Ana Səhifə
Vakansiyalar

İnsan Resursları üzrə Mütəxəssis

İnsan Resursları üzrə Mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 24 dekabr 2025

Son Tarix: 16 yanvar 2026

Təsvir

**Müəssisə:**SUN FOOD MMC

Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida və qeyri qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, bu gün regionun ən dinamik və gələcəyə yönəlmiş şirkətlərindən biridir.
Azersun Holding olaraq, biz davamlı biznes prinsiplərinə əsaslanaraq bu gün və gələcək nəsillər üçün dəyər yaratmağı hədəfləyirik. İstehlakçılarımız, müştərilərimiz və tərəfdaşlarımızla həyatın dəyərli anlarını paylaşır, gündəlik həyatı yaxşılaşdıran etibarlı brendlər və innovativ məhsullar təqdim edirik.

Tələblər

  • İnsan resursları, İqtisadiyyat, Biznesin idarə edilməsi ixtisasları üzrə ali təhsilli olmalı (İnsan Resursları üzrə magistr təhsili üstünlükdür);

  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi olmalı

  • Əmək Məcələsini, Əmək qanunvericiliyini və Kadr kargüzarlığını yüksək səviyyədə bilməli;

  • MS Office proqramlarında sərbəst işləmək bacarığı olmalı;

  • SAP HR modulnu bilənlərə üstünlük veriləcəkdir;

  • İşgüzar ünsiyyət, analiz etmə, komandada işləmə bacarığı və inkişafa meylli olmalı;

İş haqqında:

  • Yeni işə qəbul edilən işçilərin əmək qanunvericiliyinə əsasən sənədləşmə işilərini həyata keçirmək;

  • Əmək müqavilələrinin ƏMAS sistemində qeydiyyata alınması, yenilənməsi və ləğv edilməsi proseslərinin icra edilməsi;

  • Vəzifə dəyişikliyi ilə bağlı sənədləşməni həyata keçirmək;

  • İşçilərin şəxsi işlərini hazırlamaq və arxivləşdirmək;

  • Ştat cədvəlinin tərtib edilməsi və daim yenilənməsi təmin etmək;

  • İllik məzuniyyət qrafikinin hazırlanması və təsdiqindən sonra icrasını təmin etmək;

  • Struktur bölmələr üzrə davamiyyət tabellərinin yoxlanılması və təsdiqlənməsini təmin etmək;

  • İşçilərlə bağlı müxtəlif xarakterli əmrlərin qanunvericiliyə uyğun rəsmiləşdirilməsini təmin etmək;

  • Struktur bölmələrindən daxil olan bütün aidiyyəti yazılı və şifahi sorğulara cavab verərək problemləri həll etmək və ya həlli yollarını təklif etmək.

İş şəraiti:

  • İş yeri: Xırdalan şəhəri

  • İş Qrafiki: Həftə içi 5 gün, 08:00-17:00

  • Nahar şirkət tərəfindən təmin olunur

  • Nəqliyyat dəstəyi mövcuddur

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi göstərilən elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis – 28132” qeyd etməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3491

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Baş Baytar Həkim

Tam Ştat

Namizədə aid tələblər: Ali təhsil (Müvafiq sahə üzrə) Müvafiq sahə üzrə ən az 3 il iş təcrübəsi MS Office proqramlarında işləmə bacarığı İş haqqında məlumat: Heyvan xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası üzrə işləri təşkil etmək. Heyvanların sağlamlığı və xəstəliklərin qarşısının alınması üzrə ümumi baytarlıq tədbirlərinin planlaşdırılması və icrasına rəhbərlik etmək. Təsərrüfatda baytarlıq-sanitariya tələblərinə riayət olunmasına nəzarət etmək. Dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin vaxtında və düzgün aparılmasını təmin etmək. Heyvanların vaksinasiya, antiparazitar müalicə və digər profilaktik tədbirlər üzrə illik və mövsümi planlar hazırlamaq. Xəstə heyvanların təcrid edilməsi, karantin və digər məhdudlaşdırıcı tədbirlərin tətbiqinə nəzarət etmək. Heyvan yemlərinin keyfiyyəti, saxlanma şəraiti və təhlükəsizliyinə nəzarət etmək. Baytarlıq sənədlərinin (protokollar, aktlar, diaqnostik kartlar, vaksinasya jurnalları və s.) düzgün və dəqiq aparılmasını təmin etmək. Yoluxucu xəstəlik aşkar edildikdə operativ tədbirləri təşkil etmək və aidiyyəti qurumlara məlumat vermək. Baytarlıq personalının fəaliyyətinə rəhbərlik etmək, onların işini bölüşdürmək və peşə hazırlığının artırılmasını təşkil etmək. Baytarlıq dərmanlarının, alət və avadanlıqların uçotunu aparmaq, təhlükəsiz istifadəsinə nəzarət etmək. Heyvanların saxlanması və istismarında zoogigiyenik qaydaların təmin olunmasına nəzarət etmək. İş vaxtının norması: 5 günlük iş rejimi; İstirahət günü: Şənbə və Bazar günü. Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər: Əmək haqqı: Razılaşma yolu ilə; Nahar şirkət tərəfindən təmin edilir; Ünvan: Kürdəmir rayonu Qeyd: Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri şirkət tərəfindən təmin edilir. Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi**cv@azersun.com**elektron poçtuna göndərə bilər və ya qeyd olunan link hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Baş baytar həkim (Kürdəmir )” qeyd etməyiniz xahiş olunur.