Ana Səhifə
Vakansiyalar

Kommersiya üzrə mütəxəssis

Kommersiya üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 dekabr 2025

Son Tarix: 12 yanvar 2026

Təsvir

  • Kommersiya məsələləri üzrə direktorun qərar qəbuletmə prosesində dəstək vermək, lazımi məlumatları toplayıb təqdim etmək;

  • Kommersiya ilə əlaqəli sənədlərin hazırlanması, redaktə edilməsi və arxivləşdirilməsi;

  • Müştəri sorğularını cavablandırmaq, əlaqələr qurmaq və müştəri məmnuniyyətini izləmək;

  • Bazarın analizi, rəqib və təchizatçı təkliflərinin monitorinqi;

  • Müəyyən edilmiş tapşırıqları vaxtında yerinə yetirmək və hesabat təqdim etmək;

  • Qiymət siyasətinin hazırlanmasında və nəzarətində kömək etmək;

  • Müqavilələr və təchizatlar üzrə öhdəliklərin yerinə yetirilmə müddətlərinin izlənilməsi;

  • Kommersiya fəaliyyətlərinə aid xərclərin və büdcənin izlənilməsi, direktorun göstərişi ilə xərclərin optimallaşdırılması;

  • Şirkətin digər şöbələri ilə ümumi məqsədlərin yerinə yetirilməsi üçün qarşılıqlı əlaqələrin qurulması;

Tələblər

  • Ali təhsil;

  • Tikinti sahəsində iş təcrübəsi  arzuolunandır;

  • Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarıqları;

  • Yüksək səviyyədə analitik-riyazi biliklər;

  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;

  • İşə planlı yanaşma, vaxtıidarəetmə bacarıqları.

İş barədə məlumat:

  • İş yeri: Bakı

  • Əmək haqqı işçinin bilik səviyyəsinə uyğun müsahibə əsasında müəyyən ediləcək.

CV-lərinizi “Kommersiya üzrə mütəxəssis” başlığı altında qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Core Construction

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#2618

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Keyfiyyətə Nəzarət üzrə mühəndis

Tam Ştat

Şirkətə daxil olan material və avadanlıqların keyfiyyət və dizayn tələblərinə uyğun olmasını təmin etmək; Keyfiyyətə və keyfiyyətin idarəedilməsi planının və prosedurunun hazırlanması, prosesə nəzarət edilməsi; Rekvizisiyaçılardan və subpodratçılardan gələn material və avadanlıqların qablaşdırılmasına, markalanmasına və xarici görünüşünə nəzarət etmək; Keyfiyyətə dair müvafiq sənədləri podratçı, təchizatçı və digər aidiyyatı şəxslərə təqdim edib keyfiyyətin riayət edilməsinə nəzarət edir; Təmir və tikinti fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının təmin edilməsi, uyğunluğun ölçülməsi məqsədilə mütəmadi yoxlama qrafikinin tərtib edilməsində və yoxlama prosesinin təşkilində iştirak etmək; Tikinti sahəsində görülən inşaat işlərinə, proseslərə və texniki  xidmət işlərinə nəzarəti həyata keçimək; Tikinti-quraşdırma işlərinin plana, işçi cizgilərinə və normativ sənədlərə uyğun yerinə yetirilməsinə nail olmaq; Tikinti-quraşdırma işlərinin "İcraat Bəyanatı"-na (Method Statement) görə yerinə yetirilməsinə nəzarət etmək; Daxil olan tikinti materiallarının və konstruksiyaların mənşə və keyfiyyəti təsdiq edən sənədlərinə yoxlamanı  təmin etmək; İnşaat sahəsi üzrə texnoloji proseslərdə keyfiyyətə neqativ təsir edən amilləri müəyyənləşdirmək və bununla  bağlı Departament rəhbərliyinə səmərəli təkliflərlə çıxış etmək; Tikinti sahəsində yerləşən bütün materialların saxlanma şəraitinə və layihə tələblərinin uyğunluğuna nəzarəti təmin etmək;