdə montaj, servis və təmir işləri üzrə verilənlərin korporativ informasiya bazasının yaradılması və aparılması.
Tələblər
Ali və ya texniki təhsil
Azərbaycan dili – səlis, ingilis və rus dilləri - orta səviyyədə
Minimum 1 il təcrübə
Avadanlıqla işləmək üçün əl qabiliyyəti olsun
Kollektivlə işləmə
Yaş həddi: 22 – 35
İş şərtləri:
Həftə içi: 09:00 - 18:00-dək (nahar vaxtı saat 13:00-14:00)
İstirahət günləri – şənbə və bazar günləri
Əmək haqqı 700-900azn
Maraqlanan şəxslərdən CV-lərini göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. E-mail göndərilərkən mövzu hissəsinə "Elektron təhlükəsizlik sistemləri üzrə kiçik mühəndis" başlığı yazılmalıdır.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
A+A Security
Vakansiya Təfərrüatları
Vakansiya ID
#2889
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə