Geodeziya mühəndisi
Bakı
Tam Ştat
Orta Səviyyə
1.500 - 2.000 AZN
Yerləşdirilib 14 dekabr 2025
Son Tarix: 20 yanvar 2026
Təsvir
Layihə üzrə bütün geodeziya ölçmələrinin planlaşdırılması və sahədə icrasının təmin edilməsi.
Bünövrə, karkas, divarlar, fasad, mühəndis şəbəkələri və digər konstruktiv elementlərin yerinin dəqiq müəyyənləşdirilməsi və işçilərə təhvil verilməsi.
Sahədə aparılan işlərin layihə koordinatlarına, hündürlüklərə və oxlara tam uyğunluğunun yoxlanılması.
Günlük geodeziya layout-larının çıxarılması və sahə işçilərinə izahat verilməsi.
İcra zamanı yaranan uyğunsuzluqların dərhal aşkar edilərək mühəndis heyətinə və rəhbərliyə bildirilməsi.
Topoqrafik çəkilişlərin aparılması və lazım olan planların hazırlanması.
İşlər tamamlandıqca “As-built” icra xəritələrinin və planlarının hazırlanması.
Total station, GPS/GNSS, nivelir və digər cihazların sazlığının, kalibrovkasının və düzgün istifadəsinin təmin edilməsi.
Layihə mühəndisləri, icraçı ustalar və sahə nəzarəti ilə koordinasiyalı şəkildə işləyərək bütün ölçülərin düzgünlüyünün təmin edilməsi.
Cihazlardan əldə olunan məlumatların düzgün emalı və AutoCAD, Civil 3D və digər proqramlarda rəsmə salınması.
İş Şəraiti:İş qrafiki: 6/1, 09:00-18:00
Nahar şirkət tərəfindən təmin olunur
Tələblər
Təhsil : Ali
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : 25 - 45
Cins : Kişi
Təhsil: Ali (Geodeziya mühəndisliyi və ya əlaqədar sahə ).
İş Təcrübəsi: Tikinti sahəsində geodeziya üzrə minimum 2-3 illik təcrübə
Geodeziya mühəndisliyi və ya əlaqədar sahə üzrə ali təhsil.
Total station, GPS, nivelir cihazlarının mükəmməl idarə olunması.
AutoCAD və digər geodeziya proqramlarında işləmə bacarığı (Civil 3D, NetCAD üstünlükdür).
Dəqiqlik, məsuliyyət, analitik düşünmə qabiliyyəti.
Sahə şəraitində işləməyə uyğunluq və komanda ilə işləmə bacarığı.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Avant Group MTK
Vakansiya Təfərrüatları
Vakansiya ID
#2526
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə