İnşaat mühəndisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 dekabr 2025

Son Tarix: 10 yanvar 2026

Təsvir

İş yeri Qarabağ bölgəsi

Vəzifə öhdəlikləri

  • Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi;

  • Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi;

  • Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması;

  • Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi;

  • Layihə-smeta sənədlərinin, iş həcmləri və spesifikasiyaların analiz edilməsi;

  • Tikinti quraşdırma işlərinin Azərbaycanda qəbul edilmiş normalara və Beynəlxalq normalara uyğun aparılması

  • Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərinin aparılması;

  • Tikinti proqramlarını və təqvim qrafikini tərtib edilməsi;

  • Tələb olunan hesabatların hazırlanması (vəzifələr sənədi, layihə məlumatları, layihəyə nəzarət, layihə resursları, layihə planı);

  • Materialların, konstruksiyaların və məlumatların qəbul olunmasını təşkil edir və onların anbarda yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkil edir.

  • Tikinti istehsalının sənədləşdirilməsinin və ixtisaslaşdırılmasının inkişaf perspektivlərinin və texniki siyasətinin, tikintinin mühəndis hazırlığı səviyyəsinin daim artırılmasının, xərclərin ixtisarının, tikintinin keyfiyyətinin yaxşılaşdırılmasının və istehsal fondlarının səmərəli istifadəsinin təmin edilməsi;

  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası işlərinin həyata keçirilməsinə nəzarət;

  • Texnoloji intizama riayət olunması, tikinti norma və qaydalarının yerinə yetirilməsi;

Tələblər

Tələb olunan bilik və bacarıqlar

  • Müvafiq sahədə ali təhsil

  • 5 ildən çox müvafiq sahədə iş təcrübəsi

  • Kompüter bilikləri (Microsoft Office proqramları);

  • Əlavə olaraq çertyoj çəkmə üçün proqramlar (Autocad, Archcad, 3DMAX)

  • Azərbaycan dili səlis, rus və ingilis dili bilməsi üstünlükdür;

  • Analitik düşüncə bacarığı;

  • Ünsiyyət və komandada işləmək bacarıqları;

  • Məsuliyyətli olmalı;

  • Təşkilatçılıq bacarıqlarına sahib olmalı;

  • Dəqiqlik;

  • Detallara diqqət yetirməyi bacarmalı

İş şəraiti:

  • Əmək haqqı təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.

  • İş rejimi: 6 günlük, bazar günü istirahət günüdür.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz CV-lərini göstərilən elektron poçtuna göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Cronos Construction

Cronos Construction

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#2622

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Keyfiyyətə Nəzarət üzrə Mühəndis

Tam Ştat

Vəzifə öhdəlikləri: Layihənin xüsusiyyətləri, təsvirləri, metodikası, Keyfiyyətə nəzarət və Keyfiyyətin İdarəedilməsi planının, prosedurlarını hazırlamaq, hazırlanma prosesinə nəzarət edilmək; Təlim Planını hazırlamaqvə həyata keçirmək; Təhlükəsizlik və keyfiyyətin idarəsi üzrə aylıq  hesabatı hazırlamaq və Rəhbərliyə təqdim etmək. İşin spesifikasiyası haqqında məlumatlı olmaq, öz işinin tətbiqinə dair sənədlər, o cümlədən Nəzarət və sınaq Planı, Prosedurlar, İşin İcra Üsulları əsasında qurmaq. Layihənin bütün növ sənədlərin qeydiyyatı həmçinin bütün digər layihələrə aid xüsusi keyfiyyətə nəzarət hesabatları yaratmaq, yeniləmək, saxlamaq, yoxlamaq, tələb olunan keyfiyyət sənədlərini isə aidiyyəti üzrə göndərmək; İşin keyfiyyətinə təsir edən məsələləri həll etmək və ya işin keyfiyyətinə mənfi təsir edə biləcək zəruri hallarda işi dayandırmaq; Sahədə işlərin keyfiyyətinin pisləşməsi səbəblərini analiz və tədqiq etmək, problemlərin aradan qaldırılması üzrə tədbirlər görmək; Layihələrdə bütün materialların keyfiyyətini nəzərdən keçirmək, bütün layihə xüsusiyyətlərinə və keyfiyyətinə uyğunluğunu təmin etmək; İstehsalat nəzarəti fəaliyyətinin Keyfiyyət tərəfdən yoxlamalarını aparmaq; Layihə üzrə Keyfiyyət planı və işin icra üsulu haqqında rəy bildirmək və tətbiqini təşkil etmək; Keyfiyyətlə bağlı iclasları təşkil etmək və aparmaq. Fəaliyyət göstərdikləri sahədə, işçilərə sənədlərin (prosedur, təlimat, forma və s.) istifadəsi, məlumat, sənəd və istehsal qeydləri və İdarəetmə sistemlərinin təcrübə və işinə uyğun digər məlumatlar vermək, dəstək olmaq, zəruri maarifləndirmə işlərini aparmaq. Sahədəki bütün materialların keyfiyyətini yoxlamaq və layihə tələblərinə uyğunluğunu təmin etmək; Uyğunsuzluq hesabatı, düzəldici və önləyici fəaliyyət (NCR, CAP) hesabatlarının hazırlanmasında və icrasında icraçılarla əməkdaşlıq etmək və həyata keçirmək. Verilmiş uyğunsuzluq və ya düzəldici önləyici hesabatlarını sistemli olaraq qeydiyyatını aparmaq və müvafiq düzəliş tədbirlərini müəyyən etmək; Materialların texniki sənədlərlə təsdiq edilmiş tələblərə, təchizatçılarla imzalanan müqavilələrin şərtlərinə uyğunluğunu yoxlamaq; Mühəndis kommunikasiya sistemlərini sınaqdan keçirmək və istifadəsi üzrə koordinasiya etmək və sənədləşdirməni aparmaq; Qruplar, bölmələr və layihələr (tikinti) əsasında İdarə sistemlərinin sənəd və qeydlərini paylamaq, onlara nəzarət etmək. Tikinti sahəsində aparılan işlərin layihə tələblərinə, norma və standartlara uyğun olaraq həyata keçirilməsini təmin etmək və yerinə yetirilmiş işlərin qəbulunda iştirak etmək, növbəti işin başlanılmasına icazə vermək; Sahədə istifadə olunması planlaşdırılan materialların uyğunluğunu təsdiq etmək; Keyfiyyətə Nəzarət Şöbəsinin Müdirinə məlumatlandırmaq: İdarə sistemləri çərçivəsində gördüyü işlərdə, işlədiyi strukturu təmsil edərək, bu işlərə lazımı əlavələr etmək üçün, habelə yoxlamalarda və ya yoxlamalardan kənar müəyyən edilən və ya qarşıya çıxa biləcək uyğunsuzluqlar barədə. Vaxtaşırı ərazidə tikinti prosesinin izlənməsi və nəzarət edilməsi, keyfiyyət standartlarına uyğun gəlməməsi halında və ya keyfiyyətin təmin edilməsi ilə bağlı hər hansı potensial problem barədə; Tikinti sahələrində yerinə yetirilən işlər (xidmətlər): keyfiyyətə nəzarət üzrə qüvvədə olan standartlar, layihə sənədləri və müştərilərin tələblərinə uyğunluğa gətirilməsi işinin təşkilində və həyata keçirilməsində iştirak etmək. Keyfiyyətinin idarə edilməsi üzrə qeydlər aparmaq və hesabatlar tərtib etmək; Sub-podratçılarla iş: keyfiyyətə nəzarət planlarının və hesabatlarının nəzərdən keçirilməsi, yoxlanması və təsdiqlənməsi. Keyfiyyət göstəricilərinə uyğun qiymətləndirilməsi və seçimi ilə bağlı SƏTƏM və Layihənin digər müvafiq əməkdaşları ilə sıx mütəmadi əlaqə; İşlərin yerinə yetirilmə metodunun hazırlanması və müştəri ilə razılaşdırılması; İşin əhatə dairəsi üzrə Təftiş Test Planının hazırlanması və təsdiqlənməsi; Yoxlama və testləri həyata keçirmək üçün müvafiq standartların hazırlanması və test metodlarına nəzarət; Testlərin, nəzarətin və yoxlamaların aparıldığından və icraçıların bütün lazımi layihə sənədlərindən istifadə edə biləcəyindən əmin olmaq; ISO 9001, ISO 14001, OHSAS 18001 standartlarının tətbiqi; İşlər bitdikdən sonra son yoxlama fəaliyyətini həyata keçirmək və işlərin icrasından sonra nəzarət etmək; Sahəyə daxil olan materialın təsdiqlənmiş material ilə eyniliyinin izlənilməsi; İstehsalat üsullarının yoxlanılması və təsdiqlənməsi; 3-cü tərəfin apardığı yoxlama və sınaqlarda iştirak etmək; Yoxlama və sınaq planlarının yoxlanılması və tətbiqi; Gələn Yoxlama Bildirişləri üzrə yoxlama fəaliyyətini həyata keçirmək;