Mühasib (inşaat şirkəti)

Bakı

Tam Ştat

Orta Səviyyə

2.500 - 4.000 AZN

Yerləşdirilib 14 dekabr 2025

Son Tarix: 12 yanvar 2026

Təsvir

İş şəraiti**:**

  • Şəhər: Bakı

  • İş yeri: Hökməli qəsəbəsi, Aşağı Güzdək yolu – “Oksigen Park” yaşayış kompleksi layihəsi

Tələblər

  • Ali təhsil (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat üzrə)

  • Tikinti sektorunda minimum 5 il mühasibatlıq təcrübəsi

  • Tikinti smetası, BOQ, material uçotu və sahə üzrə xərclərin işlənməsi təcrübəsi

  • Elektron qaimə-faktura, vergi portalı və 1C / Logo / SAP mühasibat proqramlarından biri ilə işləmə bacarığı

  • Tikinti materiallarının (beton, armatur, blok, izolyasiya və s.) uçotu və maya dəyərinin hesablama prinsiplərini bilmək

  • Podratçı və subpodratçıların aylıq aktlaşdırma sənədlərini (KС-2, KС-3 və s. ekvivalent) hazırlamaq bacarığı

  • Detallara diqqətli olmaq, analitik düşünmək və hesabatları vaxtında təqdim etmək bacarığı

  • Şirkətin daxili maliyyə qaydalarına ciddi əməl etmək

İş haqqında məlumat:

  • “Oksigen Park” MTK-nın Hökməli qəsəbəsi Aşağı Güzdək yolu ərazisində yerləşən 5 hektarlıq yaşayış kompleksi layihəsi üzrə mühasibat proseslərinin idarə edilməsi

  • Tikinti materiallarının və görülən işlərin gündəlik uçotu

  • Podratçı və subpodratçılarla hesablaşmaların aparılması

  • Aylıq maliyyə hesabatlarının hazırlanması (material sərfi, xərc analizi, aktlaşdırma sənədləri)

  • Tikinti xərclərinin büdcə ilə müqayisəsi və monitorinqi

  • Elektron qaimə-fakturaların tərtibi və vergi əməliyyatlarının icrası

  • Şirkət rəhbərliyi üçün maliyyə və xərclər üzrə mütəmadi hesabatların təqdim edilməsi

Maaş: 2500-4000 azn

Maraqlanan namizədlər öz CV-lərini  qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Oksigen Park MTK

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#2781

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə