Rəqəmsal Məhsullar üzrə Kateqoriya Meneceri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 dekabr 2025
Son Tarix: 10 yanvar 2026
Təsvir
**Rəqəmsal Məhsullar üzrə Kateqoriya Meneceri -**Smartfon, Planşet, Kompüter və TV kateqoriyaları üzrə
İş yeri: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
Smartfon, planşet, kompüter və TV kateqoriyalarının idarə edilməsi
Kateqoriyalar üzrə aylıq və illik satış proqnozlarının hazırlanması
Bütün SKU-lar üzrə stok səviyyəsinə nəzarət və optimal ehtiyatların formalaşdırılması
Tədarükçülərlə danışıqlar aparmaq, ən sərfəli alış şərtlərini müəyyənləşdirmək
Tələbat və satış trendlərinə əsasən sifarişlərin düzgün yerləşdirilməsi
Məhsulların mağazalar üzrə effektiv paylanması və dövriyyənin optimallaşdırılması
Satış nəticələrinin analizi və kateqoriyanın inkişafı üçün təkliflərin verilməsi
Rəqiblərin qiymət, stok və məhsul təhlilinin aparılması
Kampaniyalar üçün qiymət siyahılarının, endirimlərin və xüsusi təkliflərin hazırlanması
Rəhbərliyə mütəmadi olaraq analitik hesabatların təqdim edilməsi
Tələblər
Elektronika sahəsində (smartfon/IT/TV) minimum 3 il iş təcrübəsi
Kateqoriya idarəçiliyi, satınalma və ya təchizat sahəsində praktiki bilik
Analitik düşüncə və güclü hesablama bacarığı
Excel və digər analitik alətlərdən peşəkar istifadə bacarığı
Operativlik, məsuliyyət və qərarvermə bacarığı
Komanda ilə effektiv əməkdaşlıq bacarığı
Tədarükçülərlə profesional ünsiyyət və yazışma bacarığı
Üstünlüklər:
Mobil telefon, IT və TV bazarı üzrə dərin məhsul biliyi
Distributorlarla və brend nümayəndələri ilə iş təcrübəsi
Dubai, Türkiyə və digər beynəlxalq bazarlardan alış prosesinə bələdlik
Təklif edirik:
Rəqabətli əmək haqqı + bonus sistemi
Bytelecom daxilində karyera və peşəkar inkişaf imkanı
Geniş məhsul portfeli ilə işləmək fürsəti
Rahat və dinamik iş mühiti
CV-lərinizi qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Mövzu hissəsində “Kateqoriya Meneceri” qeyd olunmalıdır.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
By Telecom
Vakansiya Təfərrüatları
Vakansiya ID
#2599
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə