Middle Biznes analitik

Tam Ştat

Orta Səviyyə

1.200 AZN-dən

Yerləşdirilib 14 dekabr 2025

Son Tarix: 12 yanvar 2026

Təsvir

  • Müştərinin tələblərinin toplanması və formallaşdırılması.

  • Biznes proseslərinin təhlili və modelləşdirilməsi, optimallaşdırma üzrə təkliflərin hazırlanması.

  • İlkin tədqiqatlarda və həllərin layihələndirilməsində iştirak.

  • Elektron sənəd dövriyyəsi sistemlərinin və korporativ intranet portallarının tətbiqi və sazlanması.

  • Texniki tapşırığın hazırlanması eləcə də onun icrası.

  • Test prosesində iştirak (test-keslərin hazırlanması, tələblərə uyğunluğun yoxlanılması).

  • Müştəri və maraqlı tərəflər üçün təqdimatların və həllərin nümayişlərinin keçirilməsi.

  • Proqramist, test və müştərinin texniki mütəxəssisləri komandası ilə qarşılıqlı əlaqə.

  • Texniki heyət və sistemin son istifadəçiləri üçün təlimlərin təşkili.

  • Layihə və texniki sənədlərin hazırlanması.

  • Tətbiq olunan sistemlər üçün konsultasiya və texniki dəstəyin təmin edilməsi.

Tələblər

  • Ali texniki təhsil.

  • Yaş həddi: 20-30

  • İş təcrübəsi: 1-3 il

  • Biznes proseslərinin modelləşdirilməsi notasiya bilikləri (seçim üzrə): Workflow, UML, BPMN, EPC, IDEF0.

  • Korporativ sistemlərin tətbiqi və ya hazırlanması layihələrində (analitik/mühəndis rolunda) ən azı 1 illik iş təcrübəsi.

  • Məntiqi, anlaşıqlı və strukturlaşdırılmış sənədlər hazırlama bacarığı.

  • Modelləşdirmə alətləri ilə iş təcrübəsi: Visio, ARIS.

  • Layihə və tapşırıq idarəetmə sistemlərində icraçı kimi iş bacarıqları (Bitrix24, Jira, Trello və s.).

  • Agile/Scrum və/və ya Waterfall prinsipləri üzrə baza bilikləri.

  • Azərbaycan və rus dillərini mükəmməl bilmək; ingilis dili biliyi üstünlük hesab olunur.

  • Ünsiyyətcilik, punktuallıq, stresədavamlılıq, məsuliyyətlilik.

  • Tapşırıqları müstəqil həll etmə və komandada işləmə bacarığı.

  • Təlimə və peşəkar inkişafına hazırlıq.

Arzuolunan tələblər:

  • İnformasiya texnologiyaları sahəsində inkişaf etmiş bacarıqlar, İT texnologiyaları sahəsində əsas müasir istiqamətlər barədə biliklər;

  • Kompüter və ofis proqramları barədə biliklər – yüksək səviyyədə

  • Korporativ informasiya sistemləri, xüsusilə sənəd dövriyyəsi və kadr idarəetmə sistemləri ilə iş bacarıqları arzuolunandır.

  • Linux, Docker, Microsoft ƏS haqqında biliklər;

  • Yüksək texniki biliklər: SQL, XML, SOAP, REST API; veb-servislərlə iş təcrübəsi.

Əmək şəraiti:

  • İş qrafiki: bazar ertəsi-cümə saat 9:00 - 18:00;

  • Şəhərin mərkəzində yerləşmə: Passage 1901, Nigar Rəfibəyli küç. 12

  • Mehriban və peşəkar kollektiv;

  • Maraqlı tapşırıqlar, bacarıqları nümayiş etdirmə imkanı;

  • Karyera inkişafı imkanları;

  • Peşəkar təlimlərdə iştirak.

  • Əmək haqqı: 1200-1500 AZN

Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#2628

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə