Həkim epidemioloq
Tam Ştat
Orta Səviyyə
800 AZN-dən
Yerləşdirilib 14 dekabr 2025
Son Tarix: 12 yanvar 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Sanitar-epidemioloji iş rejimini təşkil etməli və bu iş rejiminə riayət olunmasına nəzarət etməlidir;
Dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı dərman preparatlarının hazırlanmasına, həmin dərman preparatlarının effektiv və düzgün tətbiqinə nəzarət etməli, bu sahədə səmərəliliyin və xidmət keyfiyyətinin artırılması ilə bağlı təkliflər verməlidir;
Tələblər
Ali təhsilli ( gigiyena və epidemiologiya ixtisaslarından hər hansı biri üzrə rezidentura təhsili) olmalıdır;
Müvafiq sahə üzrə minimum 5 il iş stajına, həmçinin 5 il müddətində Həkim Epidemioloq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsinə malik olmalıdır;
Dezinfeksiya, dezinseksiya və deratizasiya sahəsində nəzəri və praktik bilikləri olmalıdır;
Dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması zamanı şəxsi və ictimai təhlükəsizlik tədbirləri barədə məlumatlı olmalıdır;
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununu, müxtəlif yoluxucu xəstəliklər zamanı epidemiyaya qarşı tədbirlərin həyata keçirilməsi üzrə qanunvericiliyin əsaslarını, dezinfeksiyanın aparılması və müəssisədaxili intizam qaydalarını, eləcə də əməyin mühafizəsi, təhlükəsizlik texnikası norma və qaydalarını bilməlidir.
Şəxsi keyfiyyətlər:
Nizam-intizamlı və operativ iş rejiminə uyğunlaşa bilən;
Təhlükəsizlik qaydalarına ciddi əməl edən;
Dəqiq və məsuliyyətli yanaşma tərzinə malik.
İş şərtləri:
İş rejimi: Tam iş günü
Əmək müqaviləsi ilə rəsmiləşdirilmə
Əmək haqqı: 800-1000 AZN
İş yeri: Bakı şəhəri
Əlaqə; +99451 686 12 05
Mail; Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Həkim epidemioloq” qeyd edərək qeyd olunan elektron poçt adresinəgöndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Ecomedi
Vakansiya Təfərrüatları
Vakansiya ID
#2630
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə