Ana Səhifə
Vakansiyalar

İstehsalat üzrə Sex Rəisi

İstehsalat üzrə Sex Rəisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 dekabr 2025

Son Tarix: 30 yanvar 2026

Təsvir

  • Sexin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik etmək;

  • İstehsal tapşırıqlarının yerinə-yetirilməsi, yüksək keyfiyyətli ahəngdar məhsul istehsalının, əsas və dövriyyə vəsaitələrindən effektiv istifadəsinin təmini;

  • İstehsalın mənimsənilməsi, istehsal proseslərinin avtomatlaşdırılması və mexanikləşdirilməsinin təşkili, zay məhsul haqqında xəbərdarlıq və məmulatın keyfiyyətinin yüksəldilməsi, bütün növ resurslara qənaət, əməyin təşkilinin qabaqcıl formalarının tətbiqi, iş yerlərinin rasional istifadəsinin təmin və təşkili;

  • Cari istehsal planlaşdırması, uçotu, sexin istehsal fəaliyyəti haqqında hesabatların tərtib olunması və vaxtı-vaxtında təqdim edilməsi;

  • Təsərrüfatçılığın yeni formalarının tətbiqi üzrə işləri, əməyin normalaşdırılmasının yaxşılaşdırılmasını, müvafiq məhsul istehsal texnologiyası və konstruktorlaşmanın qabaqcıl yerli və xarici təcrübənin öyrənilməsi;

  • Avadanlığın və digər əsas vəsaitlərin düzgün istismar qaydalarına riayət edilməsi, onların təmiri və profilaktik xidmətinə nəzarət, əməyin təhlükəsiz və sağlam təşkili;

  • İşçilərə əməyin təhlükəsizliyi və təhlükəsizlik texnikasına riayət etmələrinə nəzarət, istehsal və əmək intizamına riayət edilməsinə, daxili əmək intizamına riayət edilməsi;

  • Gündəlik, həftəlik və aylıq istehsalat hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim edilməsi;

  • İstehsal prosesində yaranan texniki problemlərin müəyyənləşdirməsi və aradan qaldırması üçün tədbirlərin görülməsi.

Tələblər

  • Texniki və ya mühəndislik ixtisası üzrə ali təhsil

  • Müvafiq sahədə (istehsalat, sənaye və s.) ən azı 3–5 il iş təcrübəsi;

  • İdarəetmə və təşkilatçılıq bacarıqları;

  • Texnoloji proseslər və istehsalat avadanlıqları haqqında biliklər;

  • Komanda ilə işləmə və problemlərin operativ həll olunması bacarığı.

İş şəraiti:

İş qrafiki: Həftədə 1 gün istirahət (6-cı gün qısa iş günü);

Ünvan: Azvul MMC (Qaradağ rayonu, Bakı-Salyan şossesi, 47-48 km, Cənub-Şərq hissəsi).

Biz nə təklif edirik:

Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);

Nahar və servis şirkət tərəfindən təmin edilir.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Mətanət A Şirkətlər Qrupu

Mətanət A Şirkətlər Qrupu

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#2755

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Baş Mexanik

Tam Ştat

İşçilərə işə başlamazdan əvvəl işöncəsi təlimat keçmək və işçilərin təlimat vərəqinin imzalanmasının təmin edilməsi Gün ərzində görüləcək işlərin işçilər arasında bölgüsünü aparmaq Görülən işlərin icrasına nəzarət etmək İstehsalat və köməkçi avadanlıqların planlı-önləyici təmir qrafiklərini hazırlamaq, təsdiqlətmək və icrasına nəzarət etmək. Qəza və qəfil nasazlıqlar zamanı operativ təmir işlərini təşkil etmək. Avadanlıqların texniki vəziyyətinin daimi monitorinqini aparmaq və onların işlək vəziyyətdə olmasını təmin etmək Anbar ehtiyyatı əsasında lazım olan ehtiyyat hissələrinin 1C üzərindən vaxtında və düzgün sifarişini vermək və sifarişin icrasına nəzarət etmək Sifariş əsasında gələn ehtiyyat hissələrinin uyğunluğunu, keyfiyyət və kəmiyyətini yoxlamaqla uyğunluq aktını təsdiqləmək Uyğun olmayan ehtiyyat hissələri barədə akta müvafiq qeyd edilməklə, sifariş icraçısına məlumat vermək və uyğun ehtiyyat hissəsinin çatdırılmasına nəzarət etmək İstifadə edilmiş və yararsız ehtiyyat hissələri barədə akt tərtib etmək və anbara təhvil vermək Yeni avadanlıqların quraşdırılması və istismara verilməsi prosesinə rəhbərlik etmək. Konstruktiv mexanizmlərin düzgün işləməsi üçün lazımi ölçmələr aparmaq (qalınlıq, boşluq, tənzimləmə və s.) Lazım gəldikdə təmir işlərinin aparılmasında iştirak etmək Qurğu və mexanizmlərin düzgün işləmə rejiminə nəzarət etmək. Yağlama və ehtiyat hissələri üzrə planlamanı həyata keçirmək. Təmir jurnallarının, avadanlıqların pasportlarının və texniki xidmət qeydlərinin aparılmasına nəzarət etmək. Təmir üçün lazım olan detalın sifariş edilməsi üçün onun çertyojunu düzgün şəkildə hazırlamaq Aylıq və illik hesabatlar hazırlamaq. Tabeliyində olan işçilərin növbə qrafikinin (ehtiyyac olduqda) təyin edilməsi Nasazlıqların səbəbləri ilə bağlı təhlil aparmaq və tədbir planları hazırlamaq. Texniki göstəricilərin normaya uyğun olmasını təmin etmək. Tabeliyində olan işçilərin və özünün təhlükəsiz şəraitdə işləməsinə və onların fərdi mühafizə vasitələrindən istifadə etməsinə və digər  SƏTƏM qaydalarına əməl etməsinə birbaşa cavabdehlik daşımaq Yanğın təhlükəsizliyi qaydalarına əməl etmək Rəhbərlik tərəfindən vəzifə təlimatına uyğun təyin edilmiş digər tapşırıqların icrası