Bakı

Tam Ştat

Orta Səviyyə

1.000 AZN-dən

Yerləşdirilib 14 dekabr 2025

Son Tarix: 19 yanvar 2026

Təsvir

  • Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil edir;

  • Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Dövlət Sosial Müdafiə Fonduna sosial ayırmaların hesablanması təmin edir;

  • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil edir;

  • Hesabat-uçot işlərini müasir avtomatlaşdırılma vasitələrindən istifadə edərək qurulmasında iştirak edir;

  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin edir;

  • Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;

  • Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil edir;

  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirir;

  • Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət edir;

  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak edir.
    İş qrafiki:

  • İş saatları: 09:00 – 18:00;

  • Nahar fasiləsi: 13:00-14:00

  • İstirahət günü: Şənbə,bazar

Tələblər

Təhsil : Ali
İş təcrübəsi : 3 ildən 5 ilə qədər
Yaş : 35 - 40
Cins : Qadın

  • Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində);

  • Vergi qanunvericiliyi və Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə təcrübəyə malik olmaq;

  • Mühasibat proqramlarında (1C, MS Office) işləmək bacarığı;

  • Yaş həddi: 35-40;

  • Cins: Xanım

  • İş təcrübəsi; 3 ildən çox

  • Azərbaycan dilini bilməsi zəruridir, Rus dilini bilməsi arzuolunandır;

  • Yüksək analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik;

  • Komanda ilə işləmə bacarığının olması.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Gidromaşservis QSC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#2655

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Baş mühasibin müavini

Tam Ştat

Cəmiyyətin maliyyə-təsərrüfat mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarəti; Bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi, mühasibat - maliyyə hesabatlarının tələb olunan müddətdə tərtib və təqdim edilməsini təşkil etmək; 1 C mühasibat uçotu proqram təminatında əsas vəsaitlərin, maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti ilə əlaqədar əməliyyatları əks etdirmək; İş və xidmətlərin maya dəyərini hesabat kalkulyasiyasını tərtib etmək, itkilərin yaranma və qeyri-istehsal məsrəflərin mənbələrini aşkar etmək, onların qarşısının alınması üzrə təkliflər hazırlamaq; Mədaxil/məxaric pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, vəsaitlərin dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanması, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkili və nəzarəti; İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun düzgün sərf olunmasına, əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi; Pul vəsaitlərinin mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsində iştirak etmək; Vergi orqanları, DSMF və digər dövlət orqanlarına aylıq rüblük və illik hesabatları vaxtında təqdim etmək; Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək; Maliyyə hesablarını (Balans hesabatı, mənfəət və zərər hesabatı, pul vəsaitlərinin hərəkəti hesabatı və.s) hazırlamaq; Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün müvafiq əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin etmək; Həftəlik, aylıq, rüblük və illik icra hesabatlarının hazırlanmasını və təqdim edilməsini təmin etmək. İş qrafiki: İş saatları: 09:00 – 18:00; Nahar fasiləsi: 13:00-14:00 İstirahət günü: Şənbə,bazar

Bakı