IT Help Desk Mütəxəssisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 15 dekabr 2025

Son Tarix: 10 yanvar 2026

Təsvir

Əsas Vəzifə Öhdəlikləri:

  • İstifadəçilərin proqram təminatı, avadanlıqlar (iş stansiyaları, printerlər, mobil qurğular) və şəbəkə ilə bağlı yaranan problemlərini qəbul etmək, sənədləşdirmək və həll etmək.

  • Ticket (müraciət) sistemi vasitəsilə daxil olan sorğuları prioritetləşdirmək və qeyd olunmuş həll müddətlərinə (SLA) riayət etmək.

  • Yeni işçilər üçün iş stansiyalarının (PC/Laptop) ilkin quraşdırılması, proqram təminatının yüklənməsi və istismara hazır vəziyyətə gətirilməsini təmin etmək.

  • Active Directory daxilində istifadəçi hesablarının (yaratma, dəyişdirmə, şifrə sıfırlama) və e-poçt (Outlook) konfiqurasiyalarının idarə edilməsinə köməklik göstərmək.

  • Antivirus proqramlarının iş stansiyalarında nəzarətini və yenilənməsini təmin etmək.

  • Şəbəkə avadanlıqlarının (Wi-Fi, Switch) və telefon sistemlərinin sadə diaqnostikasını həyata keçirmək və lazım gəldikdə Sistem İnzibatçılarına ötürmək.

  • IT avadanlıqlarının inventarlaşdırılmasında və izlənməsində iştirak etmək.

  • İstifadəçilərə IT sistemləri ilə bağlı təlimat və məlumat dəstəyi vermək.

Tələblər

  • Təhsil: Ali (IT, Kompüter Elmləri və ya əlaqəli sahə arzuolunandır).

  • Dil Bilikləri: Azərbaycan dili (Səlis), Rus dili (Yaxşı), İngilis dili (Texniki sənədləri oxumaq üçün arzuolunandır).

  • İş Təcrübəsi: IT Help Desk/Dəstək sahəsində minimum 1-2 il iş təcrübəsi.

Texniki Biliklər:

  • Windows 10/11 və MS Office paketinin (Word, Excel, Outlook) dərin bilikləri.

  • Active Directory əsasları (istifadəçi/qrup idarəçiliyi).

  • Əsas Şəbəkə anlayışları (TCP/IP, DNS, DHCP prinsipləri).

  • Kompüter avadanlıqlarının (hardware) təmiri və diaqnostika bacarıqları.

Şəxsi Keyfiyyətlər:

  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı.

  • Problem həll etmə və stressə davamlılıq qabiliyyəti.

  • Planlı və intizamlı işə yanaşma.

Əmək haqqı:

  • Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq.

  • Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “İT Help Desk Mütəxəssisi” qeyd edərək göstərilən mail ünvanına göndərmələri xahiş olunur.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Liv Bona Dea Hospital

Liv Bona Dea Hospital

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3051

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Sistem Administratoru

Tam Ştat

Vəzifə öhdəlikləri: İşə planlı yanaşma bacarığı; IT İnfrasturkturun – server, iş stansiyaları, avadanlıq və proqram təminatınn fasiləsiz fəaliyyətini təşkil və təmin etmək; Şəbəkələrin və server infrastruktur işinin təşkili; Serverlədə yeni proqram təminatlarının quraşdırılması və sazlanması; Filiallarda və ofisdə internet kanallarının sabit işinin təşkili; E-Mail sistemlərinin konfiqurasiyası və idarəolunması; Məlumat bazasının təhlükəsiz saxlanılması; Ehtiyat nüsxələrinin gündəlik çıxarılması işinin təşkili; Server avadanlığının idarəetməsi, ehtiyac olduqda yenilənməsi; Sistem problemlərinin diaqnostikası və həlli. Server avadanlıqlarının texniki xarakteristikaları, konstruktiv xüsusiyyətləri, təyinatı və iş rejimləri, onların texniki istismar qaydalarına dair nəzəri və praktik biliklər; Server və iş stansiyalarına proqram təminatının yüklənməsi və serverdə sistemin konfiqurasiya olunması; Virtualizasiya haqqında nəzəri və praktiki biliklər (Vmware, ESXi) Microsoft, Linux və Unix əməliyyat sistemləri haqqında nəzəri və praktik biliklər, Windows Server, Active Directory və Group Policy anlayışından tam xəbərdar olmaq Sistemdə vahid siyasətlərin hazırlanması və tətbiqi; Active Directory, LDAP servisləri vasitəsilə istifadəçi hesablarının yaradılması, texniki dəstək və nəzarət funksiyalarının həyata keçirilməsi; Microsoft Windows Server 2016 ; Microsoft Windows Server 2019; Active Directory; DNS; DHCP; IIS; File Services; DFS; Print Services; Terminal Services; WSUS, CAU; Microsoft System Center Configuration Manager 2012/2016; Microsoft System Center Operations Manager 2012/2016; Microsoft System Center Data Protection Manager 2012/2016; Zabbix Platform and other monitoring tools; Yedəkləmə sistemləri (Backup) haqqında nəzəri və praktiki biliklər (Veeam, HYCU, və s) Antivirus və Antispam sistemlərinin tətbiqi, əməliyyat sistemlərinin təhlükəsizliyinin təmin edilməsi; Şəbəkə avadanlıqlarının texniki xarakteristikaları, konstruktiv xüsusiyyətləri, təyinatı və iş rejimləri, onların texniki istismar qaydalarına dair nəzəri və praktik biliklər;