Kommersiya layihələri təcrübəçi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 8 dekabr 2025

Son Tarix: 14 yanvar 2026

Təsvir

VAKANSİYA: Kommersiya layihələri təcrübəçi

Təcrübə müddəti: 3 ay
Təcrübə proqramı: Ödənişlidir

Komandamıza kommersiya layihələri üzrə təcrübəçi axtarırıq. Təcrübə proqramı ərzində namizəd real layihələrdə iştirak edəcək, bazar araşdırmaları, rəqəmsal təhlillər və satış strategiyalarının hazırlanması kimi vəzifələrdə komandanı dəstəkləyəcək.

Təcrübə proqramı sizə nə qazandıracaq:

  • Kommersiya layihələrində peşəkar komanda ilə çiyin-çiyinə işləmək;

  • Data toplama, təhlil və hesabat yazmaq bacarığını inkişaf etdirmək;

  • Mentor dəstəyi və həftəlik geribildirimlər;

  • Konsaltinq və kommersiya sahəsində praktiki biliklər;

  • Təcrübə müddətini təsdiqləyən rəsmi sertifikat;

  • Uğurlu nəticə göstərən iştirakçılara gələcəkdə əməkdaşlıq imkanı.

Tələblər

  • Ali təhsil (marketinq, biznesin idarə olunması, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə)

  • Analitik düşünmə və yazılı təqdimetmə bacarığı;

  • Azərbaycan dili yaxşı səviyyədə (ingilis dili olması üstünlükdür)

  • MS Office (xüsusilə Excel və PowerPoint) və ya Google Workspace ilə işləmə bacarığı;

  • Məsuliyyətli, diqqətli və öyrənməyə motivasiyalı olmaq.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#2077

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə