NÖC və Avtomatika üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 dekabr 2025
Son Tarix: 10 yanvar 2026
Təsvir
Müəssisə: AZ ŞƏKƏR İST. BİRLİYİ MMC
Tələblər
Aidiyyəti sahə üzrə bakalavr və ya magistr dərəcəsi;
Avtomatika sahəsində minimum 3 il iş təcrübəsi;
Mühəndislik proqramları (AutoCAD, SolidWorks və s.) üzrə biliklər;
Yüksək analitik düşüncə və problem həll etmə qabiliyyəti;
Vəzifə öhdəlikləri:
AŞİB MMC-nin bütün bölmələri ilə iş əlaqəsinin təmin edilməsi;
İşə başlamazdan əvvəl təhlükəsiz iş şəraitinin yaradılmasına nəzarət və buna əmin olmaq;
Görüləcək iş üçün tələb olunan ölçü cihazları, alətlər, digər vəsaitlər və lazımi sxemlərin mövcudluğunu təmin etmək;
Nasaz cihaz və ehtiyat hissələrinin dəyişdirilməsi üçün lazım olan material və hissələri tələb etmək;
Fərdi mühafizə vasitələri ilə təmin olunmasını tələb etmək;
Növbəyə gələrkən NÖC və Avtomatika cihaz-avadanlıqlarının vəziyyətini yoxlamaq;
Zavodda istifadə edilən unikal lokal avadanlıqların (Filter Press, Sentrifuqa, paketləmə maşınları, tərəzilər və s.) avtomatika sistemləri və avadanlıqlarının çalışma prinsiplərini, siqnal növlərini, sistem və elementlərini, montaj və istismar qaydalarını bilmək;
Nasazlıqların düzgün diaqnostikasını aparmaq və aradan qaldırılmasını təmin etmək.
İş vaxtının norması:
Növbəli iş rejimi.
Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
İmişli şəhəri.
Müraciət:
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “NÖC və Avtomatika üzrə mütəxəssis-28504” qeyd etməyiniz xahiş olunur. bu elanı şablon olaraq saxla bundan sonra atacağım elanı bu formada yenisi hazırla.
göstərilən link vasitəsilə müraciət edə bilərsiniz.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Azersun Holding
Vakansiya Təfərrüatları
Vakansiya ID
#2949
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə