Ana Səhifə
Vakansiyalar

Risklərin idarə edilməsi üzrə baş mütəxəssis

Risklərin idarə edilməsi üzrə baş mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 24 dekabr 2025

Son Tarix: 30 yanvar 2026

Təsvir

  • Müəssisə üzrə əməliyyat risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi, monitorinqi və risklərin azaldılması üzrə təkliflərin hazırlanması;

  • Risk nəzarət və özünü qiymətləndirmə (RCSA) proseslərinin təşkili, nəticələrinin təhlili və risklərin idarə olunmasına dair təkmilləşdirmə tövsiyələrinin verilməsi;

  • Risk nəzarət matrisinin aparılması, dövri yenilənməsi və təkmilləşdirilməsi;

  • Əməliyyat insidentlərinin qeydiyyata alınması, təhlili və onların qarşısının alınması məqsədilə korrektiv tədbirlərin hazırlanması və icrasına nəzarət;

  • Daxili normativ sənədlərin, yeni proses və məhsulların əməliyyat riski baxımından qiymətləndirilməsi, rəy və tövsiyələrin hazırlanması;

  • Zəruri hallarda stress-test və ssenari analizlərinin aparılması, nəticələr əsasında risklərin idarə edilməsi üzrə təkliflərin verilməsi;

  • Risklərin idarə edilməsinə dair hesabatların hazırlanması, rəhbərliyə təqdim olunması və müzakirələrdə iştirak edilməsi;

  • Əməliyyat risklərinin idarə olunması sahəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

Tələblər

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, audit, risklərin idarə edilməsi və ya əlaqədar sahələr üzrə);

  • Minimum 3 il iş təcrübəsi (risklərin idarə olunması, daxili audit, uyğunluq və ya əlaqədar sahələrdə təcrübə üstünlükdür);

  • Əməliyyat risklərinin idarə olunması prinsipləri, RCSA, risk matrisi və insident idarəetməsi üzrə biliklər;

  • Analitik təfəkkür, yüksək diqqətlilik və problem həll etmə bacarığı;

  • Güclü yazılı və şifahi ünsiyyət bacarığı, rəyvermə və hesabat hazırlama təcrübəsi;

  • MS Office proqramlarını (xüsusilə Excel və PowerPoint) yaxşı səviyyədə bilmək;

  • İngilis və rus dillərini bilmək üstünlükdür.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3489

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Sistemlərin idarə olunması şöbəsinin rəhbəri - Baş Sistem administratoru

Tam Ştat

Fiziki və virtual server infrastrukturunun (VMware, Hyper-V və s.) fasiləsiz işləməsinin təmin edilməsi, sazlanması, optimallaşdırılması və genişləndirilməsi; SAN və digər saxlama sistemlərinin idarə olunması, performansın qorunması; Windows Server xidmətlərinin (AD, DNS, DHCP, GPO, Exchange, IIS və s.) idarə edilməsi, problemlərin həlli və təhlükəsizliyinin təmin olunması; Linux sistemlərinin idarə edilməsi, performans və təhlükəsizlik optimallaşdırılması, yeniləmə və patch proseslərinin aparılması; RDS mühitinin və FSLogix profil konteynerlərinin idarə olunması; İnfrastruktur monitorinq sistemlərinin (PRTG, Zabbix, Grafana və s.) qurulması, fəaliyyət göstəricilərinin analiz edilməsi və problemlərin operativ həlli; Server infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi, risklərin aşkarlanması və aradan qaldırılması, ROLE-BASED giriş modellərinin sazlanması və auditi; PowerShell, Bash, Python vasitəsilə skriptlərin yazılması və əməliyyatların avtomatlaşdırılması, CMS əsasında instalyasiya və konfiqurasiya proseslərinin idarə edilməsi; Domain və hosting provayderləri ilə iş, vendorlarla avadanlıq nasazlıqlarının həlli, bulud provayderləri ilə inteqrasiya proseslərinə dəstək verilməsi; İnfrastrukturun tam sənədləşdirilməsi, avadanlıq, lisenziya və resurs uçotunun aparılması, arxitektura və konfiqurasiya sənədlərinin aktual saxlanılması; Backup sistemlərinin idarə edilməsi, bərpa planlarının hazırlanması və vaxtaşırı sınaqlardan keçirilməsi, DR prosedurlarının dəstəklənməsi; Şöbə əməkdaşlarının fəaliyyətinə nəzarət, tapşırıqların bölüşdürülməsi, layihələrin koordinasiyası, resurs planlaması və eskalasiya proseslərinin idarə olunması.