Logistika və sənədləşmə üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
1.500 AZN-dən
Yerləşdirilib 5 yanvar 2026
Son Tarix: 5 fevral 2026
Təsvir
Ali təhsil;
Müvafiq sahə üzrə 3 ildən artıq iş təcrübəsi;
Azərbaycan, rus və ingilis dili bilikləri;
Ofis proqramları və 1C proqramı üzrə yüksək səviyyədə bilik.
Əmək funksiyaları:
Dərman preparatlarının qeydiyyatdan keçirilməsi üçün analitika və ekspertiza mərkəzinə sənədlərin təqdim edilməsi;
Müqavilə və sənədlərin tarixlərinin, qaimələrdə qeyd olunan məbləğlərin uyğunluğuna nəzarət edilməsi;
Sənədləşməyə dair uyğunsuzluq yarandığı təqdirdə əməkdaşlıq edilən şirkətlərlə əlaqə yaradılması və mütəmadi məlumat mübadiləsinin təmin edilməsi;
Sertifikat analizlərinin qaimədə qeyd olunan seriya nömrələri ilə uyğunluğunun yoxlanılması;
Qısa idxal bəyannamələrinin tətbiqinin təmin edilməsi;
Beynəlxalq Ticarət Sövdələşməsinə uyğun nəqliyyat hesab-fakturalarının hazırlanması üçün tələb olunan sənədlərin əməkdaşlıq edilən şirkətlərə elektron şəkildə göndərilməsi;
Əməkdaşlıq edilən beynəlxalq şirkətlər ilə müntəzəm əlaqələrin təmin edilməsi, şifahi və yazılı danışıqların aparılması;
İş gedişatı zamanı müvafiq departament və şöbələr üzrə məlumat mübadiləsinin təmin edilməsi;
Mal dövriyyəsinin təmin edilməsi üçün gərəkli olan tənzimləyici sənədlərin hazırlanması və prosesin gedişatına nəzarət edilməsi.
İş şəraiti:
İş qrafiki: I-V günlər, 09:00-18:00;
Nahar və tibbi sığorta şirkət tərəfindən təmin olunur;
Əmək haqqı: 1500 - 2000 AZN
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməklə qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Zeytun Pharmaceuticals
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4129
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə