ERP / Biznes Prosesləri üzrə Təcrübəçi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 dekabr 2025
Son Tarix: 10 yanvar 2026
Təsvir
Əsas vəzifələr:
ERP sistemləri üzrə (Priority + Oracle) təlim materiallarının hazırlanmasına və yenilənməsinə dəstək vermək.
ERP funksionallıqları, yeniliklər və sənaye təcrübələri üzrə araşdırmalar aparmaq.
Baş məsləhətçilərlə birlikdə ERP sistemlərində ilkin konfiqurasiya və test proseslərində iştirak etmək.
Sistem testləri və validasiya proseslərindəki funksionallıqları sənədləşdirmək.
Müştəri üçün təkliflərin və ERP nümayişlərinin hazırlanmasında kömək göstərmək.
Inlab şirkətinin sosial media platformaları üçün ERP və biznes prosesləri mövzusunda maarifləndirici kontent hazırlamaq.
Tələblər
Biznes, İT, Menecment və ya əlaqəli sahə üzrə təhsil alan tələbə olmaq.
ERP sistemlərinə və rəqəmsal transformasiyaya maraq göstərmək.
Yaxşı ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarıqları.
Microsoft Office proqramlarında (Excel, Word, PowerPoint) sərbəst işləmək bacarığı.
Ofisdə tam iş rejimində (full-time) işləmək imkanı.
İngilis dilində orta və ya yüksək səviyyədə bilik.
Qazanacaqlarınız:
Real yerli və beynəlxalq ERP layihələrində iştirak imkanı.
Təcrübəli mütəxəssislərlə və sənaye ekspertləri ilə əməkdaşlıq.
Peşəkar mühitdə texniki və yumşaq bacarıqların inkişafı.
Biznes proseslərinin başdan-sona qədər öyrənilməsi və ERP tətbiqetmə mərhələləri ilə tanışlıq.
Qeyd:
Təcrübə proqramını uğurla tamamlayan namizədlər Inlab şirkətində əməkdaş kimi işə qəbul ediləcəklər.
Təcrübə uzunmüddətli nəzərdə tutulmuşdur. Qısa müddətli təcrübə axtaran şəxslərin müraciət etməməsi xahiş olunur.
Magistr tələbələri və yaxud bakalavrın son kursunda oxuyan namizədlərə üstünlük veriləcək.
Təcrübə Detalları:
Müddət: 3–6 ay
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:30–18:00
Məkan: Inlab Ltd. ofisi, Bakı, Azərbaycan
Təcrübə növü: Ödənişsiz
Müraciət: Uyğun namizədlər CV-lərini mövzu hissəsində “ERP / Biznes Prosesləri üzrə Təcrübəçi “ qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlavə məlumat və suallar üçün: 051 689 16 04
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Inlab LTD
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3032
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə