Mühasib (Təcrübəçi)
Tam Ştat
Orta Səviyyə
400 AZN-dən
Yerləşdirilib 19 dekabr 2025
Son Tarix: 29 yanvar 2026
Təsvir
AQA Şirkətlər Qrupu "Mühasib (Təcrübəçi)" vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
Elektrik və digər kommunal xərclər üzrə hesablamaların hazırlanmasında iştirak etmək;
Debitor borcları üzrə məlumatların gündəlik uçotunun aparılmasında mühasibə dəstək olmaq;
Elektron qaimə-fakturaların və vergi sənədlərinin hazırlanması;
Giriş-çıxış sənədlərinin (hesab-faktura, akt, müqavilə və s.) sistemə daxil edilməsinə kömək etmək;
Debitor borcları üzrə hesabatların hazırlanmasında və yenilənməsində iştirak etmək;
Satış əməliyyatları üzrə müştəri qaimələrinin hazırlanmasında iştirak etmək;
Ödənişlərin izlənilməsi və müvafiq siyahıların hazırlanmasına dəstək göstərmək;
Mühasibatlıq sənədlərinin düzgün arxivləşdirilməsində iştirak etmək;
Baş mühasibin verdiyi tapşırıqların vaxtında və düzgün icrası;
Ehtiyac yarandıqda digər mühasibat əməliyyatlarına dəstək göstərilməsi.
Tələblər
Təhsil: Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil (son kurs tələbələri və ya yeni məzunlar müraciət edə bilər);
21-25 yaş aralığı;
ACCA F3 sertifikatının olması üstünlükdür;
İş təcrübəsi: Təcrübə tələb olunmur (üstünlükdür);
MS Office proqramları üzrə biliklər (xüsusilə Excel);
Yaxşı səviyyədə riyazi biliklər və analitik qabiliyyət;
Diqqətli, məsuliyyətli və intizamlı olmaq;
Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı.
Əlavə məlumat
5 günlük iş qrafiki: 09:00 – 18:00;
Əmək haqqı: 400 AZN (gross).
Təcrübə müddətində strukturlaşdırılmış öyrənmə və peşəkar inkişaf üçün dəstəkləyici iş mühiti təmin edilir.
Təcrübə dövrünü uğurla tamamlayan namizədlər üçün daimi iş imkanı nəzərdə tutulur.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
AQA Şirkətlər Qrupu
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3177
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə