Ana Səhifə
Vakansiyalar

Mağaza Meneceri

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 dekabr 2025

Son Tarix: 26 yanvar 2026

Təsvir

Sinteks Şirkətlər Qrupu “Mağaza Meneceri” axtarır!

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu: Bu vəzifənin rolu mağazada məhsulların satışını təşkil etməkdir.

Vəzifə öhdəlikləri:

  • Mağazanın və satış nümayəndələrinin aylıq satış hədəflərinə çatmasını təmin edir.

  • Brendin standartlarına uyğun məhsulların sərgilənməsini təşkil edir.

  • Anbardan satış zalına satılan malların əvəzlənməsini təşkil edir.

  • Mağazada işçi heyətinin müvafiq sayda və keyfiyyətdə olmasını təmin edir.

  • İşçilərin xarici görünüşünün qaydalara uyğun olmasını təmin edir (uniforma, saç, makiyaj, səliqə).

  • Mağazaya pos-materialları sifariş edir.

  • Yeni işçi heyəti üçün işə giriş təlimatını təqdim edir.

  • Mağazaya malların qəbulunun həyata keçirilməsini təşkil edir.

  • Mağazanın iş qrafiki ilə işləməsini təmin edir.

  • Mağazada olan nasazlıqları müəyyən edir və aradan qaldırılmasını təmin edir.

  • Mağazada təmizlik işlərinə nəzarət edir.

  • Qaydalara uyğun olaraq mağazanın giriş və çıxışında işçilərin yoxlanılmasını təşkil edir.

  • Mağaza işçilərinə məhsullar üzrə təlimlər təşkil edir.

  • Şirkətin əmlakının qorunub saxlanılmasını təmin edir və oğurluq halları barədə rəhbərinə məlumat verir.

Professional Biliklər:

  • Satışın təşkili

  • MS Office Proqramları

  • Rus dili yaxşı səviyyədə, İnglis dili arzuolunandır

Təhsil:

  • Ali təhsil üstünlükdür

İş təcrübəsi:

  • Pərakəndə satış sektorunda aksesuar və geyim sahəsində ən az 4 il iş təcrübəsi

  • İdarəetmə sahəsində ən az 2 il iş təcrübəsi

Professional Bacarıq və Kompetensiyalar

  • İdarəetmə bacarıqları

  • Liderlik

  • Təşkilatçılıq

  • Ünsiyyət bacarıqları

  • Vaxtın idarəolunması

  • Problem həll etmə

  • Stressə davamlılıq

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza Meneceri” qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Sinteks Group of Companies

Sinteks Group of Companies

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3809

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Marketinq Generalist

Tam Ştat

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət, üstün və orta qiymət seqmentinə aid ən yüksək keyfiyyət və prestijə sahib dünya brendləri və geniş istehlakçı kütləsinə xitab edən markaları təmsil edir. Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik. Vəzifənin rolu: Marketinq menecer tərəfindən verilmiş marketinq fəaliyyətlərinin icrası. Vəzifə öhdəlikləri: Marketinq strategiyasının icrasına kömək edir Brendin imicinin formalaşdırılmasına kömək edir Marketinq menecerinin tapşırığı ilə VM işini təşkil edir və icrasına nəzarət edir Marketinq fəaliyyətlərinin icrasına kömək edir Rəqiblərlə müqayisəli qiymət təhlilini aparır. Media planlarının icrasında iştirak edir Bütün sosial şəbəkə və ticarət obyektlərində istifadə ediləcək vizual elementlərin dizaynlarının hazırlanması Professional biliklər: Reklam, PR və SMA alətləri haqqında biliklər Marketinq əsasları Satış məlumatların təhlili Bazar araşdırması və analizi İngilis və rus dili bilikləri MS Office proqramları SketchUp, Adobe Photoshop, AutoCAD, Adobe Illustrator, Microsoft Excel, Canva proqramları Təhsil: Marketinq/Biznesin təşkili və idarə olunması sahəsində Ali təhsil Marketinq üzrə sertifikat İş təcrübəsi: Marketinq sahəsində 1 il iş təcrübəsi Professional Bacarıq və Kompetensiyalar: Çox saylı tapşırıqların idarə edilməsi Nəticə yönümlülük Yaradıcılıq Ümumi idarəetmə bacarıqları Biznes kommunikasiyası Zamanın idarə olunması Ünsiyyət bacarıqları Araşdırma bacarıqları Analitik düşüncə Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Marketinq Generalist” qeyd edərək göstərilənelektron poçt ünvanına göndərə bilərlər.

Mağaza Meneceri (Emporium Jewellery)

Tam Ştat

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir. Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik. Vəzifə öhdəlikləri: Kommersiya və qeyri-kommersiya məhsulları üzrə sifarişi yerləşdirir. Brend standartlarına uyğun olaraq mağazada məhsulların yerləşdirilməsini təşkil edir. Mağazanın və satış nümayəndələrinin aylıq satış hədəflərinin yerinə yetirilməsini təmin edir. VIP satışlar həyata keçirir. Müştəri bazasının potensialının böyüməsini və istifadəsini təmin edir. Müştəri xidməti standartlarına riayət olunmasına nəzarət edir. Satış heyətinin iş qrafikini hazırlayır və ona nəzarət edir. Yeni işçilərin adaptasiyasını keçirir (iş qrafiki, komanda üzvləri, mağazanın daxili qaydaları, dress kodlar, həmçinin mağazada mövcud olan məhsulların ölçüləri, tərkibi və qiymətləri, məhsulların anbarda yerləşdiyi yer və saxlama qaydaları). Mağazanın vaxtında açılıb bağlanmasını təmin edir. Mağazanın müştərilərin qəbulu üçün hazırlanmasını təşkil edir. Mağazada olan nöqsanları müəyyənləşdirir və aradan qaldırılması üçün tədbirlər görür. Mağazada gigiyena, təhlükəsizlik və nizam-intizama riayət olunamsını təmin edir. Şirkət əmlakının təhlükəsizliyini təmin edir, pozuntular aşkar edildikdə dərhal rəhbərliyə məlumat verir. Mağazada malları qəbul edir və yoxlamalarda iştirak edir. Mağazada mövcud olan malların və inventarların saxlanmasına və hərəkətinə nəzarət edir. “Satış texnikası” və “Müştəri xidməti” mövzusunda təlimlər keçir. Mağaza işçiləri üçün məhsul təlimi keçirir. Satış təmsilçilərinin anbar qalıqlarını mükəmməl bilməsi üçün gündəlik iş aparır Professional biliklər: Müştəri Xidmətləri Satış Texnikası Merçendayzinq qaydaları Rus və ingilis dili yaxşı səviyyədə MS Office Proqramları Təhsil: Ali təhsil arzuolunandır İş təcrübəsi: Zinət əşyalarının satışı sahəsində 4 ildən artıq iş təcrübəsi İdarəetmə sahəsində 2 ildən artıq iş təcrübəsi Sifariş etmə təcrübəsi Bonus sistemi ilə işləmə təcrübəsi Professional bacarıq və kompetensiyalar: İdarəetmə bacarığı Liderlik Təşkilatçılıq Satış bacarıqları Müsahibə aparmaq bacarığı Təlim keçmə bacarığı Ünsiyyət bacarıqları Zamanın idarəolunması Problem həll etmə Stressə davamlılıq Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza meneceri (Emporium Jewellery)” qeyd edərək göstərilən elektron poçt ünvanına göndərə bilərlər.