İsitmə, soyutma və havalandırma sistemləri üzrə mexanik-montajçı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 dekabr 2025
Son Tarix: 30 yanvar 2026
Təsvir
AQA Şirkətlər Qrupu "İsitmə, soyutma və havalandırma sistemləri üzrə mexanik-montajçı" vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
Divar, şkaf və mərkəzləşdirilmiş kondisioner sistemlərində nasazlıqların aşkar edilməsi və düzgün diaqnostikanın aparılması;
Kondisionerləşmə layihələrini oxuma və tətbiq etmə bacarığı;
Divar, şkaf və mərkəzləşdirilmiş kondisioner sistemlərinə dövri texniki xidmətin göstərilməsi;
Daxili və xarici blokların montaj və demontaj işlərinin icrası;
Kondisioner sistemlərinə qaz vurulması, qaz sızmalarının aşkarlanması, aradan qaldırılması və sistemlərin tənzimlənməsi;
Ana platalarda (ana kartlarda) yaranmış nasazlıqların müəyyən edilməsi;
Mono, multi və VRF sistemləri üzrə təmir işlərinin aparılması və ehtiyat hissələrinin yenisi ilə əvəz edilməsi;
Kompressorların, iki çıxışlı klapanların, sensorların, fan mühərriklərinin və digər mexaniki hissələrin dəyişdirilməsi;
İdarəetmə pultları, mikrosxemlər və elektrik naqillərinin əvəz edilməsi;
Kran, kondensator, istilik tənzimləyicisi və maqnit işəsalıcıların dəyişdirilməsi;
Kondisioner sistemlərinin xüsusi kimyəvi vasitələrlə yuyulması və süzgəclərin təmizlənməsi;
Mərkəzləşdirilmiş VRF sistemlərində mis və drenaj borularının, siqnal kabellərinin çəkilməsi, joint-lərin qaynaq edilməsi və izolyasiya olunması;
SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) standartlarına, istismar qaydalarına və daxili prosedurlara riayət edilməsi;
Tələb olunan material və ehtiyat hissələrinin anbardan çıxarılması, onlardan düzgün və qənaətlə istifadə etməklə tapşırıqların vaxtında yerinə yetirilməsi;
Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqların yerinə yetirilməsi.
Tələblər
Təhsil: Müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili;
İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
Sertifikat / vəsiqə / lisenziya: arzuolunandır;
Yaş həddi: 30–50 yaş;
Kompüter bilikləri: Microsoft Office proqramları (üstünlükdür);
Komandada işləmə bacarığı;
Məsuliyyətli, işgüzar və nizam-intizamlı olmaq.
Əlavə qeyd:
Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən olunacaq.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
AQA Şirkətlər Qrupu
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3176
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə