Kassir
Bakı
Tam Ştat
Orta Səviyyə
500 - 600 AZN
Yerləşdirilib 28 dekabr 2025
Son Tarix: 2 fevral 2026
Təsvir
Ağ Şəhərdə yerləşən Kitchen Plus restoranına Kassir tələb olunur.
Vəzifə öhdəlikləri:
Müştərilərdən nağd və nağdsız ödənişlərin qəbul edilməsi;
Kassa aparatının, POS-terminalın və müvafiq proqram təminatının düzgün istifadəsi;
Günlük kassa əməliyyatlarının uçotu və gün sonu kassa hesabatlarının hazırlanması;
Kassa üzrə daxilolma və çıxarılmaların düzgünlüyünə nəzarət;
Aşkar edilmiş uyğunsuzluqlar barədə dərhal rəhbərliyə məlumat verilməsi;
Müştərilərə nəzakətli və operativ xidmətin göstərilməsi.
Tələblər
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : 21 - 33
Namizədə tələblər:
Kassir vəzifəsində minimum 1 il iş təcrübəsi (xidmət və ya restoran sektorunda təcrübə üstünlükdür);
IIKO proqramı biliyi üstünlükdür;
Kassa əməliyyatları və hesabatlılıq üzrə biliklər;
Diqqətli, məsuliyyətli və stresə davamlı olmaq;
Komandada işləmə bacarığı;
Azərbaycan dilində sərbəst ünsiyyət (rus dili biliyi üstünlükdür).
İş qrafiki: bir gün 08:00-14:00, digər gün 12:00-23:00
Həftədə 1 gün istirahət
Əmək haqqı: 600 azn
Nahar şirkət tərəfindən qarşılanır.
Uyğun namizədlər özləri haqqında məlumatı whatsapp və ya mail adresinə göndərə bilər. Zəng etməməyiniz xahiş olunur. İş saatları daxilində uyğun namizədlərə geri dönüş ediləcəkdir.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
"Kitchen Plus" restoranı
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3743
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə