Müştəri şikayət və müraciətləri üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 24 dekabr 2025
Son Tarix: 22 yanvar 2026
Təsvir
Əsas tələblər:
Ali Təhsilli; Marketinq və ya İqtisadiyyat sahəsində
Müştəri Xidmətləri sahəsində (şikayətlərin həlli, problemli müştərilərlə iş sahəsinə üstünlük verilir) minimum 1 il əmək stajına malik olmalı;
Azərbaycan dilini mükəmməl bilməli,
Müştəri şikayətlərini anlamaq və müştərilər üçün effektiv xidmətlər təklif etmək bacarığı.
Peşəkar ünsiyyət psixologiyasını bilməli;
Stressə davamlı olmalı;
Müştərini diqqət mərkəzində saxlamalı;
Müxtəlif növ hesabatların fərqli formatlarda təqdim etmə bacarığına malik olmalı;
Müştərilərin müraciətlərinin həll olunmasına təşəbbüs göstərməli;
Şikayət və Müraciətlərə aid olan sənədləri tərtib etmə bacarığına malik olmalı;
Kompyuter bilikləri üzrə: MS Office və Outlook proqramlarını mükəmməl bilməli;
Zamanı effektiv şəkildə idarə etmək bacarığı.
Fərdi keyfiyyət göstəriciləri:
İşdə dəqiqlik və detallara diqqətlilik;
Analitik və strateji düşünmə qabiliyyəti;
Problem həlletmə
Təqdimat bacarığı;
Məsuliyyətlilik;
Ünsiyyətlilik;
Komandada işləmək bacarığı.
Digər tələb və üstünlük göstəriciləri:
Rus və ya ingilis dili biliyi;
İş barədə:
Müştəri əlaqələrinin idarə olunması;
Müştərılərdən gələn şikayətləri effektiv şəkildə qəbul etmək və dəyərləndirmə;
Şikayətləri detallı şəkildə qeyd etmək və müştərilərə mümkün qısa müddət ərzində cavab vermək;
Şikayətləri təhlil etmək və səbəblərini müəyyənləşdirmək;
Əlaqəli bölmələrlə əməkdaşlıq edərək şikayətləri həll etmək;
Şikayətlərin və həll proseslərinin raporlarını hazırlamaq
Şirkətin müştəri şikayətlərinin idarəedilməsi, siyasət və prosedurlarının hazırlanması və yeniləməsində iştirak etmək.
Müştəri məmnuniyyətinin yüksək səviyyədə təmin edilməsi;
İş vaxtının norması:
5 günlük iş rejimi;
İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Yemək şirkət tərəfindən;
Şirkət nömrəsi və danışıq paketi.
İş yeri:
Xırdalan şəhəri, Bakı-Quba şossesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı)
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Müştəri şikayət və müraciətləri üzrə mütəxəssis” yazmaqla qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Sirab Satış və Dağıtım MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3626
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə