Regional Satış Müdiri

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 15 dekabr 2025

Son Tarix: 14 yanvar 2026

Təsvir

Şirkətin ümumi satış strategiyasına uyğun olaraq regionlar üzrə satış planlarını hazırlamaq;

Məhsul satış hədəflərini müəyyənləşdirmək və bu hədəflərə çatmaq üçün tədbirlər görmək;

Satış göstəricilərini izləmək və nəticələrə uyğun strategiyaları yeniləmək;

Regionlarda çalışan satış nümayəndələrinə rəhbərlik və nəzarət etmək;

Satış komandalarının peşəkar inkişafını təmin etmək üçün təlimlər və mentorluq proqramları təşkil etmək;

İş bölgüsü aparmaq və komandaların iş proseslərinin effektivliyini təmin etmək;

Müştəri ehtiyaclarını təhlil etmək və uyğun həll yolları təklif etmək;

Yeni potensial müştəriləri müəyyənləşdirmək və müştəri bazasını genişləndirmək;

Rəqib məhsullar və bazar tendensiyaları haqqında məlumat toplamaq və təhlil etmək;

Məhsulun satış həcmini artırmaq üçün müxtəlif təşəbbüslər həyata keçirmək;

Satış fəaliyyəti ilə bağlı aylıq və rüblük hesabatlar hazırlamaq və satış göstəricilərini təhlil etmək və rəhbərliyə məlumat vermək;

Bazar və satış dinamikasını izləyərək nəticələrə əsasən təkliflər vermək;

Regionlara mütəmadi ezamiyyətlər edərək satış proseslərinə nəzarət etmək;

Müştərilər və satış komandaları ilə üzbəüz görüşlər keçirmək.

İş şəraiti:

İş yeri: Luxen Plaza;

Korporativ nömrə;

Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.

Tələblər

Biznesin idarəedilməsi, marketinq, iqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil;

Satış və ya idarəetmə sahəsində minimum 3-5 illik təcrübə (regionlarda təcrübə üstünlükdür);

Satış strategiyalarının hazırlanması və tətbiqi üzrə təcrübə;

MS Office proqramlarında (xüsusilə Excel) yüksək istifadə bacarığı;

Liderlik və komanda idarəetmə bacarığı;

Yüksək ünsiyyət və danışıqlar aparma qabiliyyəti;

Problemləri həll etmək və qərar qəbul etmək bacarığı;

Ezamiyyətlər və intensiv iş rejiminə uyğunluq.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Mətanət A Şirkətlər Qrupu

Mətanət A Şirkətlər Qrupu

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3063

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Baş Mexanik

Tam Ştat

İşçilərə işə başlamazdan əvvəl işöncəsi təlimat keçmək və işçilərin təlimat vərəqinin imzalanmasının təmin edilməsi Gün ərzində görüləcək işlərin işçilər arasında bölgüsünü aparmaq Görülən işlərin icrasına nəzarət etmək İstehsalat və köməkçi avadanlıqların planlı-önləyici təmir qrafiklərini hazırlamaq, təsdiqlətmək və icrasına nəzarət etmək. Qəza və qəfil nasazlıqlar zamanı operativ təmir işlərini təşkil etmək. Avadanlıqların texniki vəziyyətinin daimi monitorinqini aparmaq və onların işlək vəziyyətdə olmasını təmin etmək Anbar ehtiyyatı əsasında lazım olan ehtiyyat hissələrinin 1C üzərindən vaxtında və düzgün sifarişini vermək və sifarişin icrasına nəzarət etmək Sifariş əsasında gələn ehtiyyat hissələrinin uyğunluğunu, keyfiyyət və kəmiyyətini yoxlamaqla uyğunluq aktını təsdiqləmək Uyğun olmayan ehtiyyat hissələri barədə akta müvafiq qeyd edilməklə, sifariş icraçısına məlumat vermək və uyğun ehtiyyat hissəsinin çatdırılmasına nəzarət etmək İstifadə edilmiş və yararsız ehtiyyat hissələri barədə akt tərtib etmək və anbara təhvil vermək Yeni avadanlıqların quraşdırılması və istismara verilməsi prosesinə rəhbərlik etmək. Konstruktiv mexanizmlərin düzgün işləməsi üçün lazımi ölçmələr aparmaq (qalınlıq, boşluq, tənzimləmə və s.) Lazım gəldikdə təmir işlərinin aparılmasında iştirak etmək Qurğu və mexanizmlərin düzgün işləmə rejiminə nəzarət etmək. Yağlama və ehtiyat hissələri üzrə planlamanı həyata keçirmək. Təmir jurnallarının, avadanlıqların pasportlarının və texniki xidmət qeydlərinin aparılmasına nəzarət etmək. Təmir üçün lazım olan detalın sifariş edilməsi üçün onun çertyojunu düzgün şəkildə hazırlamaq Aylıq və illik hesabatlar hazırlamaq. Tabeliyində olan işçilərin növbə qrafikinin (ehtiyyac olduqda) təyin edilməsi Nasazlıqların səbəbləri ilə bağlı təhlil aparmaq və tədbir planları hazırlamaq. Texniki göstəricilərin normaya uyğun olmasını təmin etmək. Tabeliyində olan işçilərin və özünün təhlükəsiz şəraitdə işləməsinə və onların fərdi mühafizə vasitələrindən istifadə etməsinə və digər  SƏTƏM qaydalarına əməl etməsinə birbaşa cavabdehlik daşımaq Yanğın təhlükəsizliyi qaydalarına əməl etmək Rəhbərlik tərəfindən vəzifə təlimatına uyğun təyin edilmiş digər tapşırıqların icrası