Regionlarda karyera imkanları

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 8 dekabr 2025

Son Tarix: 30 dekabr 2027

Təsvir

  • Nəqliyyat sahəsində ixtisaslaşmış, bu sahədə bilik və bacarıqlarını tətbiq etmək, eləcə də ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafına töhfə vermək istəyən namizədlər üçün karyera imkanları mövcuddur.

Tələblər

  • Ali təhsil: Nəqliyyat mühəndisliyi, Yol hərəkətinin təşkili və ya əlaqəli sahədə bakalavr dərəcəsi

  • Nəqliyyat sahəsi üzrə min. 2 il iş təcrübəsi

  • Dil bilikləri: Azərbaycan dili əla səviyyədə (əlavə dil bilikləri üstünlükdür)

  • Rəqəmsal biliklər: MS Office (Word, Excel, Outlook), nəqliyyat və logistika ilə bağlı xüsusi proqramlar üzrə biliklər üstünlükdür (məsələn, AutoCAD, ArcGİS,PTV VİSUM/VİSSİM, GPS sistemləri).

Müraciət etmək üçün qeydiyyatdan keçməyiniz kifayətdir. Təhsiliniz, peşəkar təcrübəniz və bilikləriniz qiymətləndirilərək işə qəbul üzrə müsabiqənin müvafiq mərhələlərində iştirakınıza şərait yaradıla bilər.

Gələcəyin nəqliyyat sistemini birlikdə formalaşdıraq!

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#349

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Sərnişin daşımaları üzrə aparıcı mütəxəssis (Naxçıvan regional idarəsi)

Tam Ştat

Əsas öhdəliklər: -       Onlayn bilet satışı işinin təşkili və genişləndirilməsi tədbirlərini görmək; -       Sifarişli sərnişin daşımalarına icazələrin verilməsi ilə bağlı müraciətlərə baxmaq və müvafiq hesabatlar hazırlamaq; -       İctimai nəqliyyatın işinin və bu sahədə nəzarətin təşkilində iştirak etmək; -       Sərnişin daşımaları üzrə hesabatlılığı təmin etmək və zəruri statistik məlumatların hazırlanmasında iştirak etmək; -       İctimai nəqliyyatın işinin və bu sahədə nəzarətin təşkilində iştirak etmək; -       İctimai nəqliyyatda innovativ həllər, yeni tarif yanaşmaları və modelləşdirmə üzrə təhlillər aparmaq, təkliflər vermək və icrasında iştirak etmək; -       Avtobus parkının yenilənməsi üzrə daşıyıcılarla iş aparmaq və prosesin icrasına nəzarət etmək; -       Təsdiq edilmiş gedişhaqqı tariflərinin tətbiqinə nəzarəti həyata keçirmək və tariflərin müəyyən edilməsində iştirak etmək; -       Marşrut şəbəkəsinin optimallaşdırılması üzrə təhlillər aparmaq, təkliflər vermək və icrasını təmin etmək; -     Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarında məsafə əsaslı nəqliyyat xidməti müqavilələrinin bağlanılmasına və icrasına nəzarəti həyata keçirmək; -       Taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində hüquqi və ya fərdi sahibkarlara icazələrin verilməsi üçün təqdim olunan elektron ərizələri yoxlamaq və onları təsdiqləmək; -       Taksi sifarişi operatorlarının fəaliyyətinə icazələrin verilməsi üçün təqdim olunan sənədləri yoxlamaq və təsdiqləmək; -       Elektron sistem üzərindən taksi fəaliyyəti üzrə qanunvericiliyin tələblərinə nəzarəti həyata keçirmək və aidiyyati üzrə tədbirlər görmək; -       Vətəndaş müraciətlərini araşdırmaq və aidiyyəti üzrə cavablandırmaq.

Sərnişin daşımaları üzrə böyük mütəxəssis (Naxçıvan regional idarəsi)

Tam Ştat

Əsas öhdəliklər: -       Onlayn bilet satışının və ictimai nəqliyyatın işinin təşkili üzrə fəaliyyətləri həyata keçirmək, daşımaların icrasına və gedişhaqqı tariflərinin tətbiqinə nəzarət etmək. -       Sərnişindaşıma fəaliyyəti üzrə hesabatlılığı təmin etmək, marşrut şəbəkəsinin optimallaşdırılması və avtobus parkının yenilənməsi ilə bağlı təhlillər və təkliflər hazırlamaq. -       Müsabiqə nəticəsində qalib elan olunmuş daşıyıcılar tərəfindən daşımaların marşrutlar (reyslər) üzrə təmin edilməsi ilə əlaqədar tədbirlər görülməsində və nəzarətin təmin edilməsində iştirak etmək; -       Sifarişli sərnişin daşımalarına icazələrin verilməsi ilə bağlı müraciətləri və sənədləri yoxlamaq, müqavilələrin bağlanılması və icrasına nəzarət etmək. -       İctimai nəqliyyatda innovativ həllər və yeni tarif modelləri üzrə təhlillər aparmaq, tətbiq imkanlarına dair təkliflər vermək və icrada iştirak etmək; -       Taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində hüquqi və ya fərdi sahibkarlara icazələrin verilməsi üçün təqdim olunan elektron ərizələri yoxlamaq və onları təsdiqləmək; -       Taksi sifarişi operatorlarının fəaliyyətinə icazələrin verilməsi üçün təqdim olunan sənədləri yoxlamaq və təsdiqləmək; -       Elektron sistem üzərindən Taksi fəaliyyəti üzrə qanunvericiliyin tələblərinə nəzarəti həyata keçirmək və aidiyyəti üzrə tədbirlər görmək.