İşçilərə işə başlamazdan əvvəl işöncəsi təlimat keçmək və işçilərin təlimat vərəqinin imzalanmasının təmin edilməsi
Gün ərzində görüləcək işlərin işçilər arasında bölgüsünü aparmaq
Görülən işlərin icrasına nəzarət etmək
İstehsalat və köməkçi avadanlıqların planlı-önləyici təmir qrafiklərini hazırlamaq, təsdiqlətmək və icrasına nəzarət etmək.
Qəza və qəfil nasazlıqlar zamanı operativ təmir işlərini təşkil etmək.
Avadanlıqların texniki vəziyyətinin daimi monitorinqini aparmaq və onların işlək vəziyyətdə olmasını təmin etmək
Anbar ehtiyyatı əsasında lazım olan ehtiyyat hissələrinin 1C üzərindən vaxtında və düzgün sifarişini vermək və sifarişin icrasına nəzarət etmək
Sifariş əsasında gələn ehtiyyat hissələrinin uyğunluğunu, keyfiyyət və kəmiyyətini yoxlamaqla uyğunluq aktını təsdiqləmək
Uyğun olmayan ehtiyyat hissələri barədə akta müvafiq qeyd edilməklə, sifariş icraçısına məlumat vermək və uyğun ehtiyyat hissəsinin çatdırılmasına nəzarət etmək
İstifadə edilmiş və yararsız ehtiyyat hissələri barədə akt tərtib etmək və anbara təhvil vermək
Yeni avadanlıqların quraşdırılması və istismara verilməsi prosesinə rəhbərlik etmək.
Konstruktiv mexanizmlərin düzgün işləməsi üçün lazımi ölçmələr aparmaq (qalınlıq, boşluq, tənzimləmə və s.)
Lazım gəldikdə təmir işlərinin aparılmasında iştirak etmək
Qurğu və mexanizmlərin düzgün işləmə rejiminə nəzarət etmək.
Yağlama və ehtiyat hissələri üzrə planlamanı həyata keçirmək.
Təmir jurnallarının, avadanlıqların pasportlarının və texniki xidmət qeydlərinin aparılmasına nəzarət etmək.
Təmir üçün lazım olan detalın sifariş edilməsi üçün onun çertyojunu düzgün şəkildə hazırlamaq
Aylıq və illik hesabatlar hazırlamaq.
Tabeliyində olan işçilərin növbə qrafikinin (ehtiyyac olduqda) təyin edilməsi
Nasazlıqların səbəbləri ilə bağlı təhlil aparmaq və tədbir planları hazırlamaq.
Texniki göstəricilərin normaya uyğun olmasını təmin etmək.
Tabeliyində olan işçilərin və özünün təhlükəsiz şəraitdə işləməsinə və onların fərdi mühafizə vasitələrindən istifadə etməsinə və digər SƏTƏM qaydalarına əməl etməsinə birbaşa cavabdehlik daşımaq
Yanğın təhlükəsizliyi qaydalarına əməl etmək
Rəhbərlik tərəfindən vəzifə təlimatına uyğun təyin edilmiş digər tapşırıqların icrası