Komplayens və Anderraytinq üzrə Aparıcı Mütəxəssis
Tam Ştat
Orta Səviyyə
500 AZN-dən
Yerləşdirilib 4 yanvar 2026
Son Tarix: 29 yanvar 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Kredit müraciətlərini analiz etmək və cavablandırmaq;
Müştərilərin kreditləşdirilməsinin limitlərini hesablamaq;
Kredit təlimatlarını mükəmməl bilmək;
Sənədləri aidiyyatı şöbələrə təhvil-təslim etmək;
Məhkəmə sənədlərini Problemli Kreditlər və Məhkəmələrlə iş şöbəsinə təhvil-təslim etmək, sənədin skan versiyasını və kopyasını mütləq şəkildə risklərin idarə edilməsi şöbəsində saxlamaq;
Şöbəyə aid sənədləri tərtib edib arxivləşdirmək.
Tələblər
Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (Statistika və Riyazi maliyyə üstünlükdür);
Bank və ya BOKT sahəsində iş təcrübəsi tələb olunur.
1C/8.3 proqramında işləmək bacarığı üstünlükdür;
MS Office proqramları üzrə biliklər;
Analitik təhlil etmə, düşünmə qabiliyyəti;
Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili üstünlükdür;
Komanda daxilində işləmək bacarığı;
Dəqiqlik, detallara fikir vermək.
İş barədə məlumat:
Əmək haqqı: NETT 500-800 AZN+bonus
İş yeri: Bakı, Aşıq Molla Cümə küç.
Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
6 günlük iş qrafiki: I-V-ci günlər 10.00-18.00, VI-cı gün 10:00-16:00
CV-lərinizi “Komplayens və Anderraytinq üzrə Aparıcı Mütəxəssis” başlığı altında qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
MJ Finance
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3934
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə