Sahə mühəndisi
Bakı
Tam Ştat
Orta Səviyyə
3.000 - 4.000 AZN
Yerləşdirilib 15 dekabr 2025
Son Tarix: 13 yanvar 2026
Təsvir
Layihə: Bahar Residence
İş şəraiti
Əmək haqqı: 3000–4000 AZN (təcrübədən asılı olaraq)
İş qrafiki: Həftədə 6 gün
Tələblər
İnşaat mühəndisliyi və ya uyğun sahə üzrə ali təhsil
Sahə mühəndisi vəzifəsində minimum 10 il iş təcrübəsi
Tikinti norma və qaydalarını (SNİP, AZS və s.) bilmək
Çertyoj və layihə sənədlərini oxumaq və tətbiq etmək bacarığı
Ölçü işləri və texniki hesabatların aparılması üzrə təcrübə
Məsuliyyətli, operativ və komanda ilə işləmək bacarığı
Vəzifə və öhdəliklər:
Tikinti sahəsində işlərin layihə və qrafikə uyğun icrasına nəzarət
Görülən işlərin keyfiyyətinə və texniki tələblərə uyğunluğunun təmin edilməsi
Sahədə aparılan işlərin gündəlik uçotunun aparılması
Podratçı və subpodratçıların işinə nəzarət və koordinasiya
Materialların düzgün və səmərəli istifadəsinə nəzarət
Layihə dəyişikliklərinin sahədə düzgün tətbiq olunmasının təmin edilməsi
Texniki problemlərin operativ şəkildə aşkarlanması və həlli
Yerinə yetirilmiş iş həcmlərinin ölçülməsi və təsdiqi
Texniki aktların, icra sənədlərinin və hesabatların hazırlanması
Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi
Bilməli olduğu proqramlar:
AutoCAD – layihə çertyojlarının oxunması, ölçülərin yoxlanılması və sahədə tətbiqi üçün
MS Excel – iş həcmlərinin hesablanması, material cədvəlləri, günlük/aylıq hesabatların hazırlanması
MS Word – texniki aktların, izahatların və rəsmi yazışmaların hazırlanması
MS Project (üstünlükdür) – iş qrafiklərinin hazırlanması və icrasına nəzarət
Primavera P6 (üstünlükdür) – böyük tikinti layihələrində planlama və vaxt idarəetməsi üçün
Revit (üstünlükdür) – layihə koordinasiyası və BIM əsaslı işlər üçün
PDF proqramları (Adobe Acrobat və s.) – layihə sənədlərinin yoxlanılması və qeyd aparılması üçün
Üstünlük hesab olunan əlavə biliklər:
PlanSwift, CostX və ya oxşar ölçü proqramları – iş həcmlərinin çıxarılması üçün
Google Sheets / Google Drive – sənədlərin paylaşımı və komanda işi üçün
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Kvan Group MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3042
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə