Gözətçi / Təhlükəsizlik şöbəsi / Göydağ sahəsi (Naxçıvan)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 dekabr 2025
Son Tarix: 8 yanvar 2026
Təsvir
Vakansiyaya dair tələblər:
Cəmiyyətin ərazisinə daxil olan qonaqların, kənar şəxslərin və bütün növ texnikanın müəyyən edilmiş qaydalara uyğun qeydiyyatını, yoxlanılmasını həyata keçirtmək və əraziyə buraxılmasına, ərazilərdə davranışına və tərk etməsinə nəzarət etmək;
Təhlükəsizlik şöbəsinin fəaliyyəti ərazisinə daxil olan sahələrdə xidmətin düzgün və dəqiq təşkil olunmasını yoxlamaq;
Şöbənin fəaliyyət istiqamələrinə uyğun olaraq qanunvericiliklə və cəmiyyətdaxili prosedur, təlimat və qaydalarla işlərin icrasını həyata keçirmək;
Təhlükəsizlik şöbəsinin fəaliyyəti ərazisinə daxil olan ərazilərdə fiziki və hüquqi şəxslərin mülkiyyətini, eləcə də fiziki şəxslərin həyat və sağlamlığını hüquqa zidd qəsdlərdən qorumaq;
Struktur bölməyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarında və digər bu kimi sənədlərdə nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə iştirak etmək;
Cəmiyyətin ərazisinə daxil olan nəqliyyat vasitələrinin blankda daxil olma və getmə vaxtını, yükün növünü, sahə daxilindəki hərəkət növünü müşahidə edərək qeyd edilmələrini təmin etmək;
Təhlükəsizlik şöbəsinin fəaliyyəti ərazisinə daxil olan sahələrdə gündəlik patrul olunması, ərazinin mütəmadi olaraq yoxlanılması, habelə daşınma yollarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarətin həyata keçirilməsi;
Cəmiyyətin ərazisinə daxil olan qonaqların təyin olunmuş marşrutla hərəkət etmələrinə nəzarət etmək;
Növbəni təhvil alan əməkdaş gələnədək xidmət yerini tərk etməmək;
Təhlükəsizlik şöbəsinə aid olan blank, kitab və jurnalların vaxtında və dəqiq doldurulmasını həyata keçirmək;
İş rejimini tənzimləyən daxili nizam-intizam qaydaları ilə müəyyən olunmuş vaxtda növbə çəkməyə başlayarkən həmin qaydalara ciddi riayət etmək;
Şöbənin istifadəsində olan inventarların duzgün qaydada saxlanmasına, istifadə edilməsini həyata keçirmək;
Şöbə tərəfindən mühafizə fəaliyyətinin həyata keçirildiyi yerlərdə müəyyən olunmuş postların yoxlanılmasını həyata keçirmək
Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq hər hansı neqativ hal baş verdiyi halda ən qısa müddətdə Təhlükəsizlik şöbəsinin müdir müavinini məlumatlandırmaq;
Video müşahidə kameraları vasitəsilə təhlükəsizliyin təmin olunması işlərini həyata keçirmək;
Giriş-çıxış sisteminə nəzarət etmək;
Sahəyə kənar şəxslərin girişinin qarşısının alınması üçün tədbirlərin görülməsini təşkil etmək.
Qeyd: Naxçıvan Muxtar Respublikasında yaşayan namizədlərə üstünlük veriləcəkdir.
Tələblər
Tələb olunan bilik, bacarıq və səriştələr:
Azərbaycan dili (səlis)
Müvafiq sahə üzrə sertifikatlar arzuolunandır;
Çevik, dürüst, nizam-intizamlı, məsuliyyətli, problem həlletmə bacarıqları
Boy kriteriyası minimal olaraq 175 sm-dir;
Tələb olunan təhsil və iş təcrübəsi:
Tam orta təhsil ;
Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi.
İş qrafiki:
Növbəli rejim.
Əmək haqqı və əlavə imtiyazlar:
Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
AzerGold CJSC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#2935
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə