Planlama mühəndisi
Tam Ştat
Orta Səviyyə
2.500 AZN-dən
Yerləşdirilib 8 dekabr 2025
Son Tarix: 8 yanvar 2026
Təsvir
İş barədə məlumatlar:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
Əmək haqqı: 2500 AZN;
5 günlük iş həftəsi - 09:00-dan 18:00-dək, istirahət - şənbə və bazar günləri;
Korporativ nömrə ilə təmin olunma;
Nahar şirkət tərəfindən verilir;
Vakansiya növü - tam ştat;
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Hacıbabayevlər küçəsi 4 C, Bayraq meydanı ilə üzbəüz.
Tələblər
Ali təhsil (mülki tikinti və inşaat mühəndisliyi);
Tikinti sahəsi üzrə 3 ildən yuxarı iş təcrübəsi;
Tikinti layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması);
Müvafiq layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması;
Xüsusi proqram vasitəsi ilə (Primavera və PlanRadar) iş həcmi və son tarixləri əhatə
edən tikinti layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması;
Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və
ehtimalların dəyərləndirilməsi;
Tikinti və təmir işləri üzrə iş həcmlərinin çıxarılması və hazırlanması;
Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ
sənədlərə əməl olunmasına nəzarət edilməsi;
Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması;
MS Office (Word, Excel), Primavera, MS Project proqramlarını yüksək səviyyədə
bilməli;
Yüksək səviyyədə analitik-riyazi bilikləri olmalı;
Sənədləşdirmə və yazışma işlərini bacarmalı, inşaat norma və qaydalarını bilməlidir;
Dil biliyi: Rus dili.
Vakansiya ilə maraqlanan şəxslər CV-lərinizi göstərilən elektron poçt ünvanına mövzu hissəsində “Planlama mühəndisi” qeyd etməklə göndərə bilərsiniz.
Öncədən təşəkkürlər.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Strata
Vakansiya Təfərrüatları
Vakansiya ID
#2210
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə